Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə13/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

Madmazel Tayfer atası ilə görüşəcəyi fikrinə daldığından söhbətə çox az qulaq asırdı. Madam Kutür işarə 
elədi ki, süfrədən durub, paltarını geyinməyə getsin. Xanımlar çıxdıqdan sonra Qorio ata da onları təqib 
etdi. 
Voke Votrenə və başqa kirayənişinlərə xitabən: 
– Gördünüzmü? Gördünüzmü? – dedi. – Onun bu cür qadınların sayəsində müflis olduğu aydın 
məsələdir. 
Tələbə: 
– Mən heç zaman qrafinya de Resto kimi bir gözəlin Qorio ata ilə yaşamasına inanmaram! – dedi. 
Votren Ejenin sözünü kəsərək: 
– Biz sizi qətiyyən inandırmaq niyyətində deyilik, – dedi. – Parisi yaxşı tanımaq üçün siz hələ çox 
cavansınız. Bir az da keçər və siz başa düşərsiniz ki, Parisdə ehtiras düş ünü dediyimiz qadınlar da var. 
Madmazel Mişono bu sözləri eşidər-eşitməz diqqətlə qulaq asmağa başladı və mənalı bir şəkildə Votrenə 
tərəf baxdı. O lap boru səsi eşidən      atına bənzəyirdi. 
Votren diqqətlə Mişonoya baxaraq öz sözünü kəsdi və: 
– Belə-     işlər, – dedi. – Bəlkə, bizdə də bu cür bəzi ehtiraslara təsadüf etmək olar? 
Qoca bakirə, çılpaq heykəlləri görən bir rahibə kimi başını aşağı saldı. 
Votren isə davam edərək: 
– Budur, – dedi, – bu adamlar beyinlərindəki fikirdən elə bərk yapışırlar ki, onları bundan qopara 
bilməzsən. Onlar müəyyən su üçün susamışlar, müəyyən bir quyudan, bəzən iylənmiş bir quyudan su 
içməyə can atırlar və bu quyunun suyunu içmək üçün arvadlarını, uşaqlarını belə satmağa, ruhlarını da 
şeytana satmağa hazırdırlar. Bəzən adamlar üçün bu quyu – qumar, birja, şəkil, yaxud həşərat 
toplamaqdan, musiqidən ibarətdir. Bəziləri üçün də bu, ağızlarını şirinlədə biləcək bir qadındır. Bu cür 
adamlara dünyanın bütün qadınlarını təklif etsəniz, hamısını rədd edərlər; onlara ancaq ehtiraslarını 
təmin edə bilən həmin qadın lazımdır. Çox vaxt bu qadın qətiyyən onları sevməz, onlarla qaba rəftar 
edər və nəşə tör-töküntülərini çox baha qiymətə satar, bununla belə, mənim dəcəl kişilərimə bu, təsir 
etməz: onlar həmin qadına son ekülərini1 vermək üçün son yorğanlarını lombarda apararlar. Qorio ata 
da o cür kişilərdəndir. O, hər şeyini gizli saxladığından, qrafinya da onu ələ keçirmişdir. Yüksək zadəgan 
həyatı belədir! O, əcaib, zavallı bir adamdır, o yalnız qrafinyanı düşünür. Ehtiraslarının xaricində isə 
özünüz yaxşı görürsünüz ki, o, vəhşi heyvandan başqa bir şey deyildir. Siz bu barədə onunla söhbətə 
başlasanız, üzü almaz daşı kimi parlayacaqdır. Onun sirrini anlamaq çox da çətin məsələ deyil. O, bu 
səhər gümüş şeylərini yenidən tökdürməyə aparmışdı. Mən onun de-Qre küçəsində Qobsek dayının 
yanına girdiyini öz gözlərimlə gördüm. Yaxşı diqqət edin! O, Qobsekin yanından gəldikdən sonra bu 
axmaq Kristofu qrafinya de Restonun yanına göndərdi, Kristof isə məktubun ünvanını bizə göstərmişdi: 
məktubun içində ödənilmiş bir veksel vardı. Aydın şeydir ki, qrafinyanın da qoca sələmçinin yanına 


getməsi işin çox təcili olduğunu sübut edir. Qorio ata iltifat göstərib qrafinyanın borcunu özü ödəmişdir. 
Bu işi başa düşmək üçün çox da böyük ağ la ehtiyac yoxdur. Mənim gənc dostum, bu, onu göstərir ki, 
qrafinya gülüb-oynadığı, nazlandığı, şaftalı çiçəkləri ilə fərəhləndiyi və barmaqcığazları ilə paltarının 
ətəklərini yığışdırdığı zaman özünün, yaxud oynaşının vaxtı ötmüş veksellərini yada saldıqca ürəyi tir-tir 
əsirmiş. 
Tələbə: 
– Siz məndə həqiqəti öyrənmək üçün qüvvətli bir arzu oyadırsınız, – dedi, – mən lap sabah qrafinya de 
Restonun yanına getməliyəm! 
– Çox ola bilsin ki, siz orada öz iltifatının əvəzini almaq üçün gəlmiş olan Qorio ataya rast gələcəksiniz. 
Ejen nifrətlə dedi: 
– Demək, sizin Paris iyrənc bir bataqlıqdır. 
– Həm də əyləncəli bir bataqlıq, – deyə Votren əlavə etdi. – Ekipajlarda gəzə-gəzə bu bataqlığa 
bulaşanlar abırlı adamlardır, piyada gəzə-gəzə bulaşanlar isə fırıldaqçılardır. Əgər bədbəxtlikdən, cüzi bir 
şeyi oğurlamış olsanız, sizi görünməmiş bir şey kimi Ədalət sarayının meydanına çıxararlar. Lakin bir 
milyon oğurlamış olsanız, sizin yaxşı adam olduğunuzu bütün məclislərdə danışarlar. Bu əxlaqı davam 
etdirmək üçün biz jandarmlara və məhkəməyə ildə otuz milyon pul veririk. Bəd deyil! 
Madam Voke: 
– Necə? Qorio ata qızıllanmış gümüş fincanını yenidən tökdürmək üçün satmışdır? – deyə bağırdı. 
Ejen soruşdu: 
– O qabın qapağında iki qumru quşu yox idi ki? 
– Elədir ki var. 
Ejen dedi: 
– Demək, o, bu gümüş nəlbəki ilə fincanı çox sevərmiş, çünki onları əzdiyi zaman ağlamışdı. Mən bunu 
təsadüfən gördüm. 
Voke cavab verdi: 
– Qorio ata onları həyatından da artıq sevirdi. 
Votren: 
– Görürsünüzmü, bizim bu əcaib Qorionun ehtirası nə qədər qüvvətlidir! Bu qadın onu necə qızışdırmaq 
lazım gəldiyini bilir. 


Tələbə üst mərtəbədəki otağına qalxdı. Votren evdən çıxıb getdi. Bir neçə dəqiqə sonra madam Kutürlə 
Viktorina Silviyanın çağırdığı ekipaja mindilər. Puare qolunu madmazel Mişonoya tərəf uzatdı. Mişono 
onun qoluna girib, gün batmamış iki saat gəzmək üçün Botanika bağına getdi. 
Yoğun Silviya: 
– Lap elə bil evlənmişlər, – dedi. – Onlar birinci dəfədir ki, bu gün evdən birlikdə çıxırlar. Qupquru 
quruyublar, adama elə gəlir ki, çaxmaq daşı kimi bir-birinə toxunsalar, qığılcım çıxar. 
Voke gülə-gülə: 
– Elə olsa, – dedi, – madmazel Mişono şalından əlini üzə bilər: şal qov kimi yanıb puç olar. 
Qorio ata saat dörddə qayıtdıqdan sonra hislənən çıraqların işığında gözləri ağlamaqdan qızarmış 
Viktorinanı gördü. Madam Voke cənab Tayferin yanına səhərki müvəffəqiyyətsiz səfərin hekayətinə 
qulaq asırdı. Qızı ilə bu qoca arvadın ziyarətləri Tayferi təngə gətirdiyindən, məsələni aydınlaşdırmaq 
üçün bunların hər kisini qəbul etmişdi. 
Madam Kutür Vokeyə şikayətlənərək deyirdi: 
– Təsəvvür edin, əzizim. O, Viktorinaya əyləşməyi belə təklif etmədi, qız ayaq üstə qaldı. O, mənə 
əsəbiləşmədən, tamamilə soyuq bir əda ilə söylədi ki, nahaq yerə zəhmət çəkirik, madmazel (o, bir dəfə    
“qızım” demədi) onun gözündən düşmüşdür, nahaq yerə onun zəhləsini tökür (ildə bir dəfə! Onun nə 
qədər dəhşətli adam olduğunu görürsünüzmü!). Sözlərindən belə məlum oldu ki, Viktorinanın heç bir şey 
tələb etməyə haqqı yoxdur, çünki anası ərə getdiyi zaman yoxsul idi. Bir sözlə, o qədər acı sözlər söylədi 
ki, biçarə uşaq hönkür-hönkür ağlamağa başladı. Qız atasının ayaqlarına düşüb mərd-mərdanə söylədi ki, 
onun bu qədər israr etməyinə səbəb ancaq anasının xatirəsidir, indi isə o, atasının əmrinə sözsüz itaət 
edəcəkdir. O ancaq mərhum anasının vəsiyyətnaməsini oxumağı ondan xahiş etdi, məktubu çıxarıb ən 
təsirli, gözəl sözlərlə ona verdi. Doğrusu, onun bu sözləri haradan öyrəndiyini bilmirəm, görünür, Allah 
ona bu sözləri təlqin etmişdir. Zavallı uşaq lap ilhamla danışırdı. Mən ona qulaq asdıqca, dəli kimi 
ağlayırdım. Bilirsinizmi, bu dəhşətli adam, qızı danışdıqca nə ilə məşğul idi? O, dırnaqlarını təmizləyirdi, 
yazıq madam Tayferin göz yaşları ilə islanmış məktubu isə buxarıya atıb dedi ki: “Yaxşı!” O, qızını yerdən 
qaldırmaq istədi, lakin Viktorina onun əllərindən yapışaraq öpürdü, o isə əllərini çəkirdi. Bu qədər də 
zülm olarmı? Elə bu zaman onun sarsaq oğlu içəri girdi, bacısına salam belə vermədi. 
Qorio ata: 
– Nə dəhşətli adamdır! – dedi. 
Madam Kutür qocanın sözlərinə əhəmiyyət vermədən sözünə davam edərək: 
– Sonra, – dedi, – ata ilə oğul, tələsik işləri olduğunu bəhanə edərək, bizdən üzr istədilər və vidalaşıb 
getdilər. Bu da bizim ziyarətimiz! O, heç olmasa, öz qızını gördü. Onun öz qızını necə rədd edə bildiyini 
mən qətiyyən başa düşə bilmirəm. Onlar iki damcı su kimi bir-birinə oxşayırlar. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə