Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə14/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

Pansionda yaşayan kirayənişinlər və kənardan gələnlər bir-bir gəlir, salamlaşır, Paris cəmiyyətinin 
müəyyən təbəqələrində şən, tutarlı söz kimi qəbul edilən boşboğazlığa başlayırdılar: bu boşboğazlığın 
əsasını mənasız bir şey təşkil edirdisə, bunun məğzi, duzu söylənişində və hərəkətlərdə idi. Bu cür pozuq 
dil hər zaman dəyişir. Bunun binasını təşkil edən zarafat bir aydan artıq ömür sürməz. Siyasi hadisə, 
məhkəmədə baxılan bir cinayət işi, küçə nəğməsi, aktyorların şıltaqlığı, bir sözlə, hər şey bu müsahiblərin 
sözü, yaxud fikri atmacaları üçün şərait yaradırdı. Panorama nisbətən optik illüziyanın daha yüksək 
dərəcəsinə müvəffəq olan dioramanın bu yaxın zamanlarda ixtira edilməsindən sonra bəzi rəssamlıq 
emalatxanalarında mənasız bir əda ilə sözlərin sonuna “rama” əlavə etməyə başlamışdılar və 
pansionerlərdən olan gənc bir rəssam bunu meyvə gətirən calaq kimi “Vokenin evi”nə calamışdı. 
Muzey məmuru Puareyə xitabla: 
– Hə, cənab Puare, – dedi, – sağlıqramanız necədir? – Sonra verdiyi sualın cavabını belə gözləmədən, 
madam Kutürlə Viktorinaya tərəf dönərək: – Sevimli xanımlar, – dedi, – siz dərdli görünürsünüz. 
Rastinyakın dostu, təbib tələbə Oras Byanşon: 
– Bəs biz nahar etməyəcəyik? Mənim mədəm isqie ad talones1 səmtinə düşmüşdür. 
Votren də səsləndi: 
– Bugünkü tələbəramamız qiyamətdir! – dedi. – Yaxşı, Qorio ata, bir az yerinizdən tərpənin. Belə də iş 
olar! Siz öz ayağınızla sobanın bütün məcrasını tutmusunuz. 
Byanşon dedi: 
– Adlı-sanlı cənab Votren, siz nə üçün “tələbərama” deyirsiniz? Bu, düz deyil, “tələmərama” deyilməlidir. 
Muzey məmuru etiraz edərək: 
– Yox, – dedi, – elə doğrudan da “tələbərama” deməlidir. Axı adətən “tələ” deyərlər. 
–  a!  a! 
Byanşon Ejenin boynundan tutub, onu boğmağa hazırlaşır    kimi sıxaraq: 
– Nəhayət, əlahəzrət markiz de Rastinyak, yalan-palan doktoru da gəldi! – deyə bağırdı. – Ey, tez olun, 
köməyə gəlin! 
Madmazel Mişono yavaşca içəri daxil oldu, yavaşca salam verdi, bir söz söyləmədən üç arvadın yanında 
əyləşdi. 
Byanşon Votrenə pıçıldadı: 
– Bu qoca yarasanı görəndə ətim ürpəşir. Mən Qall sistemini* öyrənirəm, onda Yəhudanın şişlərinə rast 
gəlirəm. 
Votren soruşdu: 


– Siz onunla tanış idiniz? 
Byanşon cavab verdi: 
– Ona rast gəlməyən adam tapılarmı? Namusuma and içirəm, bu rəngi sarı-boz qoca bakirə mənə lap iri 
şalbanı çürüdən uzun qurdların təsirini bağışlayır. 
Votren bakenbardlarına sığal verə-verə: 
– Bunun mənasını bilirsinizmi, oğlan? 
 
Bir gül kimi yaşadı o gül ancaq bir səhər: 
Güllərin qisməti bu*... 
 
Puare xörəyi təmkinlə gətirən Kristofun içəri girdiyini görərək: 
– Aha, – dedi, – nəhayət, şorbarama gəlib çıxdı! 
Voke cavab verdi: 
– Bağışlayın, bu, kələm şorbasıdır. 
Gənclər qəhqəhə çəkib güldülər. 
– Puare yaxşıca kötək yedi! 
– Puare kələyə düşdü! 
Votren dedi: 
– Voke ciciyə əla qiymət verilməlidir. 
Muzey məmuru: 
– Bu səhərki dumana diqqət verdinizmi? 
Byanşon dedi: 
– Bu, qəzəbli və görünməmiş bir duman idi: Qorio kimi boğucu, malxulyalı, yaşıl, qalın bir duman. 
Rəssam izah etdi: 
– Buna Qoriorama deyərlər, çünki onun arasından heç bir şey görmək mümkün deyil. 
– Ey, milord Qo riott, bu, sizin haqqınızdadır. 


Stolun axırında, xidmətçilərin girib-çıxdığı qapının yanında əyləşmiş Qorio ata başını qaldırdı və bəzən 
büruzə verdiyi köhnə alverçi adəti üzrə, salfetin altındakı çörək parçasını iylədi. 
Voke öz bağırtısı ilə süfrə ətrafında əyləşənlərin, boşqabların və qaşıqların səsini batıraraq, qəzəblə dedi: 
– Yoxsa, sizcə, çörək yaxşı çörək deyil? 
– Əksinə, xanım, – Qorio cavab verdi. – Bu çörək əla Etamp unundan bişirilmişdir. 
Ejen soruşdu: 
– Siz bunu necə təyin etdiniz? 
– Ağlığına, təminə görə. 
Madam Voke dedi: 
– Bur nun təminə görəmi? Siz ki çörəyi burnunuzla iyləyirdiniz. Siz o qədər qənaətli olmağa başlamışsınız 
ki, axırda mətbəxin iyi ilə dolanmaq üçün çarə tapacaqsınız. 
Muzey məmuru bağırdı. 
– Onda bu ixtira üçün patent tələb edərsiniz,  öyük sərvət qazanarsınız. 
Rəssam: 
– Kifayətdir, – dedi, – o, bunu vermişel fabrikantı olduğunu sübut etmək üçün eləyir. 
Muzey məmuru yenə soruşdu: 
– Demək, sizin burnunuz burun deyil, kolbadır? 
Byanşon: 
– Necə? Kol?.. –        . 
– Kol-bax... 
– Kol-paq... 
– Kolbasa. 
– Kol-rama. 
Bu cavablar yaylım atəşinin sürəti ilə bütün salona yayıldı və əcnəbi dilini başa düşməyə çalışan bir adam 
kimi, zavallı Qorio ata da mənasız bir nəzərlə qonşularına baxdıqca, daha çox gülüşməyə səbəb oldu. 
Qorio yanında əyləşdiyi Votrendən soruşdu: 
– Kol?.. 


Votren: 
– Kol-paq, qoca, kolpaq, – deyə cavab verdi və Qorionun başına elə bir qapaz ilişdirdi ki, onun papağı 
gözlərinin üstünə düşdü. Bu gözlənilməz hücumdan özünü itirən zavallı qoca bir müddət hərəkətsiz 
donub qaldı. 
Kristof, Qorio atanın şorbanı yeyib qurtardığını zənn edərək, boşqabını yığışdırdı; odur ki Qorio papağını 
qaldırıb, qaşığını götürdüyü zaman qaşığı boşqaba deyil, boş yerə dəydi. Yenə qəhqəhə gürladı. 
Qoca: 
– Cənab Votren, – dedi, – bu, axmaq zarafatdır, siz bir də belə şeyə yol versəniz... 
Votren onun sözünü kəsərək: 
– Onda bu, sizə baha oturar. 
Rəssam: 
– Cəhənnəmdəmi? – deyə soruşdu. – Cəza alan yaramaz uşaqların oturduğu qaranlıq bir guşədə! 
Votren Viktorinaya xitabla: 
– Madmazel, – dedi, – siz nə üçün xörək yemirsiniz? Görünür, atanız çox tərs adam imiş. 
Madam Kutür cavab verdi: 
– O, dəhşətli bir şeydir. 
Votren dedi: 
– Madmazel Viktorina xörək haqqının qaytarılmasını tələb edə bilər: o qətiyyən xörək yemir. Ehe, diqqət 
edin: Qorio atanın madmazel Viktorinaya necə baxdığını görürsünüzmü? 
Qoca artıq yemirdi, ancaq gözlərini zavallı qızın üzünə dikmişdi: qızın üzündə atası tərəfindən rədd edilsə 
də, yenə atasını sevən bir qızın iztirabı duyulurdu. 
Ejen, Byanşona tərəf dönərək, pıçıltı ilə: 
– Əzizim, – dedi, – biz Qorio ata haqqında səhv etmişik. Qall sistemini ona tətbiq et, sonra nəticəsini 
mənə söylərsən. Mən bu gecə onun qızıllanmış gümüş qabını mum kimi əzdiyini öz gözlərimlə gördüm. O 
zaman onun gözlərində xariqüladə hisslər görünürdü. Məncə, onun taleyi çox əsrarəngizdir, hər halda, 
öyrənməyə dəyər. Bəli, Byanşon, sən nahaq yerə gülürsən, mən qətiyyən zarafat etmirəm. 
Byanşon cavab verdi: 
– Mən də etiraf edirəm ki, bu şəxs təbabətə aid bir hadisədir. Əgər o, arzu edərsə, mən onun bədənini 
yara da bilərəm. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə