Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə33/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

keçəcəyi yolda dayanıb, karet       gözləyirəm. Karatl r isə mənim yanımdan keçdiyi zaman ürəyim 
şiddətlə döyünür, qızlarımın bərbəzəyini seyr edirəm, onlar məni təbəssümlə salamlayır, o zaman mənim 
üçün bütün dünya dəyişir, təbiət parlaq  günəşin şüalarından qızıl nura boyanır. Mən yerimdən 
tərpənməyib onların qayıtmasını gözləyirəm. Onları bir daha görürəm. Hava onlar üçün xeyirlidir, 
yanaqları gül kimi açılır! Ətrafda gedən söhbətləri eşidirəm: “Nə qəşəngdir, nə gözəldir!” Bu sözləri 
eşitdikcə mənim də ürəyim şad olur. Məgər onların qanı mənim qanımdan deyilmi? Mən onları daşıyan 
atları belə sevirəm, dizlərinin üstündə oxşadıqları balaca bir tula olmaq istəyirəm. Məni yaşadan onların 
zövqü, onların nəşəsidir. Hər kəsin özünə görə məhəbbəti var. Mənim məhəbbətim kimə ziyan verir? Nə 
üçün insanlar məni təngə gətirirlər? Mən də özümə görə xoşbəxtəm. Axşamlar qızlarım bala getmək 
üçün öz evlərindən çıxdıqları zaman mən onlara tamaşa etməyə gedirəm. Məgər burada bir cinayətmi 
var? Gecikdiyim zaman, “madam getdi” sözlərini eşidərkən nə qədər məyus olduğumu bilsəydiniz... Bir 
dəfə mən Nazini düz iki gün görməmişdim, yalnız onu görmək üçün axşamdan saat üçə qədər qapının 
ağzında gözlədim. Onu gördüyüm zaman şadlığımdan ürəyim uçurdu. Xahiş edirəm, mənim barəmdə 
söhbət düşərsə, ancaq qızlarımın nə qədər mərhəmətli olduğundan danışın. Qızlarım mənə hədiyyələr 
vermək istədikləri halda, mən buna yol vermirəm, deyirəm ki: “Pullarınızı özünüz üçün saxlayın! Mənim 
hədiyyəyə ehtiyacım yoxdur. Mənə heç şey lazım deyil”. Doğrudan da, mən nəyəm? Mən ancaq bir 
cənazəyəm, ruhum isə daim qızlarımın yanındadır. Sonra qoca, Ejenin getmək istədiyini görüb, bir az 
sükut etdi və dedi: – Əgər siz madam de Nusingeni görə bilsəniz, hansı qızımı daha çox bəyəndiyinizi 
mənə söyləyərsiniz. 
Tələbə madam de Boseanın hüzuruna getməzdən əvvəl Tüilridə* bir az gəzinmək fikrində idi. 
Bu gəzinti Rastinyakın taleyini həll etdi. Qadınlardan bir neçəsi ona diqqət yetirmişdi. Rastinyak o qədər 
gənc, o qədər gözəl idi, o qədər qəşəng geyinmişdi ki... Qadınların diqqətini cəlb etdiyinə görə Ejen, 
özünə məftun olmuş kimi, qarət etdiyi bacılarını və xalasını belə unutdu, öz nəcib ehtiyatkarlığını belə 
unutdu. Başı üzərindən mələyə bənzəyən bir iblisin uçduğunu, yaqut daşlarını toxum kimi səpən, saray 
frontonlarına* qızıl oxlarını sancan, qadınları əlvan paltarlarla geyindirən, padşahların əvvəlcə sadə olan 
taxtını gərəksiz parıltıya bürüyən ala-bəzək qanadlı bir şeytanın uçduğunu görürdü. O, artıq gurultulu-
parıltılı şöhrətpərəstlik allahına, onun qüdrət rəmzi zənn etdiyimiz bər-bəzəyinə qapılmışdı. “Ürəyin 
istədiyi qədər məhəbbət və qızıl var!” – deyən bir aradüzəldənin mənfur görünüşü bir qızın hafizəsində 
həkk olunduğu kimi, Votrenin həyasız sözləri də onun qəlbinə girmişdi. 
Ejen bir qədər avara dolaşdıqdan sonra saat beşdə madam de Boseanın yanına gəldi. O burada, gənc 
qəlblərin, adətən, müqavimət göstərmək üçün aciz olduğu ən ağır və dəhşətli zərbələrdən birini yedi. 
Ejen indiyə qədər vikontessanın onu ədəbli bir ehtiram, üsullu bir nəzakətlə qəbul etdiyini görmüşdü; bu 
nəzakət ancaq aristokrat tərbiyəsi sayəsində əldə edilsə də, yalnız səmimi olduğu zaman öz kamal 
dərəcəsinə çata bilər. Madam de Bosean Ejeni görər-görməz soyuq salam verdi və sərt səslə: 
– Cənab de Rastinyak, – dedi, – mən sizi qəbul edə bilməyəcəyəm, hər halda, bu saat mümkün deyildir. 
Mən çox məşğulam. 
Çox tez müşahidəçi adam olmuş Rastinyak onun sözlərindən, salam verməsindən, baxışından, ahənginin 
dəyişməsindən müəyyən bir silkə mənsub olan adamların xasiyyətini, adətlərini duya bilərdi. Rastinyak 


məxmər əlcəyin içində poladdan bir əl, nəcib ədalar altında öz şəxsiyyətinə pərəstişkarlıq və xudbinlik, 
lak altında isə quru ağac olduğunu anladı. O, şah taxtının quş lələyi altından başlayaraq ən qotur bir 
zadəganın başındakı papağına qədər səslənən “biz, kralıq” məfhumunun nə olduğunu, nəhayət, dərk 
etdi. Ejen, qadının sözlərinə bel bağlayaraq, onun nəcib hisslərinə asanlıqla inanmışdı. Bütün səfillər kimi  
o da yaxşılıq edənlə yaxşılıq qəbul edəni bir-birinə bağlayan və elə ilk maddədən böyük qəlbli insanların 
bərabər olduqlarını təlqin edən bir müqaviləyə bütün arzusu ilə imza atmışdı. Yaxşılıq iki insanı bir-birinə 
bağladıqda, həqiqi məhəbbət kimi nadir və qiymətli olan ilahi bir hissə çevrilər. Hər iki hiss ülvi qəlblərin 
c lallı hədiyyəsinə bənzər. 
Rastinyak hersoginya Karilyanonun verdiyi bala getmək üçün vikontessanın bu kobud rəftarına dözdü və 
titrək səslə cavab verdi: 
– Madam, mühüm bir işim olmasaydı, sizin zəhlənizi tökməzdim. Lütf buyurun, müsaidə edin, mən sonra 
hüzurunuza gəlim; mən gözləyə də bilərəm. 
Vikontessa sözlərindəki kəskinlikdən bir az peşman olaraq: 
– Yaxşı, – dedi, – nahara gələrsiniz. 
Bu qadın, həqiqətən, mərhəmətli və nəcib qadın idi. Ejen vikontessanın birdən-birə dəyişməsindən çox 
mütəəssir oldu, bununla belə, gedərkən düşünürdü ki: “Nə eybi var, hər şeyə dözməyə, sürünməyə 
məcbursan. Ən yaxşı qadın bir an içində dostluq peymanlarını pozmağa və səni köhnə ayaqqabı kimi 
tullamağa qabilsə, başqa qadınlardan nə gözləyə bilərsən? Demək, hər kəs özü üçün çalışır. Doğrudur, 
mənim ona ehtiyacım olduğu üçün o, müqəssir deyil, bir də onun evi hər kəsin girməyə haqqı olan bir 
dükan da deyil. Votren demişkən, top mərmisi olmaq lazımdır”. 
Bununla belə, madam Boseanın evində nahar etmək səadəti Rastinyakın acı düşüncələrini dağıtdı. Bu 
surətlə, bir qəzavü-qədərin əmri ilə, sanki sözləşmiş kimi, həyatının ən kiçik hadisələri onu bir yola 
sürükləyirdi. Voke pansionunda yaşayan qorxunc sfinksin müşahidələrinə görə, bu, elə bir yol idi ki, 
burada döyüş meydanında olduğu kimi, ölmək istəmirsənsə, öldürməyə, aldanmaq istəmirsənsə, 
aldatmağa məcbursan. Burada vicdanı qapı ağzında qoymağa, qəlbinə maska taxmağa, insanlarla 
amansız bir oyun oynamağa və nəhayət, Lakedemonda* olduğu kimi, zəfər çələngini qazanmaq üçün, 
başqalarının gözünə görünmədən, müvəffəqiyyət axtarmağa məcbursan. 
Ejen ikinci dəvə vikontessanın yanına gəldiyi zaman artıq o, həmişəki kimi mehriban və mərhəmətli 
görünürdü. Hər ikisi yemək otağına getdi. Vikont de Bosean burada arvadını gözləyirdi. Bütün 
servizlərdən cah-calal yağırdı. Məlum olduğu     , Restavrasiya dövründə* zinət ifrat dərəcəyə çatmışdı. 
Vikont kimi bir çox gözüdoymuş adamlar üçün yaxşı xörəkdən başqa nəşə mövcud deyildi. Xörəkpərəstlik 
məsələsində vikont kral XVIII Lüdovik və hersoq Eksar* məktəbinə mənsub idi. Onun süfrəsində iki calal 
vardı: biri təm üçün, o biri isə gözlər üçün. Rastinyakın heyran gözləri qarşısında belə mənzərə birinci 
dəfə açılırdı: o, ictimai vəziyyətin cah-calalı irsən keçən bir evdə ilk dəfə nahar edirdi. İmperiya dövründə 
bal qurtardıqdan sonra şam təşkil etmək adət olmuşdu, çünki istər xaricdə, istərsə    doğma yurdda 
aparılan müharibələr üçün hərbi adamlar qüvvət toplamalı idilər.     artıq baldan sonrakı şam yeməklərini 
ləğv etmişdi. Bu nahara qədər Ejen yalnız ballarda olmuşdu. Sonralar Ejen hər zaman özünəarxayın bir 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə