Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

çağırırdı, ayaqqabılı ayaqlarında ayrı gözəllik vardı. Maksim onun əlini öpmək istədiyi zaman, Ejen 
Maksimi, qrafinya isə Ejeni görmüş oldu. 
Qrafinya ağıllı adamların ibrət aldıqları bir tövrlə: 
– Sizmisiniz, müsyö de Rastinyak, – dedi, – mən sizi gördüyümə çox şadam. 
De Tray çağırılmamış qonağı getməyə məcbur edə biləcək mənalı bir nəzərlə gah Ejenə, gah da 
qrafinyaya baxırdı. 
“Bu nədir! Əzizim, mən ümidvaram ki, sən bu həyasızı bayıra atacaqsan!” Bu       qrafinya Anastazinin 
Maksim adlandırdığı məğrur və arsız gəncin baxışındakı mənanı aydın, dəqiq ifadə edirdi. Qrafinya 
Maksimə, qadının bütün sirlərini özündən asılı olmadan üzə çıxaran bir itaətkarlıqla baxırdı. 
Rastinyakın qəlbində bu gəncə qarşı dərin nifrət hissi oyandı. Hər şeydən əvvəl, Maksimin sarışın, qəşəng 
qıvırcıq saçlarından Rastinyak başa düşdü ki, öz saçları nə qədər iyrənc şəkildə daranmışdır. Maksimin 
ayaqlarında zərif, təmiz çəkmələri vardı, halbuki Ejenin çəkmələrində, bütün səyinə baxmayaraq, nazik 
toz təbəqəsi görünürdü. Bundan başqa, bu şıq gəncin əynindəki sürtuk vücudunu zərif şəkildə sarıyaraq, 
onu gözəl qadına oxşatdığı halda, Ejenin əynində gündüz      , saat üçün yarısında, qara frak vardı. 
Şaranta* sahillərindən gəlmiş olan bu ağıllı gənc, yetimləri belə soya biləcək insanların mühitinə mənsub 
olan bu ucaboylu, nazik bədənli, aydın baxışlı, solğun bənizli şıq gəncin kostyumunun nə qədər böyük 
üstünlük yaratdığını təsəvvürünə gətirə bilərdi. 
Qrafinya de Resto Rastinyakın cavabını gözləmədən, penüarının ətəklərini sallaya-sallaya, quş kimi ikinci 
qonaq otağına uçdu. Penüarın ətəkləri büzülür, dalğalanır, qrafinyanı kəpənəyə oxşadırdı. Maksim də 
onun      ınca getdi. Hiddətlənən Ejen Maksimlə qrafinyadan ayrılmadı, onları təqib etdi... Hər üçü böyük 
qonaq salonunun ortasında toplaşdı. Tələbə nifrət bəslədiyi Maksimə maneə olduğunu gözəlcəsinə başa 
düşürdü. Bununla belə, qrafinyanın məmnun qalmamasına səbəb olmaqdan qorxmayaraq, bu şıq gəncə 
mane olmağa qərar verdi. Ejen bu gənci madam de Boseanın balında gördüyünü xatırlayaraq, bir an 
içində, Maksimin qrafinya de Restonun yanında nə rol oynadığını dərhal duymuşdu. O, böyük 
axmaqlıqlara, yaxud böyük müvəffəqiyyətlərə səbəb olan bir gənclik cəsarəti ilə özünə dedi ki: bax bu, 
mənim rəqibimdir, mən onun üzərində qələbə çalmaq istəyirəm! 
Düşüncəsiz gənc! O, qraf Maksim de Trayın, təhqir edildiyi zaman, birinci atəş açdığını və düşmənini 
öldürdüyünü bilmirdi. Ejen təcrübəli ovçu olsa da, hələ tirdəki iyirmi iki hədəfdən iyirmisini vurmaq 
iqtidarında deyildi. 
Gənc qraf buxarının yanındakı dərin kresloda əyləşərək, elə bir hiddət və təəssüflə maşanı götürüb 
kömürü qarışdırmağa  aşladı ki, Anastazinin gözəl üzünü dərhal duman bürüdü. Gənc qadın üzünü Ejenə 
çevirib, təəccüb dolu soyuq nəzərlə ona baxdı. Bu baxış tamamilə aydın şəkildə yalnız bunu ifadə edirdi: 
“Bəs siz nə üçün çıxıb getmirsiniz?” Bu baxışın mənası o qədər aydın idi ki, yaxşı tərbiyə görmüş adamlar 
dərhal vidalaşmaq üçün söylənilə biləcək      ləri düşünməyə vadar ol rd . 
Ejen xoş təbəssümlə gülümsəyərək, cavab verdi: 


– Madam, mən sizi görmək arzusunda idim, çünki... 
Onun sözləri yarımçıq qaldı. Qapı açıldı. Birdən-birə içəri tilbürini sürən şlyapasız cənab daxil oldu. O, 
qrafinyaya salam belə vermədən, qəmli nəzərlə tələbəyə baxdı və əlini Maksimə uzadaraq, Rastinyakı 
heyrətləndirən bir qardaşlıq ədası ilə “        ınız xeyir!” dedi. Əyalət gəncləri üçlük həyatının bütün 
gözəlliklərindən bixəbərdirlər. 
Qrafinya ərini Ejenə təqdim edərək: 
– Müsyö de Resto, – dedi. 
Ejen ehtiramlı bir təzimlə ona cavab verdi. 
Qrafinya, Ejeni qraf de Restoya təqdimlə, sözünə davam edərək: 
– Müsyö de Rastinyak, – dedi. – O, Marsi yaklar vasitəsilə vikontessa de Boseanın qohumlarından sayılır. 
Mən onunla son balda görüşmək şərəfinə nail oldum. 
Qrafinya bu sözləri yalnız seçmə adamları qəbul etdiyini sübut etmək istəyən ev sahibinə məxsus bir 
vüqarla, demək olar ki, təmtəraqla söyləmişdi. “Marsi yaklar vasitəsilə vikontessa Boseanın qohumu” 
sözləri sehrkar təsir göstərdi: qraf rəsmi, soyuq ədasını tərk edərək, Ejeni salamladı və: 
– Sizinlə tanış ol                , – dedi. 
Qraf Maksim de Tray belə təşvişli bir nəzərlə Rastinyaka baxdı və dərhal həyasız görünüşü dəyişdi. 
Amiranə bir şəxsin adının çəkilməsi sayəsində sehrbaz əlinin təması ilə cənublu gəncin beynindəki otuz 
qutunun hamısı birdən-birə açılaraq, hazırlanmış mahiranə sözləri yenə Ejenə qaytardı. Onun üçün hələ 
məchul olan yüksək Paris cəmiyyətinin havasını sanki birdən-birə günəş işıqlandırdı. “Vokenin evi”, Qorio 
ata onun fikirlərindən çəkilərək, uzaqlarda gözdən itdi. 
Qraf de Resto: 
– Mən Marsi yaklar nəslinin sona çatdığını zənn edirdim, – dedi. 
Ejen: 
– Bəli, – deyə cavab verdi. – Mənim babamın qardaşı şevalye de Rastinyak, de Marsi yak nəslinin son 
nümayəndəsi ilə evlənmişdi. Onun ancaq bir qızı olmuşdu ki, o da madam de Boseanın ana tərəfindən 
babası sayılan marşal de Kleramboya ərə getmişdi. Biz bu nəslin kiçik xəttindən, yoxsul xəttindənik, çünki 
babamın qardaşı olan vitse-admiral kral qulluğunda hər şeyini itirmiş oldu. İnqilabi hökumət, Şərqi 
Hindistan kompaniyasını* ləğv etdiyi zaman, bizim bu kompaniyadan alacağımız borcları tanımaq 
istəməmişdi. 
 
– Babanızın qardaşı 1789-cu ilə qədər “İntiqamçı” gəmisində komandanlıq etmirdi ki? 
– Tamamilə doğru buyurursunuz 


– Elə isə o, mənim babamı tanıyarmış: babam “Varvik” gəmisinə komandanlıq edərdi. 
Maksim qrafinya de Restonun üzünə baxdı və xəfifcə çiyinlərini çəkərək, sanki, bu sözləri söyləmək 
istədi: “O, bu cənabla donanmadan söhbət açarsa, bizim üçün hər şey məhv olar”. Anastazi onun 
baxışındakı mənanı sezdi. Öz qüvvəsini bilən bir qadın hökmü ilə gülümsəyərək söylədi: 
– Biz gedək, Maksim, mənim sizdən bir xahişim var. Ağalar, biz sizi “İntiqamçı” və “Varvik” gəmilərində 
sərbəst üzə bilmək üçün buraxıb getməyə məcburuq. 
Qrafinya ayağa qalxdı, irişərək Maksimə hiyləgər bir işarə elədi, ikisi də durub buduara doğru getdi. 
Fransız dilində münasib qarşılığı olmayan gözəl bir alman ifadəsi ilə söyləsək, bu bir cüt morqanatik adam 
qapıya çatar-çatmaz, qraf, Ejenlə söhbətini kəsərək, qeyri-məmnun halda: 
– Anastazi! – dedi. – Əzizim, burada qalsanız yaxşı olardı. Siz özünüz bilirsiniz ki... 
Qrafinya onun sözünü yarımçıq qoyaraq: 
– Bu saat qayıdıram, – deyə cavab verdi. – Mənim ancaq bir dəqiqəlik işim var: Maksimə bir tapşırıq 
vermək niyyətindəyəm. 
Qrafinya doğrudan da tez qayıtdı. Arzu etdikləri kimi yaşamaq üçün ərlərinin xasiyyətləri ilə 
hesablaşmağa məcbur olan bütün qadınlar, ərlərinin qiymətli etimadını itirmədən hansı hüduda qədər 
getmək mümkün olduğunu yaxşıca bilirlər və ona görə də heç zaman həyatın cüzi məsələləri üstündə 
ərləri ilə toqquşmaq istəmirlər. Qrafinya da qraf de Restonun səsini dəyişməsindən buduarda çox 
qalmağın təhlükəsiz olmadığını başa düşmüşdü. Bu maneələrin yaranmasına müqəssir Ejen idi. İstər 
görünüşü və istərsə hərəkətləri və acıqlı olduğunu göstərən qrafinya, Maksimə tələbəni işarə etdi, qraf 
de Tray isə qrafa, onun arvadına və Rastinyaka üz tutaraq kinayə ilə dedi: 
– Siz ciddi işlərlə məşğulsunuz, mən sizə mane olmaq istəmirəm, əlvida. 
O, bu sözlər        tələsik çıxdı. 
Qraf onun arxasınca bağırdı: 
– Maksim, qalınız! 
Qrafinya isə əlavə etdi: 
– Nahar yeməyə gələrsiniz. 
Qrafinya Ejenlə qrafı ikinci dəfə tərk edərək, Maksimin      ınca birinci qonaq otağına keçdi. O, bu otaqda 
xeyli qaldı; o, de Restonun Ejeni başından rədd edə biləcəyi ümidində idi. 
Rastinyak qrafinya ilə Maksimin gah qəhqəhə çəkib güldüyünü, gah danışdığını, gah da susduğunu 
eşidirdi. Lakin hiyləgər tələbə qraf de Resto ilə şirin söhbət açaraq, ona mədhlər söyləyir və qrafinyanı 
yenə görmək və onun Qorio ata ilə münasibətini aydınlaşdırmaq məqsədi ilə qrafla mübahisəyə girişirdi. 
Açıqdan-açığa Maksimə vurulmuş olan bu qadın, ərinin başını tovlayan və qoca vermişel fabrikantı ilə 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə