Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

küçəsindəki tumbanın üstünə yuvarlanmışdı. Qorionun öz qızlarına bəslədiyi sonsuz, təlaşlı və həssas 
məhəbbət hər yerdə şöhrət qazanmışdı. Bir dəfə Qorionun rəqiblərindən biri, onu bazardan 
uzaqlaşdırmaq və tək qalıb qiymətlərə təsir etmək məqsədi ilə, Qorioya Delfinanın kabriolet altında 
qaldığını söyləmişdi. Ölü kimi sapsarı saralan vermişel fabrikantı dərhal bazarı tərk etmişdi. Bu yalançı 
təlaşın onda yaratdığı zidd hisslər çarpışmasından Qorio bir neçə gün yatağından dura bilmədi. Qorio bu 
adamı yumruqla öldürməsə də, yalançının böhranlı vəziyyətindən istifadə edərək, onu iflasa uğratmış və 
bazardan həmişəlik qovmuşdu. 
Təbiidir ki, hər iki qızın tərbiyəsi mənasız şəkildə inkişaf edirdi. İldə altmış min frankdan artıq mədaxili 
olan Qorio, özünə min yüz frank belə sərf etməzdi, lakin qızlarının hər arzusunu yerinə yetirməyi özü 
üçün səadət sayardı: ən yaxşı müəllimlər gözəl tərbiyənin tələb etdiyi bütün qabiliyyətləri Qorionun 
qızlarına aşılamağ  borclu idilər. Qızların bir mürəbbiyəsi vardı; xoşbəxtlikdən,  , ağıllı və sağlam zövqlü 
bir qadın idi. Üçü də bir yerdə at sürər, karet   gəzər, varlı bir kübarın məşuqələri kimi yaşardı. Onlar nə 
arzulasaydılar, nə qədər bahalı olur-olsun, dərhal ataları bu arzunu yerinə yetirərdi. O, öz səxavəti 
qarşısında qızlarından yalnız mehribanlıq və nəvaziş gözləyirdi. Zavallı öz qızlarını mələk kimi bəsləməklə, 
onları öz fövqünə qaldırdı. O, qızlarının verdiyi iztirab və əziyyəti belə sevərdi. Öz gözəlliyi ilə qraf de 
Restonu məftun edən Anastazi aristokrat dairələrinə can atırdı. Yüksək cəmiyyətlərdə dolaşmaq məqsədi 
ilə öz ata evini tərk etmişdi. Delfina isə pul sevirdi. O, alman nəslindən, “Müqəddəs Roma imperiyası”* 
baronlarından olan bankir Nusingenə ərə getdi. Qorio isə vermişel fabrikantlığında qalmışdı. Ancaq bir az 
sonra istər kürəkənləri, istərsə də qızları Qorionun yenə də ticarətlə məşğul olmasına həqarət kimi 
baxmağa başladılar, halbuki ticarət Qorionun canı, həyatının mənası idi. Onlar Qoriodan ticarəti atmağı 
tələb etsələr də, qoca beş il onlara təslim olmadı. Nəhayət, güzəştə gedib, alveri atdı, müəssisəni satdı və 
onun pulu ilə, bir də son illərin mədaxili ilə gələcək məişətini təmin etdi. Madam Vokenin hesabına görə, 
Qorionun kapitalı ildə səkkiz min – on min livr gəlir verə bilərdi. Qızları ərlərinin tələbi ilə atalarını öz 
evlərindən qovdular, onu açıqdan-açığa qəbul etməkdən belə çəkindilər. Bunu görən Qorio, dərdin 
şiddətindən baş götürüb pansiona qaçmışdı. 
Rastinyakın Qorio ata haqqında toplaya bildiyi məlumat ancaq bu idi. Bu məlumatı ona verən, vaxtilə 
Qorionun müəssisəsini satın almış cənab Müre adlı bir şəxs idi. Beləliklə, hersoginya de Lanjenin 
Rastinyakın yanında söylədiyi fərziyyələr təsdiq edilirdi. Biz bununla Paris həyatının məchul, lakin 
dəhşətli bir faciəsinin hekayətini tamamlamağı lazım bilirik. 
Dekabr ayının birinci həftəsinin sonlarında Rastinyak iki məktub aldı. Məktublardan biri anasından, o biri 
isə böyük bacısı L radan idi. O, yaxşıca tanıdığı bu xətləri gördüyü zaman ürəyi həm sevincindən, həm də 
qorxudan çırpındı. Xəfif kağız vərəqlərində onun bütün ümidlərinə hökm verilirdi: ya həyat, ya ölüm. 
Anasının və bacılarının yoxsulluğunu xatırladıqda, o, dəhşətə gəlirdi; lakin onların müstəsna bir 
məhəbbətlə sevdiklərini qabaqcadan bildiyindən, son damla qanlarını sormaqdan qorxmaya da bilərdi. 
Anası məktubunda yazırdı ki: 
“Mənim əziz oğlum, mən sənə xahiş etdiyini göndərirəm. Bu pulları qənaətlə xərclə, çünki mən səni 
ölümdən xilas etmək üçün belə, atana bu sirri açmadan bu qədər pulu göndərmək iqtidarında deyiləm. 
Sirri atana açmaq isə ailə həyatımızı tamamilə pozmaq deməkdir. Yenidən pul tapmaq üçün biz 
mülkümüzü girov qoymağa məcbur olardıq. Sənin məqsədlərini bilmədiyimdən, heç bir rəy söyləmək 


iqtidarında deyiləm. Lakin bu necə bir məqsəddir ki, sən anana belə xəbər verməkdən qorxursan? Bunun 
üçün cild-cild kitablar yazmağa ehtiyac yoxdur, analara bir söz belə kifayətdir, bir söz belə məni 
məchuliyyət iztirabından xilas edə bilərdi. Məktubun mənə ağır təsir bağışladığını səndən gizlədə 
bilmərəm. Mehriban oğlum, mənim qəlbimə bu qorxu hissini salmağa səni nə vadar etdi? Görünür sən 
bu məktubu yazdıqca çox iztirablar keçirmisən, çünki mən də sənin məktubunu oxuduqca iztirab içində 
çırpınırdım. Sən özün üçün nə kimi bir məslək seçmək fikrindəsən? Sənin həyatın, sənin səadətin 
həqiqətdə olduğu kimi deyil. Başqa bir donda görünmək zəruriyyətindən asılı olmazmı, qüvvətindən artıq 
pul sərf etmədən və dərslərin üçün qiymətli olan vaxtını puç etmədən, məclislərində iştirak etmək 
mümkün olmayan insanlarla oturub-durmağa məcbur olmazsanmı? Mənim mehriban Ejenim, inan ana 
ürəyinə: əyri yol xeyrə çıxarmaz. Sənin vəziyyətində olan gənclərin yeganə bir yolu varsa, o da səbir və 
tərki-dünyadır. Mən səni qətiyyən danlamaq fikrində deyiləm, mən öz hədiyyəmizə heç bir acı şey 
qarışdırmaq istəmirəm. Mənim sözlərim inanan və hər bir şeyi nəzərə alan ananın ürək sözləridir. Əgər 
sən öz vəzifəni bilirsənsə, sənin saf qəlbini, gözəl məqsədlərini anandan başqa kim yaxşı bilər? Ona görə, 
oğlum, mən sənə qorxmadan ancaq bunu deyə bilərəm: get, mənim əzizim, yolun uğurlu olsun! Mən 
yalnız ana olduğum üçün qorxuram, lakin hər addımını bizim xeyir-duamız izləyəcəkdir. Ehtiyatlı ol, 
mənim mehriban oğlum. Sən mərd adamlar kimi ağıllı olmalısan, çünki beş nəfərin taleyi sənin əlindədir, 
sənin səadətin isə bizim səadətimizdir. Təşəbbüslərində sənə kömək etmək üçün biz Allaha yalvarırıq. 
Marsi yak xalan bu məsələdə fövqəladə  mərhəmət göstərdi. Sənin mənə əlcək haqqında yazdığını o özü 
başa düşmüşdü. O, şadlıqla deyirdi ki: “Bəli,       bacıoğlu mənim zəif damarımdır!” Ejen, xalanı həmişə 
sevmək sənin borcundur: onun sənin xatirinə nələr etdiyini yalnız sən müvəffəqiyyət qazandıqdan sonra 
eşidərsən, müvəffəqiyyət qazana bilmədikdə isə onun verdiyi pullar daim sənin əllərini yandıracaqdır. Siz 
uşaqlar yadigar olan şeylərdən məhrum olmağın nə demək olduğunu başa düşməzsiniz! Lakin sizin 
xatiriniz üçün biz nələr fəda etmirik?! Xalan sənin alnından öpür və arzu edir ki, sən bu busə ilə həmişə 
müvəffəqiyyət qazanmaq iqtidarında olasan. Mərhəmətli, gözəl xalan, revmatizmi olmasaydı, bu sözləri 
özü sənə yazardı. Atan sağ və salam td r. Bacılarından daha danışmıram: L ra özü sənə məktub yazır. Qoy 
o, ailəmizdəki xırda hadisələri sənə xəbər verməkdən zövq alsın. Tanrı sənə müvəffəqiyyət versin! Ah, 
Ejen, sən mütləq müvəffəqiyyət qazanmalısan! Mən sənin dərdindən özümü o qədər həlak etmişəm ki, 
müvəffəqiyyət qazana bilməsən, artıq dözə bilməyəcəyəm. Mən, oğluna verə biləcəyi sərvətin həsrətini 
çəkən yoxsul anaların dərdini duydum. Əlvida, oğlum! Bizi nigaran qoyma, hərarətli ana busəsini qəbul 
et”. 
Ejen məktubu oxuyub qurtardığı zaman yanaqlarından göz yaşı axırdı. O, Qorio atanın öz qızının vekselini 
ödəmək üçün gümüş qabları əzdiyini və aparıb zərgərə satmağını düşünürdü. O, öz-özünə: “Sənin anan 
da öz c vahiratını sənin üçün “əzib” satmışdır, – deyirdi. – Xalan da, ehtimal, öz ailə yadigarlarını satarkən 
çox ağlamışdır! Bəs sənin Anastazini töhmət etməyə nə haqqın var? O, öz məşuqu üçün etdiyini sən də 
öz xudbin gələcəyin üçün etmədinmi? İndi söylə, hansınız daha yaxşısınız: sən, yoxsa o?” Tələbə, ürəyinin 
od içində yanıb kül olduğunu hiss edirdi. O, cəmiyyət həyatından belə əl çəkmək, bu pulları geri 
qaytarmaq istəyirdi. O, gizli vicdan əzabları, namuslu və gözəl hisslər duyurdu. Bu hissləri öz yaxın 
adamları haqqında rəy yürüdən insanlar təqdir etmək iqtidarında deyillər. Halbuki onların xatiri üçün yer 
üzündəki ədalət məhkəməsinin məhkum etdiyi canilərə belə göylərdəki mələklər bəraət qazandırmağa 
hazırdır. Rastinyak bacısının məktubunu açdı. Məktub məsum və lətif cümlələrlə yazılmışdı. Rastinyakın 
ürəyi açıldı. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə