Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

– Ah, cənab Votren, – dedi, lakin onun bu baxışı Votrenin sakitliyinə qətiyyən təsir etmədi. – Əgər siz 
mənim atamla görüşməyə imkan tapa bilsəniz, ona söylərsiniz ki, yer üzündə mənim üçün ən qiymətli 
şey atamın məhəbbəti ilə anamın namus və şərəfidir. Əgər siz onun sərt qəlbini yumşalda bilsəydiniz, 
mən sizin üçün daim dua edərdim. Mənim minnətdarlığıma əmin ola bilərsiniz... 
Votren istehzalı bir əda ilə oxudu: 
 
Vaxta ki dolaşdım bütün dünyanı... 
 
Bu zaman Puare, madmazel Mişono və Qorio, ehtimal ki, dünəndən qalmış qoyun əti üçün Silviyanın 
hazırladığı sousun iyini duyduqlarından, aşağı mərtəbəyə endilər. Kirayənişinlər bir-birini salamlayıb 
stolun ətrafında oturduqları zaman saat onu vurdu, küçədən tələbənin ayaq səsləri eşidildi. 
Silviya: 
– Lap yaxşı oldu, cənab Ejen, – dedi. – Bu gün siz hamı ilə birlikdə səhər          yeyərsiniz. 
Tələbə hamı ilə salamlaşıb Qorio atanın yanında əyləşdi. Qoyun ətindən iri bir parça götürdü və çörəkdən 
kəsərək: 
– Başıma qəribə bir sərgüzəşt gəlibdir, – dedi. 
Ejen çörəyi kəsdiyi zaman Voke, adəti üzrə, gözləri ilə çörək parçasının çəkisini təyin edirdi. 
Puare heyrətlə: 
– Sərgüzəştmi!? – dedi. 
Votren isə Puareyə xitabən: 
– Siz niyə təəccüb edirsiniz, qoca       ? – dedi. – Cənab Ejen sərgüzəştlər üçün yaranmışdır. 
Madmazel Tayfer ehtiyatla gənc tələbənin üzünə baxdı. 
– Sərgüzəştinizi bizə nağıl ediniz, – deyə madam Voke xahiş etdi. 
– Mən dünən kuzinalarımdan birisi olan vikontessa de Boseanın verdiyi balda idim –  taqları ipəklə 
döşənmiş ehtişamlı mülkündə. Müxtəsər, o, bizim üçün gözəl bir bayram düzəltmişdi. Mən lap kral kimi 
şənlənirdim... 
Votren Ejenin sözünü kəsərək: 
– Kral kimi yox, çalıquşu kimi... – dedi. 
Ejen qızışdı: 


– Siz bununla nə demək istəyirsiniz? 
– Mən “çalıquşu kimi şənlənirdiniz”, deyirəm, çünki çalıquşu krallara nisbətən daha şən yaşayır. 
Hər şeyə “bəli-bəli” deyən Puare: 
– Doğru buyurursunuz, – dedi, – mən qayğısız bir quş olmağı kral olmaqdan üstün tut ram, çünki... 
Tələbə, Puarenin sözünü kəsərək: 
– Həmin balda, – deyə davam etdi, – mən birinci gözəllərdən olan füsunkar bir qrafinya ilə rəqs edirdim. 
Mən ömrümdə onun qədər gözəl qadına rast gəlməmişəm. Saçlarını şaftalı çiçəyi ilə bəzəmiş, belinə bir 
dəstə təzə, rayihədar çiçək sancmışdı. Hələ bu harasıdır! Rəqsdən ilham alan bir qadını təsvir etmək 
mümkün deyil, onu öz gözlərinlə görməlisən. Bu gün səhər doqquzda mən bu ilahə qrafinyanı bir daha 
gördüm. O, piyada de-Qre küçəsi ilə gedirdi. Ürəyim döyünməyə başladı, mən elə zənn etdim ki... 
Votren burada tələbəni dərin baxışla süzərək davam etdi: 
– ... , buraya gəlir... Daha doğrusunu istəsəniz, sələmçi Qobsek dayının yanına gedirdi. Əgər siz təsadüfən 
Paris qadınlarının qəlbinə girəcək olsanız, orada əvvəlcə sələmçiyə, sonra isə oynaşa rast gələcəksiniz. 
Qrafinyanızın adı Anastazi de Resto, yaşadığı küçə isə Elder küçəsidir. 
Tələbə de Restonun adını eşitdiyi zaman diqqətlə Votrenə baxdı. Qorio ata kəskin bir hərəkətlə başını 
yuxarı qaldırdı və hamını heyrətdə buraxan aydın, lakin təlaşlı bir nəzərlə söhbət edənlərə baxdı. 
Qorio kədərli səslə: 
– Kristof çox gec gəldi: o artıq oraya getmişdir! – dedi. 
Votren Voke cicinin qulağına tərəf əyilərək: 
– Mən doğru tapmışam, – deyə pıçıldadı. 
Qorio xörəyini könülsüz yeyir, yediyinə əhəmiyyət belə vermirdi. O heç vaxt bu qədər dalğın, laqeyd 
olmamışdı. 
Ejen soruşdu: 
– Cənab Votren, hansı məlun onun adını sizə söyləmişdir? 
– Aha! Belə oldu! Qorio ata o adamı çox yaxşı tanıyır. Bəs mən niyə tanımayım? 
Tələbə: 
– Cənab Qorio! – deyə çığırdı. 
Zavallı qoca: 
– A? Nə? Demək, o, dünən çox gözəl görünürdü? 


– Kim? 
– Madam de Resto. 
Madam Voke Votrenə      dönərək: 
– Bircə baxın, qoca simicin gözləri od kimi necə alışdı, – dedi. 
Madmazel Mişono tələbəyə pıçıldadı: 
– Yoxsa onun saxladığı bu qadındır? 
– Bəli, bəli! O nə qədər gözəl, nə qədər gözəldir! – deyə Ejen davam edir. Qorio ata isə susamış bir 
nəzərlə ona baxırdı. – Madam de Boseanın özü olmasaydı, mənim ilahə qrafinyam balın sultanı ola 
bilərdi: gənclər yalnız onun üzünə baxırdı. Onun kavalerləri siyahısında mən ancaq on ikinci yeri tutdum. 
Onu bütün kadrillərə dəvət edirdilər. Bütün başqa qadınlar paxıllıqdan ona hiddətlənirdilər. Dünənki 
balda xoşbəxt qadın vardısa, o da yalnız o idi. Tamamilə doğru demişlər ki, yelkənlərini açmış freqatdan, 
dördnala çapan atdan və rəqs edən qadından gözəl heç nə yoxdur. 
Votren: 
– Dünən səadətin zirvələrində, hersoginyanın yanında olan qadın bu gün səhər, səfalətin son pilləsində, 
sələmçi yanında! Paris qadını belədir, – dedi. – Ərləri onların cilovsuz zinətlərini təmin edə bilmədikdə 
arvadlar öz bədənlərini satmağa başlayırlar. Özlərini sata bilmədikdə isə onlar ancaq parlamaq üçün öz 
doğma analarını belə soyub qarət edirlər. Bir sözlə, onlar hər bir şeyə, hər bir cinayətə hazırdırlar. Bu, 
qoca dünyanın köhnə adətidir. 
Rastinyakı dinlədikcə aydın bir gündüzün günəşi kimi üzü gülən Qorio ata, Votrenin acı sözlərini eşidər-
eşitməz, dərhal məyus oldu. 
Madam Voke: 
– Bəs sizin sərgüzəştiniz hanı? – deyə soruşdu. – Siz onunla söhbət etdinizmi? Hüquq elmini öyrənmək 
niyyətində olub-olmadığını soruşdunuzmu? 
Ejen cavab verdi: 
– O, məni görmədi, lakin gecə saat ikidə baldan qayı an Paris qadınlarının ən gözəllərindən birinə səhər 
saat doqquzda de-Qre küçəsində rast gəlmək qəribə deyilmi? Bu cür sərgüzəştlərə ancaq Parisdə rast 
gəlmək mümkündür! 
Votren: 
– Yox, canım! Bundan da əyləncəli sərgüzəştlər var! – dedi. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə