Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə21/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

Xanımlar: 
– O kişi kimdir? – deyə soruşdular. 
– Bir qocadır. O, Sen-Marso məhəlləsinin uzaq bir yerində, ayda iki luidora başını dolandırır. Mən yoxsul 
tələbə də orada yaşayıram. Bu, doğrudan da, bədbəxt bir adamdır, hamı ona gülür, məsxərəyə qoyur, 
onun adını “Qorio ata” qoymuşuq. 
Vikontessa: 
– Siz, həqiqətən, lap uşaqsınız! – dedi. – Qrafinya de Restonun qız familiyası    Qorio olduğunu 
bilmirsiniz? 
Hersoginya əlavə etdi: 
– O, vermişel fabrikantının qızıdır, meşşan ailəsindəndir, onu saray şəkərçisinin qızı ilə bir gündə saraya 
təqdim etmişdilər. Klara, yadınızdadırmı? Hələ kral gülmüş və latınca un barəsində bir məsəl demişdi: bu 
adamlar.. necə idi?.. Bu adamlar... 
Ejen kömək edərək: 
– Ejusdem farinae1, – dedi. 
Qrafinya təsdiq edərək: 
– Doğru buyurursunuz, – dedi. 
Tələbənin üzündə dəhşət göründü. Dedi: 
– O, qrafinyanın atası imiş! 
– Əlbəttə. Bu əcaib adamın iki qızı var. Hər ikisini dəli kimi sevir, ancaq hər ikisi ondan tamamilə əl 
çəkmiş kimi görünür. 
Vikontessa hersoginya de Lanjeyə müraciətlə: 
– İkinci qızı, – dedi, – alman familiyası daşıyan bir bankirin, gərək ki, baron Nusingenin arvadı deyilmi? 
Səhv etmirəmsə, onun adı Delfinadır. O, sarışın xanımdır,  perada yan tərəfdəki lojanı icarə edir. O, 
Bufonlarda da tez-tez görünür. Hamının nəzər-diqqətini özünə cəlb etmək üçün həmişə ucadan gülür, o 
deyilmi? 
Hersoginya gülümsəyərək: 
– Mən sizin, əzizim, bu cür adamlarla maraqlanmağınıza heyrət edirəm, – dedi. – Yalnız de Resto kimi 
məhəbbətdən ağlını itirən adam madmazel Anastazinin ununda ağnaya bilər. Ah! Bu işdə o, hər halda, 
ziyan çəkəcəkdir. Anastazi qraf de Trayın tələsinə düşmüşdür, qraf onu məhv edəcəkdir. 
Ejen: 


– Demək, onlar öz atalarını rədd etmişlər? – dedi 
Hersoginya cavab verdi: 
– Bəli, bəli, öz atalarını, lap doğma atalarını, ümumiyyətlə, atalarını, həm də deyildiyinə görə, çox yaxşı 
bir atanı rədd etmişlər. O, hər birinə beş-altı yüz min nişan pulu vermiş, özünə isə ildə səkkiz min, on min 
livr mədaxil saxlamışdır. O, elə zənn edirmiş ki, qızları, doğrudan da, qızlıq borcunu unutmayacaqlar: o, 
qızlarının evində özü üçün iki həyat, iki ev yaradacaq, hər zaman məhəbbətlə və nəvazişlə 
qarşılanacaqdır. Bunun əvəzində isə kürəkənləri iki ildən sonra onu ən alçaq bir adam kimi cəmiyyətdən 
qovdular. 
Ejenin gözlərində yaş işıldadı: o, hələ həyatının saf və müqəddəs havası ilə nəfəs alırdı, hələ gənclik 
həsrətlərinin təsiri ilə yaşayırdı. O yalnız burada ilk dəfə Paris mədəniyyəti ilə döyüş meydanında qarşı-
qarşıya gəlmişdi. Səmimi hisslərin təsiri o qədər qüvvətli oldu ki, onlar sükut içində bir müddət bir-birinin 
üzünə baxa-baxa qaldılar. 
Hersoginya sükutu pozaraq: 
– Aman, yarəb! – dedi. – Əlbəttə, bu, dəhşətli şeydir, halbuki biz hər gün belə hadisələrə rast gəlirik. 
Məgər bunun bir səbəbi yoxdurmu? Bir dəfə belə, əzizim, siz kürəkən nə olduğunu fikirləşmisinizmi? 
Kürəkən elə bir kişiyə deyirlər ki, biz on yeddi il müddətində ailənin ümidi  , Lamartinin sözü ilə desək, 
ailənin ləkəsiz qəlbini, gələcəkdə isə vəba xəstəliyinə çevrilən və min bir bağla bizə bağlı olan əziz bir 
xilqəti onun üçün bəsləyirik. Kişi isə bu xilqəti bizdən ayırdığı zaman, o, hər şeydən əvvəl, onun 
məhəbbətindən bir balta kimi istifadə edir, bu mələyin qəlbində, canlı ürəyində ailəsi ilə onu bağlayan 
bütün hissləri kəsib-doğrayır. Qızımız hələ dünən bizim üçün hər şey idi, biz də onun üçün hər şey idik. 
Səhər isə o, bizə düşmən kəsilir. Məgər hər gün biz bu cür faciələri öz gözlərimizlə görmürükmü? Gah 
gəlin qayınataya həqarətlə baxır, halbuki qayınata hər şeyini oğluna qurban vermişdir;  əzən də, 
görürsən, kürəkən öz qayınatasını evdən qovmuşdur. Mən belə suallara rast gəlmişəm: müasir 
cəmiyyətimizdə ən faciəli şey nədir? Kürəkən faciə deməkdir, həm də dəhşətli bir faciə. İzdivaclarımıza 
gəlincə, başdan-başa rəzalətdir. Mən bu biçarə vermişel fabrikantının başına nələr gəldiyini yaxşıca 
təsəvvür edirəm. Yaxşı yadımdadır, həmin bu Forio... 
– Madam, yəqin, siz Qorio demək istəyirsiniz... 
– Yaxşı, Morio olsun. Həmin bu Morio inqilab dövründə seksiya* rəhbərlərindən biri idi. O, məşhur 
aclığın gizli səbəblərini bilirdi. Həmin bu zamanlar o, unu aldığından on qat artığa satmaqla öz sərvətinin 
binasını qoymuş oldu. Çoxlu un tədarük etmişdi. Nənəmin mülkünü idarə edən ona böyük məbləğdə un 
satardı. Norio, əlbəttə, öz qazanclarını ictimai qurtuluş komitəsi* ilə bölüşdürərdi. Yadımdadır, nənəmin 
mülkünü idarə edən onun öz Qranvilye mülkündə tamamilə rahat yaşaya biləcəyini söylərdi: taxıl onun 
etibarlı adam olduğunu gözəlcəsinə sübut edirdi. Həmin bu Lorio başkəsənlərə taxıl sat rkən ancaq bir 
şey düşünürdü: deyildiyinə görə, o, öz qızlarına pərəstiş edir. Bir qızını qraf de Restoya arvad eləmiş, o 
birini baron Nusingenə ötürmüşdü. Nusingen hələ o zaman varlı bir bankir idi, özünü royalist kimi 
qələmə verirdi. Təbii şeydir ki, imperiya dövründə kürəkənlər üçün doxsan üçüncü il nümunəsi olan 
qayınatalarını öz evlərinə buraxmaq o qədər də mənfəətli deyildi. B on partenin vaxtında bu hələ 


mümkün şey idi, lakin Burbonlar hakimiyyətə qayıtdıqdan sonra Resto üçün və xüsusilə bankir üçün artıq 
bu qoca bir yük olmuşdu. Bəlkə də, qızlar öz atalarını hələ də sevirmişlər, hər halda, istəyirdilər ki, 
qurdların da qarnı doysun, quzular da sağ-salamat qalsın, yəni onlar həm ərlərini, həm də atalarını sakit 
etmək fikrində idilər. Onlar, evlərində heç kəs olmayanda Qorionu qəbul edərdilər. Onlar atalarını 
məhəbbət bəhanəsi ilə qəbul edərdilər. “Atacan, evdə heç kəs olmayacaq, gələrsiniz, vaxtımızı yaxşı 
keçirərik” kimi bəhanələr gətirərdilər. Məncə, əzizim, həqiqi hisslərin öz ağlı, öz gözləri var, odur ki zavallı 
qocanın ürəyindən qara qanlar axırdı. O, öz qızlarının ondan utandığını görür, qızları öz ərlərini sevdikləri 
üçün o, kürəkənlərinə əngəl olduğunu hiss edirdi. Nəhayət, fədakarlıq göstərmək vaxtı gəlib çatdı: o, öz-
özünü qızlarının evindən sürgün etdi, qızları isə onun bu işindən razı qaldılar. Bunu görən ata doğru 
hərəkət etdiyini anlamışdı. Bu surətlə atanın və qızların iştirakı ilə ailə cinayətinin əsası qoyulmuş oldu. 
Bu cür hadisələrə biz hər addımda rast gəlirik. Məgər bu Dorio ata qızlarının salonunda bir yağ ləkəsinə 
bənzəməzdimi? Zatən onun özü vəziyyətindən darıxacaq və xiffət çəkəcəkdi. Atanın başına gələn bu 
fəlakət bütün varlığı ilə bir kişini sevən qadının da başına gələ bilər: qadın öz məhəbbəti ilə kişini bezikdir    
, kişi yaxasını  qurtarmaq üçün onu tərk edir, alçaq işlərə əl atır. Bütün hisslərin taleyi belədir. 
Qəlblərimiz xəzinədir: onu birdən-birə xərcləsəniz, dilənçi         qalarsınız. Biz bütün varlığını açıb 
göstərmiş olan hisslərə də, bir su pulu belə qalmayan kişilərə də rəhm etmərik. Bu ata bütün varlığını öz 
qızlarının yolunda qoydu. O, iyirmi il ərzində öz qəlbini, məhəbbətini verdiyi halda, bütün sərvətini bir 
günün ərzində verdi. Qızları l m nu sıxıb qabığını çölə atdılar. 
Vikontessa gözlərini qaldırmadan, şalının saçaqlarını əsəbiliklə dartaraq: 
– Cəmiyyət nə qədər rəzildir, – dedi. Onun ağrıyan yerinə toxunmuşdular, hersoginyanın son sözlərinin 
ona aid olduğunu duydu. 
Hersoginya: 
– Rəzilmi deyirsiniz?.. Xeyr... – deyə cavab verdi. – Cəmiyyət öz yoluna davam edir. Bununla mən ancaq 
onu demək istəyirəm ki, mən qətiyyən cəmiyyət haqqında fikrimdə aldanmıram. – Sonra vikontessanın 
əlini sıxaraq: – Mən də elə sizin fikrinizə şərikəm, – dedi. – Cəmiyyət – uçurumdur. Biz yüksək yerlərdə 
dayanmağa çalışmalıyıq. 
Hersoginya ayağa durdu və madam de Boseanın alnından öpərək: 
– Əzizim, – dedi, – siz bu gün çox gözəl görünürsünüz. Mən sizin üzünüzün rənginə heyranam, buna 
bənzər heç şey görməmişəm. 
Hersoginya Rastinyaka baxdı, başını xəfifcə əyib, otaqdan çıxdı. 
Ejen gecə qocanın gümüş qabı əzdiyini xatırlayaraq: 
– Qorio ata gözəl adamdır! – dedi. 
Madam de Bosean fikrə daldığından onun bu sözlərini eşitmədi. Bir neçə dəqiqə sükut içində keçdi. 
Zavallı tələbə həya edərək susurdu: bilmirdi danışsın, ya çıxıb getsin. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə