Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə20/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

– Ah, yadıma düşdü! Sizin evinizdəki balda qrafinya de Resto mənim xoşuma gəlmişdi. Bu gün səhər 
onun evində idim. 
Madam de Bosean gülümsəyərək: 
– Yəqin ki, siz ona çox mane olmuşsunuz, – dedi. 
– Əlbəttə, mən nabələd adamam və siz mənə          mən hamını özümə düşmən edərəm. Mən belə zənn 
edirəm ki, Parisdə heç kəslə məşğul olmayan gənc, gözəl, zərif və varlı bir xanıma təsadüf etmək 
mümkün deyildir. Halbuki mənim belə bir qadına ehtiyacım var. Mən elə bir qadın istərdim ki, siz 
qadınların, məharətlə təlim edə bildiyi həyat dərsini mənə öyrətsin. Mən hər yerdə qraf de Tray 
kimilərinə rast gələcəyəm. İndi sizin yanınıza gəlməkdə məqsədim də bir müəmmanı mənə 
aydınlaşdırmağı və orada necə axmaqlıq törətdiyimi izah etməyi sizdən xahiş etməkdir. Mən onun 
yanında söhbət açıb... 
Ja , Ejenin sözünü kəsərək: 
– Hersoginya de Lanje gəlmişdir, – deyə xəbər verdi. 
Tələbə çox təəssüf etdiyindən, üzünü turşutdu. 
Vikontessa pıçıltı ilə Ejenə dedi: 
– Əgər siz müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hər şeydən əvvəl, sadə və səmimi olmayın. 
Vikontessa ayağa durdu və hersoginyanı qarşılayaraq: 
– Ah, mənim əzizim, xoş gördük! – dedi. Sonra onun əlini, öz bacısını qarşılayırmış kimi, səmimiyyətlə 
sıxdı. Hersoginya da məhəbbətlə vikontessanı öpdü. 
Rastinyak öz-özünə: 
“Bax bu, iki səmimi rəfiqədir, – dedi. – İndi mənə iki qadın himayə göstərəcək. Onların zövqü də bir-
birinə oxşamalıdır. Buna heç şübhə ola bilməz ki, hər ikisi mənimlə maraqlanacaq”. 
Madam de Bosean soruşdu: 
– Əzizim Antuanetta, sizi görməkdə mən hansı bir xoş arzuya minnətdaram? 
– Sadəcə, bir şeyə:  ən markiz d’A uda-Pintonun cənab de Roşfidin evinə daxil olduğunu görüb, sizi evdə 
tək tapacağımı düşündüm. 
Hersoginya bu məşum sözləri söylərkən madam de Bosean dodaqlarını gəmirmədi, yanaqları qızarmadı, 
baxışında heç bir şey dəyişmədi, hətta üzü belə, sanki, işıqlandı. 
Hersoginya Ejenə doğru dönərək əlavə etdi: 
– Əgər mən sizin məşğul olduğunuzu bilsəydim.. 


Vikontessa: 
– Bu, mənim qohumum müsyö Ejen de Rastinyakdır, – dedi. – Monrivodan heç xəbəriniz vardır  ? Dünən 
Serizi mənə deyirdi ki, onu heç yerdə görmək mümkün deyildir. O, bu gün sizin yanınıza gəlməmişdi ki? 
Hersoginya hiss etdi ki, bu sualın ucu düz ürəyinə sancıldı: o, general Monrivoya dəlicəsinə aşiq olmuşdu, 
lakin onun hersoginyanı atması haqqında şayiələr gəzirdi. 
Hersoginya qıpqırmızı qızararaq: 
O, dünən Yelisey sarayında imiş, – dedi. 
Madam de Bosean: 
– Görünür, o, xidmətdə imiş, – dedi. 
Hersoginya da gözlərində kin və qəzəblə: 
– Klara, – dedi, – əlbəttə, sabah markiz d’A uda-Pinto ilə madmazel de Roşfidin adaxlanacağından 
xəbəriniz var? 
Zərbə çox qüvvətli olduğundan, vikontessa sapsarı saraldı, lakin yenə gülərək cavab verdi: 
– Bu cür dedi-qodularla axmaq adamlar özlərinə təsəlli verirlər. Markiz d’A udanın Portuqaliyanın ən 
şərəfli bir adını Roşfidə verməsinin nə mənası var? Roşfidlər dünənki dvoryanlardandır. 
– Doğrudur, lakin deyildiyinə görə, Bertanın iki yüz min livr gəliri var. 
– Markiz d’A uda kifayət qədər zəngindir və belə şeyləri nəzərə almaz. 
– Lakin əzizim, madmazel de Roşfid çox füsunkar xanımdır. 
– Eləmi? 
– Bir sözlə, o, bu gün Roşfidin evində nahar edir, nikah sənədi artıq imzalanmışdır. Sizin bu barədə az şey 
bildiyinizə mən çox heyrət edirəm. 
– Siz nə axmaqlıq etmişsiniz, hörmətli cənab? – deyə vikontessa Ejendən soruşdu. – Bilirsinizmi, əzizim 
Antuanetta, bu uşağı yenicə cəmiyyət içinə atmışlar, bizim danışdıqlarımızdan o heç    başa düşmür. Ona 
rəhminiz gəlsin: söhbətimizi sabah davam etdirərik. Heç şübhəsiz, sabah hər şey məlum olar, o zaman siz 
bu xəbəri daha əmniyyətlə və açıqdan-açığa hamıya xəbər verə bilərsiniz. 
Hersoginya insanı dərhal əzən və heçə çevirən bir nəzərlə Ejeni başdan-ayağa süzdü. Hər iki xanımın 
dostanə sözlərlə bir-birini sancdıqlarını öz ağlı sayəsində duyan Ejen cavab verdi: 
– Vikontessa, mən, özüm belə başa düşmədən, qrafinya de Restonun qəlbinə xəncər sancmışam. Mənim 
günahım da ancaq bunu bilməməyimdəndir. Sizə birisi tamamilə şüurlu olaraq iztirab verdiyi zaman, 
yenə də onunla görüşürsünüz, hətta ondan qorxursunuz, lakin özü belə bilmədən yara vuran adama 


sarsaq bir adam, heç kəsə mənfəət verə bilməyəcək bir adam nəzəri ilə baxırsınız, hətta ona nifrət belə 
edirsiniz. 
Madam de Bosean hərarətli bir nəzərlə tələbəyə baxdı. Onun bu nəzərində alicənab insanlara məxsus bir 
minnətdarlıq, etiraf və vüqar duymaq olardı. Bu nəzər bir az əvvəl alverçi gözü ilə Ejenə qiymət qoyan 
hersoginyanın Rastinyakın qəlbinə vurduğu yaranın üzərinə məlhəm kimi yayıldı. 
Ejen dedi: 
– Bilirsinizmi, mən qraf de Restonun hüsn-rəğbətini qazanmışdım. – Ejen miskin, lakin eyni zamanda 
hiyləgər bir əda ilə davam etdi: – Sizə bu məlum olsun ki, mən hələlik ancaq yazıq bir tələbəyəm, 
tamamilə yalqız, olduqca yoxsul bir tələbə... 
– Belə şeylər danışmayın, müsyö de Rastinyak. Biz qadınlar heç kəsə lazım olmayan şeylər           qaçmırıq. 
– Çarə nədir? – Ejen cavab verdi. – Mənim vur-tut iyirmi iki yaşım var. Bu yaşın müsibətlərinə dözməyə 
məcburam. Bir də mənim etirafımı dinləyin. Ürəyimin sirrini etiraf etmək üçün dizimi çökdürməyə başqa 
bir gözəl məbəd har da tapa bilərəm. Doğrudur, insanlar belə məbədlərdə günaha yol verər, başqa 
məbədlərdə isə tövbə edər. 
Hersoginya bu mürtəd boşboğazlığa qulaq asarkən Ejenə soyuq nəzərlə baxdı və onun zövqunü 
bəyənməyərək, vikontessaya dedi: 
– Kuzeniniz nabələd adamdır. 
Madam de Bosean hersoginyanın bu sözlərinə və kuzeninə ürəkdən gülərək: 
– Bəli, mənim əzizim, – dedi, – o, doğrudan da, nabələd adamdır və yaxşı zövqlərdən dərs almaq üçün 
özünə bir mürəbbiyə axtarır. 
Ejen yenə hersoginyaya müraciətlə dedi: 
– Hersoginya, mənə elə gəlir ki, bizi cəzb edən şeylərin sirrini öyrənmək arzusu tamamilə təbiidir, elə 
deyilmi? (Öz-özünə isə belə dedi: “ nlarla söhbət etmək üçün mən bərbərlərə layiq sözlər icad edirəm”.) 
Hersoginya: 
– Lakin, – dedi, – məncə, qrafinya de Restonun özü müsyö de Trayın şagirdidir. 
Tələbə: 
– Bu, mənə qətiyyən məlum deyildi, – deyə cavab verdi, – ona görə də mən düşüncəsizliyimdən ikisinin 
arasına girdim. Bununla belə, mən əri ilə çox yaxşı yola gedirdim, arvadı isə müvəqqəti də olsa, mənim 
varlığıma dözməyə məcbur görünürdü. Lakin birdən-birə mənim ağlıma bir fikir gəldi: mən dəhlizdə 
qrafinyanı öpən və gözümün qabağında      qapıdan həyətə keçən bir kişi ilə tanış olduğumu onlara 
söylədim. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə