Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə68/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

– Ejen, – dedi, – kübar məclislərində nələr olduğunu bilmirsiniz? Sabah bütün Paris  ikontessa de 
Boseanın balında olacaq. Markiz d’A uda ilə Roşfid hələ məsələni yaymamağa qərar vermişlər. Lakin 
sabah kral nikahı təsdiq edəcək, sizin zavallı əminiz qızı isə hələ hər bir şeydən xəbərsizdir. Vikontessa 
balı ləğv edə bilməyəcəkdir. Halbuki markiz balda iştirak etməyəcək. Bütün Paris yalnız bu hadisədən 
danışır. 
– Bəli, kübarlar dünyası bu alçaq xəyanətə sevinir, onda iştirak edir. Madam de Boseanı bu hadisə    
öldürə biləcəyini başa düşürsünüzmü? 
Delfina gülümsəyərək: 
– Yox, – deyə cavab verdi. – Siz bu cins qadınları tanımırsınız. Bəli, sabah bütün Paris  ikontessanın balına        
, mən də orada iştirak edəcəyəm. Bu səadəti siz mənə verdiniz. 
Rastinyak: 
– Bəlkə, bu da Parisin adi və mənasız dedi-qodularından biridir? – dedi. 
– Sabah həqiqət məlum olar. 
Ejen “Vokenin evi”nə qayıtmadı. O, yeni mənzilindən ayrılmaq istəmirdi. Bir gün əvvəl o, Delfinadan gecə 
saat birdə ayrılmağa məcbur olmuşdu, bu dəfə isə Delfina ancaq saat ikidə getdi. Ertəsi gün Ejen 
yatağından gec durub, günortaya kimi Delfinanı gözlədi. Delfina səhər naharına gəldi. İki gənc 
xoşbəxtliyin bu gözəl nəşələrinə o qədər aludə olmuşdu ki, Rastinyak Qorio atanı belə unutmuş kimi 
görünürdü. O, otağındakı zərif şeylərə öyrəşməkdən dərin həzz alırdı. Burada hər şey Delfinanın burada 
olması ilə zinətlənirdi. Bununla belə, iki məşuq saat dördə yaxın, nəhayət, Qorio atanın da barəsində 
fikirləşərək, onun yeni mənzilə köçmək ümidindən nə qədər bəxtiyar olduğunu xatırladılar. Ejen qocanın 
doğrudan xəstələndiyini nəzərə alaraq, tezliklə buraya göçürülməsini məsləhət gördü. Delfinadan 
ayrıldıqdan sonra tez “Vokenin evi”nə qaçdı. Nə Byanşonu, nə    Qorio atanı süfrə başında gör  . 
Rəssam dedi ki: 
– Bəli, sizin Qorio atanın işi fırıqdır, Byanşon bu saat onun yanındadır. Qoca, qızlarından biri – qrafinya de 
Restorama ilə görüşdükdən sonra evdən çıxmaq istəmiş, birdən özünü pis hiss etmişdir. Çox çəkməz ki, 
məclisimiz özünün yaraşıqlarından birini itirər. 
Rastinyak tez yuxarı qalxdı. Silviya onun      ınca bağıraraq: 
– Ey! Cənab Ejen! – dedi. – Cənab Ejen, sahibə xanım sizi yanına çağırır! 
Madam Voke Ejenə ərz etdi ki: 
– Cənab Ejen, siz və cənab Qorio fevralın on beşində buradan çıxmalı idiniz. Halbuki bu gün ayın on 
səkkizidir, vaxtından üç gün keçmişdir. Ona görə siz də, cənab Qorio da mənə bütün ayın kirayəsini 
verməlisiniz. Ancaq siz Qorio atanın zaminl yini öhdənizə götürsəniz, mənim üçün sizin bir sözünüz 
kifayətdir. 


– Necə? Siz ona inanmırsınız? 
– İnanmaq? Ona! Axı bu qoca ayılmasa, öləcək, onda qızları mənə bir liar belə verməyəcəklər, onun 
şeylərinin qiyməti isə on frankdan artıq eləməz. Nədənsə, o, bu səhər son süfrə qab-qaşığını da haraya   
apardı. Lap cavan oğlan kimi bəzənmişdi. Allah məni bağışlasın, ancaq mənə elə gəlir ki, o, üzünü 
boyamışdı da, lap cavan görünürdü. 
Ejen dəhşətindən diksindi və fəlakət baş verəcəyini duyaraq: 
– Hər şeyin məsuliyyəti mənim öhdəmə! – dedi. 
Ejen Qorio atanın otağına qalxdı. Qoca yataqda taqətsiz uzanmışdı. Byanşon onun yanında idi. 
Qoca mehribanca gülümsədi və şüşə kimi donuq gözlərini Ejenə doğru çevirərək: 
– Onun kefi necədir? – deyə soruşdu. 
– Yaxşıdır! Siz necəsiniz? 
– Elə-belə. 
Byanşon Ejeni bir tərəfə çəkərək: 
– Onu yorma, – dedi. 
Ejen soruşdu: 
– Halı necədir? 
– Onun sağalması möcüzə olar. Beyninə qan sızıb. Bədəninə xardal yaxması qoymuşuq. Xoşbəxtlikdən, 
hiss edir, xardal təsirini göstərir. 
– Onu başqa yerə köçürmək olarmı? 
– Qətiyyən, burada saxlamağa məcburuq. Heç bir hərəkət, heç bir həyəcan yaramaz. 
Ejen dedi: 
– Sevimli Byanşon, biz ikimiz ona qulluq edəcəyik. 
– Mən xəstəxanamızın baş həkimini çağırmışam. 
– Nə deyir? 
– O, sabah axşam öz rəyini söyləyəcək. Gündüz xəstələrin qəbulundan sonra gələcəyini vəd etmişdir. 
Təəssüf ki, qoca bu gün səhər nə isə bir mənasız oyun çıxarmışdır, ancaq neylədiyini danışmaq istəmir, 
lap keçi kimi tərsdir. Mən onu danışdırmaq istəyəndə     cavab verməmək üçün özünü yalandan yuxuya 
verir, eşitməzliyə vurur, gözləri açıq qalanda isə ufuldamağa başlayır. Bu səhər evdən çıxıb, pay-piyada 


Parisin küçələrini dolaşmışdır. Son qiymətli şeylərini götürüb hara isə aparmış, sarsaq bir alış-veriş 
etmişdir, son qüvvəsini də buna sərf etmişdir. Qızlarından biri yanına gəlmişdi. 
Ejen soruşdu: 
– Qrafinyamı? Ucaboylu, yaraşıqlı, qaraşın xanımdır, canlı, gözəl gözləri, çox qəşəng ayaqları var? 
– Bəli, odur ki var. 
Rastinyak dedi: 
– Bizi bir dəqiqəliyə yalqız burax, mən onu danışdıraram, məndən heç bir şey gizlətməz. 
– Mən də gedim nahar edim. Ancaq çalış onu həyəcanlandırmayasan. Hələ bir az ümid var. 
– Əmin ola bilərsən. 
Qorio ata Ejenlə yalqız qaldıqdan sonra: 
– Sabah onlar əylənəcəklər, – dedi, – böyük bir bala gedirlər. 
– Ata, siz özünüzü nə üçün belə vəziyyətə gətirdiniz ki, axşam yatağa düşməyə məcbur oldunuz, bu səhər 
siz nə ilə məşğuldunuz? 
– Heç bir şeylə. 
– Anastazi gəlmişdimi? – deyə Rastinyak soruşdu. 
Qorio cavab verdi: 
– Bəli. 
– Elə isə məndən heç bir şey gizlətməyin. O, sizdən yenə nə istəyirdi? 
Qoca cavab vermək üçün qüvvəsini toplayaraq inildədi. 
– Ah! Oğlum, onun nə qədər bədbəxt olduğunu bilsəydin! Bu brilyant əhvalatından sonra Nazinin bir su 
pulu belə qalmamışdır. Halbuki bala getmək üçün o, özünə paltar sifariş etmişdir. Bu, qızıl tikməli 
paltardır, özü də, ehtimal ki, ona çox yaraşır. Əclaf dərzi isə borc tikmək istəmədiyindən Nazinin 
qulluqçusu paltarın hesabına min frank verməyə məcbur olmuşdur. Zavallı Nazi! Bu dərəcəyə çatmaq! 
Ürəyim lap çatlayırdı. Lakin qulluqçu Restonun artıq Naziyə inanmadığını görüb, pulunun qorxusuna 
düşmüş və dərzi ilə min frankını geri almayıncaya qədər paltarı verməməyi şərtləşmişdir. Sabah baldır, 
paltar da hazırdır, amma Nazi müsibət içində! O, mənim çəngəl-bıçaqlarımı borc götürüb lombarda 
qoymaq istəyirdi. Əri tələb edir ki, Nazi bala getsin və Nazinin, guya, satdığı brilyantları bütün Parisə 
göstərsin. O, bu dəhşətli insana heç deyə bilərdimi ki: “Mənim min frank borcum var, ödəyin?” Əlbəttə, 
deyə bilməzdi. Mən bunu başa düşdüm. Delfina bala zəngin paltarda gedəcək. Anastazi isə bu barədə 
kiçik bacısından geri qala bilməz. Zavallı qızım, o, acı göz yaşı tökürdü. Dünən on iki min frankım 
olmadığına görə nə qədər utandığımı bilsəydiniz... Mən bu böyük günahımı yumaq üçün bu gərəksiz 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə