Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

– Sizə nə olmuşdur? – deyə soruşdu. 
– Ah, əziz qonşum, siz ata olduğunuz kimi, mən də hələ həm oğul, həm də qardaşam. Siz qrafinya 
Anastazi üçün qorxmaqda haqlısınız: o, Maksim de Tray adlı bir şəxsin əlində oyuncaqdır; de Tray qızınızı 
məhv edəcəkdir. 
Qorio ata nə isə mırıldanaraq çıxdı, lakin Ejen bu sözlərin mənasını anlaya bilmədi. 
Ertəsi gün Rastinyak öz məktublarını yola salmaq üçün poçta getdi. O, axırıncı dəqiqəyədək tərəddüd 
keçirirdi. Lakin axırda məktubları poçt qutusuna salıb dedi: “Mənim bəxtim gətirəcəkdir!” Onun sifətində 
oyunçunun, böyük bir sərkərdənin ifadəsi vardı. Lakin bu ifadə qəzavü-qədərlə bağlıdır: o, çox zaman 
insanı qurtuluşa deyil, fəlakətə sürükləyir. 
Bir neçə gündən sonra Ejen qrafinya de Restonun yanına getdisə də, onu qəbul etmədilər. O, üç dəfə 
oraya getdi, lakin hər dəfə, Maksim de Trayın orada olmadığı saatlarda getsə belə, qapını onun üçün 
açmadılar. Vikontessa haqlı idi. Tələbə oxumağı atdı. O, mühazirələrə ancaq adını siyahıda qeyd etdirmək 
üçün gəlir, sonra isə çıxıb gedirdi. Başqa tələbələr kimi o da özünə yalnız bir şeylə təsəlli verirdi. O da öz 
məşğələlərini başqa tələbələr kimi imtahan verəcəyi vaxta qədər təxirə saldı. Ejen ikinci və üçüncü 
kursun mühazirələrinə qeyd olunaraq, axırda dərslə ciddi məşğul olmağa və hüquq fakültəsinin bütün 
kursunu            keçməyə qərar verdi. Bunun sayəsində onun ixtiyarında on beş ay vardı ki, bu müddət 
ərzində Paris dənizində sərbəst üzə bilər, qadınları ovlamaqla, yaxud sərvət üçün qarmaq atmaqla 
məşğul ola bilərdi. 
Ejen son həftə ərzində iki dəfə madam de Boseanı ziyarət etdi; lakin o, həmişə markiz d’A udanın karet  
həyətdən çıxdıqdan sonra gələrdi. Bütün Sen-Jermen qəsəbəsində ən şairanə və məşhur qadın sayılan 
vikontessa, d’A uda-Pinto ilə madmazel Roşfidin adaxlanmasını təxirə salmağa müvəffəq olmaqla, hələ az 
bir müddətə döyüş meydanından çəkilmi di. Lakin səadəti itirmək qorxusunun yaratdığı çox acı hisslərlə 
dolu olan bu günlər fəlakəti daha da sürətləndirməli idi. Markiz d’A uda-Pinto və Roşfid ailəsi vikontessa 
ilə aralarında yaranan nifaq və sülhə başqa bir məna və əhəmiyyət verirdilər. Onlar madam de Boseanın 
bu adaxlanma fikrini öyrənəcəyinə və öz səhər məclislərini insan həyatında fitrən təyin edilmiş bir 
hadisəyə qurban verəcəyinə ümid bəsləyirdilər. Bu surətlə d’A uda hər gün ən müqəddəs vədlər verərək 
məzhəkə oynayır, vikontessa isə həvəslə bu yalana tabe olurdu. Ən yaxşı rəfiqəsi hersoginya de Lanje 
belə demişdi ki: “O, şərəflə pəncərədən özünü atmaq əvəzinə, sadəcə, pilləkəndən yuvarlanmışdır”. Hər 
necə olur-olsun, günəşin son şüaları hələ sönməmişdi, vikontessa hələ Parisdə yaşayırdı, kuzeninə 
mövhum bir məhəbbət bəsləyərək, ona vacib xidmətlər göstərə bilmişdi. Ejen isə qadının heç kəsin 
gözlərində nə mərhəmət, nə də həqiqi təsəlli görmədiyi bir zamanda vikontessaya böyük sədaqət və 
hüsntəvəccöh göstərmişdi. Kişi belə bir zamanda mehriban sözlər söylərsə, bunu ancaq müəyyən 
məqsədlə edər. 
Rastinyak Nusingenin evində yaşamazdan qabaq öz şahmat taxtasındakı vəziyyəti diqqətlə öyrənmək 
istəyirdi. O, bu məqsədlə Qorio atanın əvvəlki həyatını aydınlaşdırmağa çalışmış və aşağıdakı dəqiq 
məlumatı toplamışdı. 


Jan-Joaş   Qorio inqilabdan əvvəl vermişel fabrikində      fəhlə imiş. Qənaətcil, təşəbbüskar adam 
olduğundan 1789-cu ildə birinci üsyanın təsadüfən qurbanı olan sahibkarının müəssisəsini tamamilə öz 
əlinə keçirir. Qorio Jüsyen küçəsində, taxıl bazarının yaxınlığında yerləşərək, böyük bir məharətlə seksiya 
sədrliyini öz əlinə keçirməklə, bu təhlükəli dövrdə ən nüfuzlu adamların himayəsi altında öz ticarətini 
təmin edir. Onun sərvətinin əsasını da bu hiyləgər siyasət qoymuşdu: onun varlanmağı həqiqətən, yaxud 
qəsdən yaradılmış aclıq dövründə, Parisdə çörəyin qiyməti çox yuxarı qalxdığı bir zamanda başlamışdı. 
İnsanlar çörəkçi dükanlarının qarşısında döyüşdüyü, bir-birini öldürdüyü zamanda, bəzi adamlar səs-küy 
salmadan baqqaliyyə dükanlarındakı makaronları satın alırdılar. Vətəndaş Qorio bir ilin ərzində alverçiyə 
iri sərmayənin verdiyi imtiyazlardan istifadə edərək, ticarətlə məşğul olmağa imkan yaradan bir kapital 
qazanmışdı. Onun taleyi yalnız nisbətən qabiliyyətli adamların taleyinə bənzəyirdi. Onun həyatını xilas 
edən də elə adi adam olması idi. Bundan başqa, onun varlanmağı artıq sərvətin heç kəsdə paxıllıq 
oyatmadığı və varlı şöhrəti qazanmaq təhlükəli olmadığı bir zamanda aydınlaşmışdı. Anlaşıldığına görə, o, 
bütün ağlını, istedadını taxıl alverinə vermişdi. Taxıl, un, yarma söhbəti düşəndə, bunların keyfiyyəti, 
haradan gətirilməsi, saxlanılması, qabaqcadan qiymətinin təyin edilməsi, quraqlıq, yaxud məhsullu il 
olacağının təyin edilməsi, taxılın ucuz alınması, Siciliyada, Ukraynada tədarük görülməsi məsələsi 
gələndə heç kəs onunla rəqabət       bilməzdi. Onun öz işlərini necə idarə etməsini, taxıl idxalı və ixracı 
qanunlarına necə məna verməsini, bu qanunları öyrənməsini, nöqsanlarını görməsini bilənlər Qorionun 
nazir olmağa layiq olduğunu zənn edərdilər. Məqsədinə çatmaqda səbirli, fəal, mətin, möhkəm və cəld 
Qorio alıcı quş kimi ayıq idi: hər şeyi qabaqlar, hər şeyi əvvəlcədən bilər, hər şeyi gizlədərdi. O, 
niyyətlərində diplomat, səfərlərində bir əsgər idi. Lakin Qorio bu xüsusi sahədən, boş vaxtlarında 
astanada əyləşib qapısına söykəndiyi sadə və qaranlıq dükanından xarici aləmə çıxdığı zamanlar yenə 
dönüb küt və yonulmamış bir fəhlə olar, sadə şeyləri belə başa duşə bilməz, mənəvi zövqlərə yabançı 
qalar, teatrda mürgülər, yalnız öz kütlüyü ilə qüvvətli olan Paris Dolibanlarına* bənzərdi. Bu növ 
adamların hamısı bir-birinə oxşar. Lakin onların qəlbində çox zaman ülvi hisslərə təsadüf etmək 
mümkündür. Vermişel fabrikantının qəlbində də iki hiss hökm sürürdü. Beynini taxıl ticarəti məşğul etdiyi 
kimi, qəlbinin bütün hərarətini də bu iki hiss ələ keçirmişdi. Arvadı Bridə yaşayan varlı bir fermerin 
yeganə qızı idi. Qorio bu qadını nəhayətsiz məhəbbətlə, dini bir pərəstişkarlıqla sevərdi. O, öz təbiəti ilə 
təzad təşkil edən bu incə və qüvvətli, həssas və sevimli qadına heyran və məftun idi. Kişilərə məxsus bir 
hiss varsa, o da hər saat zəif bir xilqətə göstərdiyi himayədən doğan qürur hissidir. Bütün namuslu 
insanların feyz aldığı bir qadına bəslədiyi məhəbbəti və səmimi minnətdarlığı da nəzərə alsanız, insan 
mənəviyyatında baş verən bir çox qəribə hadisələri anlarsınız. Yeddi il xoşbəxt yaşadıqdan sonra vermişel 
fabrikantı bədbəxtlikdən öz arvadını itirdi: o artıq Qorioya yalnız hissiyy t aləmində deyil, başqa 
sahələrdə də hökmranlıq etməyə başlayırdı. Bəlkə də, o, Qorionun bu mühafizəkar təbiətini inkişaf etdirə 
biləcək, onda varlıq və həyatı anlamaq qabiliyyəti oyada biləcəkdi. Arvadı öləndən sonra Qorionun atalıq 
hissi bütün sədləri aşmış oldu. O, ölümün səfil qoyduğu məhəbbətini qızlarına verdi, qızlar da ilk 
zamanlar onun bu atalıq məhəbbətini tamamilə təmin edirdilər. Tacirlər də, fermerlər də öz qızlarını ona 
ərə vermək üçün can atırdılar, lakin o, əlverişli təklifləri belə rədd edərək, dul qalmağı qərara aldı. 
Qorionun etimad bəslədiyi yeganə bir şəxs vardısa, o da qayınatası idi. Qayınatasının dediyinə görə, 
Qorio, mər um arvadına öz vəfa və sədaqətini saxlamağa and içmişdi. Taxıl bazarındakı alverçilər 
vermişel fabrikantının bu ülvi qızğınlığını başa düşməz, onu yalnız məsxərəyə qoyardılar, hətta ona 
gülməli bir ad belə qoymuşdular. Lakin bir dəfə alverçilərdən biri, dükanda bir az içdikdən sonra bu 
gülməli adı ucadan ona söylədiyi zaman vermişel fabrikantı ona elə bir yumruq ilişdirmişdi ki, o, Oblen 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə