Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə8/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

yoğun Silviya bu iki aşiqin nə etdiklərini izləmək məqsədi ilə guya, bazara getdiyini göstərmək üçün 
səbəti qolundan asdı,  onra isə geri dönərək: 
– Xanım, – dedi, – yəqin, bu cənab Qorio çox varlı adamdır ki, qadını belə bir mərtəbəyə qaldırıb. 
Bilirsinizmi, Estrapadanın tinində dəbdəbəli bir ekipaj dayanmışdı;  , həmin ekipaja mindi. 
Nahar vaxtı madam Voke gözünə düşən günəşin Qorionu narahat etməməsi üçün pəncərənin pərdəsini 
çəkərkən, həmin qıza işarə ilə: 
– Cənab Qorio, – dedi, – sizi qəşəng qızlar sevirlər, günəş sizin üzərinizə nur saçır. Vallah, sizin qiyamət 
zövqünüz var: o çox gözəldir. 
Qorio, kirayənişinlərin ədəbə riayət edən bir qocanın sadə bədgümanlığı zənn etdikləri qürurla: 
– O, mənim qızımdır, – dedi. 
Qorionu ziyarət edən bu qız bir aydan sonra yenə gəldi. Birinci dəfə səhər geyimində gələn bu qız, indi 
nahardan sonra gəlmiş və bəzəkli yol paltarı geymişdi. Qonaq otağında laqqırtı vuran kirayənişinlər bu 
incəbelli, zərif və sarışın gözəli görmək səadətinə nail olmuşdular. O, Qorio ata kimi bir şəxsin qızından 
daha çox, incə, kübar qadına bənzəyirdi. 
Yoğun Silviya qızı tanımayaraq: 
– Bunlar iki nəfərmiş, – deyə çığırdı. 
Bir neçə gün sonra ucaboylu, gözəl vücudlu, canlı baxışlı başqa bir qız cənab Qorionu xəbər almışdı. 
Silviya bu dəfə: 
– Bunlar üç nəfərmiş! – deyə səslənmişdi. 
Qorionun ikinci qızı atasını səhər ziyarət etdi, bir neçə gün sonra isə axşamüstü karet  , bal paltarında 
gəldi. 
Bu vüqarlı xanımla birinci dəfə səhər gəlmiş olan sadə geyimli qızın arasında heç bir bənzəyiş görməyən 
madam Voke yoğun Silviya ilə birlikdə: 
– Bunlar dörd nəfərmiş! – dedi. 
Qorio hələ də pansion üçün min yüz frank haqq verirdi. 
Madam Vokenin nəzərində varlı bir kişinin dörd, ya beş məşuqə saxlaması tamamilə təbii görünürdü, 
onun öz məşuqələrini doğma qızları kimi təqdim etməsi isə hiyləgərlikdən başqa bir şey deyildi. Madam 
Voke Qorionun bu qızları “Vokenin evi”ndə qəbul etməsinə qətiyyən etiraz eləmirdi. Lakin bu ziyarətlər 
kirayənişinin Vokenin şəxsiyyətinə qarşı laqeyd olduğunu sübut etdiyindən, dul arvad ikinci ilin 
başlanğıcında Qorioya “qoca pişik” ləqəbini verdi. Qorio pansion haqqını doqquz yüzə düşürdükdə isə 
Voke bu xanımlardan birinin pilləkəndən endiyini gördüyü zaman, olduqca həyasız bir tövrlə Qorioya 


xitab edərək, onun evini nəyə çevirmək istədiyini soruşdu. Qorio ata cavabında bu xanımın onun böyük 
qızı olduğunu söyləmişdi. 
Madam Voke istehza ilə: 
– Sizin neçə düjün qızınız var? – deyə soruşmuşdu. 
Qorio iflas edən və böyük ehtiyac içinə düşən bir adamın itaətkarlığı ilə cavab verdi: 
– Mənim ancaq iki qızım var. 
Üçüncü ilin sonlarında Qorio ata öz xərcini daha çox ixtisara salaraq, dördüncü mərtəbəyə köçdü. O, indi 
ayda ancaq qırx beş frank xərcləyirdi. Artıq burunotu belə iyləməzdi, dəlləyini buraxmışdı, saçlarına 
pudra vurmazdı. Qorio ata ilk dəfə pudrasız göründüyü zaman ev sahibəsi mat qaldı: Qorionun çirkli, boz, 
yaşıla çalan saçları vardı. Onun gizli iztirablardan getdikcə daha məyus görünən üzü nahar süfrəsi 
ətrafında toplaşan sifətlər arasında ən məyus və ümidsiz bir üzə oxşayırdı. Artıq heç bir şübhə 
qalmamışdı; Qorio ata öz gözlərini             xaincəsinə təsirindən ancaq həkimin ustalığı sayəsində 
mühafizə etmiş qoca bir əxlaqsızdır, saçlarının mənfur rəngi isə həddən artıq aşiqanə macəralara 
qapılmasının və bu macəraları davam etdirmək üçün içdiyi dərmanların nəticəsidir. Zavallının cismani və 
mənəvi vəziyyəti, sanki, bu boş sözlərə haqq qazandırırdı. Qorionun qəşəng alt paltarı köhnəldikdən 
sonra o, dirsəyi1 on dörd suya2 alınmış kolenkordan özünə köynək tikdirmişdi. Brilyantlar, qızıl tütün 
qabı, qızıl zəncir, c vahirlər – hamısı bir-birinin    ınca yox olurdu. O, bənövşəyi frakından, bütün əvvəlki 
görünüşündən ayrıldı, qışda da, yayda da, şabalıd rəngli kobud mahuddan tikilmiş sürtuk, keçi dərisindən 
jilet, qalın buksindən boz şalvar geyməyə başladı. Qorio getdikcə sınıxırdı: baldırları zəifləmiş, meşşan 
rahatlığı və bolluğu içində iriləşmiş sifəti qırış-qırış olmuş, çənəsi sivriləşmiş, alnında qırışlar əmələ 
gəlmişdi. Nev-Sent-Jenevyev küçəsində yaşadığı dördüncü ilin sonlarında Qorionu artıq tanımaq belə 
mümkün deyildi. Altmış iki yaşlı, sevimli vermişel fabrikantı, ucaboylu, çox cavan görünən, gənclik 
təbəssümü ilə gülən, şənliyi ilə hamını sevindirən dolğun vücudlu burjua artıq yetmiş yaşlı, küt, əldən 
düşmüş qocaya bənzəyirdi. Onun mavi gözlərində vaxtilə həyat nuru parlayırdı, artıq indi o gözlər də 
sönmüş, işıqdan düşmüş, rəngini itirmişdi. Artıq bu gözlər yaşarmazdı, dövrəsi qızarmış gözlərə indi, elə 
bil, qan sağılmışdı. Qorionun bu vəziyyəti bəzilərində ikrah, bəzilərində isə mərhəmət hissi oyadırdı. Alt 
dodağının sallandığını görən təbib tələbələr, Qorio atanın üzünün yaratdığı bucağı ölçdükdən sonra uzun 
müddət onu hərəkətə gətirmək üçün çalışırdılarsa da, müvəffəq ola bilməyib, kretinizm xəstəliyinə 
tutulduğunu təyin etdilər. 
Bir dəfə axşama yaxın, şamdan sonra madam Voke istehza ilə Qoriodan soruşdu ki: “Nə oldu, sizin 
qızlarınız artıq sizi ziyarət etmirlər?” O, bu sualı ilə Qorionun atalığına şübhə etdiyini anlatmaq istəyirdi. 
Qorio ata cida ilə sancılmış kimi diksindi: 
– Bəzən gəlirlər, – deyə cavab verdi. 
Tələbələr bir səslə: 
– Doğrudanmı? – deyə bağırdılar. – Siz hələ bəzən onlarla görüşürsünüz? Afərin, Qorio ata, afərin! 


Qoca artıq cavabının doğurduğu istehzalara qulaq asmırdı; o, yenə fikrə dalırdı, fəqət ona səthi bir 
nəzərlə baxanlar bu dalğınlığı ağlın yoxsulluğundan əmələ gələn bir qocalıq kütlüyü zənn edirdilər. Əgər 
onlar Qorionu yaxından tanımış olsaydılar, bəlkə də, onun mənəvi və cismani vəziyyəti ilə 
maraqlanardılar, lakin qoca onlar üçün həlledilməz bir şey idi. Əlbəttə, Qorionun doğrudanmı un ticarəti 
ilə məşğul olduğunu və sərvəti barədə məlumat toplamaq o qədər də çətin iş deyildi, lakin onunla 
maraqlana biləcək qoca adamlar yaşadıqları məhəllənin xaricinə çıxmaz, qayaya yapışmış            kimi 
daim pansionda yaşayardılar. Yerdə qalan kirayənişinlərə gəlincə, onlar Nev-Sent-Jenevyev küçəsindən 
uzaqlaşan kimi dərhal Paris həyatının cərəyanına düşərək, məsxərəyə qoyduqları bu zavallı qocanı 
tamam unudurdular. Qayğısız gənclərin və bu məhdud insanların təsəvvüründə Qorionun bu ehtiyacı, bu 
kütlüyü qətiyyən heç bir sərvət, heç bir fəaliyyətlə uzlaşa bilmirdi. Öz qızları kimi təqdim etdiyi qadınlar 
haqqında hər kəs Vokenin rəyinə şərik olurdu. Qoca qarıların sərt məntiqinə əsasən axşamçağı 
boşboğazlıq edərək hər cür fərziyyələr uyduran Voke isə deyirdi: 
– Qorio atanın qızları onun yanına gələn xanımlar kimi zahirən varlı olsaydılar, o, mənim evimdə, 
dördüncü mərtəbədə, ayda qırx beş franka yaşardımı, dilənçi kimi dolanardımı? 
Vokenin gətirdiyi bu cür dəlilləri heç bir şeylə rədd etmək mümkün deyildi. Beləliklə, 1819-cu il noyabr 
ayının axırlarında, bu faciə baş verdiyi zaman, pansionda yaşayan hər bir kirayənişində zavallı qoca 
haqqında tamamilə müəyyən rəy əmələ gəlmişdi. Onun heç bir zaman heç bir arvadı olmamışdır, heç bir 
qızı da yoxdur. O, kef və nəşədən sui-istifadə etdiyi üçün, təbiət-tarix muzeyi məmuru olan həmişəlik 
kirayənişinlərdən birinin söylədiyi kimi, papaqlılar dəstəsinə mənsub olan antropomorf bir ilbisə 
çevrilmişdir... Bəs Puare?.. O, Qorioya nisbətdə          , centlmen idi. Puare danışar, mülahizələr yürüdər, 
cavablar verərdi. Doğrudur, adətən, başqalarının söylədiyi sözləri təkrar etdiyinə görə öz danışıqlarında, 
mülahizələrində, cavablarında heç bir şey ifadə etməzdi, lakin hər halda, söhbətin qızışmağına səbəb 
olardı. Onda həyat qaynayır, bəzi hisslər görünürdü, halbuki Qorio, yenə muzey məmurunun ifadəsi ilə 
söyləyə   olsaq, hər zaman donma nöqtəsində dururdu. 
Ejen Rastinyak, ən istedadlı və yaxud çıxılmaz bir vəziyyətin nəticəsində qısa müddət üçün müstəsna 
adamlara məxsus qabiliyyətlə birdən-birə fəaliyyətə başlayan gənclərin, yəqin, tanış olduğu mənəvi 
vəziyyətə qayıtmışdı. Parisdə yaşadığı birinci il müddətində, hələ fakültədə ibtidai dərəcələri qazanmaq 
üçün çox da oturub çalışmaq lazım gəlmədiyi bir zaman Ejen boş vaxtından istifadə edər və Parisin zahiri 
hüsnündən ləzzət alardı. Tələbə hər bir teatrın repertuarı ilə tanış olmaq, Parisin bütün dolanbac 
yollarını öyrənmək, adətlərlə tanış olmaq, dili mənimsəmək, paytaxt nəşələrinə öyrəşmək, bütün ədəbli 
və ədəbsiz yerləri gəzib-dolaşmaq, maraqlı mülahizələrə qulaq asmaq və muzey sərvətlərini nəzərdən 
keçirmək istərsə, qətiyyən vaxtı çatmaz. O, bu zamanlar hər boş şeyə xüsusi əhəmiyyət verər və böyük 
həvəslə bunlarla maraqlanardı. Onun nəzərində böyük bir adam vardır ki, o da “Kollec de Frans”ın 
professorudur. Bu professora da öz dinləyicilərinin səviyyəsində dura bilmək üçün maaş verirlər. Tələbə 
qalstukunu yuxarıdan bağlayar və Komik operanın birinci yarusunda əyləşən bir qadının xatirinə gözəl 
əda ilə oturar. O, həyata yavaş-yavaş daxil olar, köhnə adətlərdən uzaqlaşar, öz həyat görüşlərini 
genişləndirər, nəhayət, cəmiyyət quruluşundakı insan təbəqələrinin ardıcıllığını dərk edər. Günəşin 
parlaq ş aları altında Yelisey düzlərini dolaşan       ların içinə baxmağı sevən         tələbə, bir az sonra artıq 
belə bir        sahibi olmaq arzusuna düşər. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə