Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə71/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

gənc Roma qızları da dodaqlarında təbəssümlə can verən qladiatorları belə alqışlayırdılar. Elə bil yüksək 
kübar cəmiyyəti bütün parıltısı ilə birlikdə öz hökmdar xanımlarından biri ilə vidalaşmağa gəlmişdi. 
Vikontessa, Rastinyaka dedi: 
– Mən sizin gəlməyəcəyinizdən qorxurdum. 
Rastinyak onun bu sözlərini məzəmmət kimi qəbul edərək, həyəcanlı səslə cavab verdi: 
– Vikontessa, mən buraya sonuncu olaraq getmək məqsədi ilə gəlmişəm. 
Vikontessa, Rastinyakın əlini sıxaraq: 
– Çox gözəl, – dedi – Burada, bəlkə də, siz mənim inandığım yeganə adamsınız. Sizi hər zaman sevə 
biləcək bir qadını sevin, dostum. Heç vaxt onu atmayın. 
Vikontessa Ejenin qolundan tutub, qonaqların kart oynadığı salona apardı və divanda əyləşdirərək: 
– Markizin yanına gedin, – dedi. – Mənim lakeyim Jak sizi ora ötürəcək və ona çatdırmaq üçün sizə bir 
məktub verəcəkdir. Mən xahiş edirəm ki, o, mənim məktublarımı geri qaytarsın. Bu məktubları sizə 
verəcəyinə ümidvaram. Məktubları alan kimi özünüzlə bərabər mənim üst mərtəbədəki otağıma 
gətirərsiniz. Sizin gəlməyinizi mənə xəbər verərlər. 
Vikontessa ən yaxşı rəfiqəsi hersoginya de Lanjeni qarşılamaq məqsədi ilə ayağa durdu. Rastinyak 
saraydan çıxıb Roşfidlər malikanəsində markiz d’A udanı axtarmağa getdi. Markiz gecəsini burada 
keçirməli idi. Rastinyak markizi çağırtdırdı. Markiz onu öz evinə aparıb, qutunu Rastinyaka verdi və: 
– Hamısı buradadır, – dedi. 
Onun Rastinyakla danışmaq istədiyi hiss olunurdu. Bəlkə də, o, balı və vikontessanı soruşmaq istəyirdi, 
bəlkə də, öz gələcək izdivacından ümidsizliyə aparıldığını etiraf etmək istəyirdi... Bu izdivac, həqiqətən, 
onun üçün bədbəxt hadisə oldu. Bununla belə, markizin gözlərində qürur şimşəyi parladı, o, məzəmmətə 
layiq bir cəsarətlə ən namuslu hisslərini gizlədərək, bir söz demədi. 
– Əzizim Ejen, mənim barəmdə ona bir söz söyləməzsiniz. 
Markiz d’A uda Rastinyakın əlini kədərlə sıxdı və baş əyərək onunla vidalaşdı. Ejen yenə də Bosean 
malikanəsinə qayıtdı. Onu vikontessanın otağına ötürdülər. Burada yol tədarükü hiss olunurdu. Rastinyak 
buxarının yanında əyləşib, sidr ağacından             qutuya nəzər saldı və dərin qüssəyə daldı. Madam de 
Bosean öz əzəməti ilə “İliada” ilahələrinə oxşayırdı. 
Vikontessa içəri daxil olaraq: 
– Dostum, sizsinizmi, – deyə onu qarşıladı və əlini Ejenin çiyninə qoydu. 


Ejen kuzinasına baxdı: vikontessa gözlərini göylərə doğru qaldırıb ağlayırdı, Ejenin çiynindəki əli titrəyir, o 
biri qolu isə sınmış kimi yanına düşmüşdü. Birdən vikontessa qutunu götürüb buxarının içinə atdı, onun 
yanmağını seyr etməyə başladı. 
– Bəli, rəqs edirlər! Hamı öz vaxtında gəlmişdir, lakin ölüm nədənsə gecikir. 
Ejen danışmaq istədi, vikontessa dərhal barmağını onun dodaqlarına qoydu: 
– Susun, dostum, susun. Mən artıq bir daha nə kübar cəmiyyətini, nə    Parisi görəcəyəm: heç bir zaman 
görməyəcəyəm. Səhər saat beşdə Normandiyanın uzaq bir yerində özümü dəfn etmək üçün yola 
düşürəm. Mən saat üçdən səfərə hazırlaşmaq, kağızlara qol çəkmək, işlərimi nizama salmaqla məşğul 
olduğum üçün macal tapmadım ki, bir adam göndərib ondan... 
Vikontessa duruxdu: 
– Siz onu yəqin... yanında... 
O, yenə duruxdu, dərdin ağırlığı onu danışmağa qoymurdu. Belə dəqiqələrdə hər şey insanın ürəyinə 
tikan kimi batır və bəzən sözləri söyləmək mümkün olmur. 
– Xülasə, mənim ümidim ancaq sizə idi: bu son xidməti mənə göstərəcəyinizə ümid edirdim. Dostluq 
əlaməti olaraq sizə bir şey bağışlamaq istərdim. Mən sizi tez-tez yada salacağam, siz hər zaman mənim 
nəzərimdə namuslu və xeyirxah bir adam kimi görünürdünüz, halbuki kübarlar dünyasında bu cür 
adamlara təsadüf etmək çətindir. Sizin də məni bəzən xatırlamanızı arzu edərdim. Dayanın, – dedi və 
otağa bir nəzər saldı. – Əlcəklərimi qoyduğum bu mücrünü görürsünüzmü? Hər dəfə bala, yaxud teatra 
hazırlaş rkən bu əlcəkləri çıxardığım zaman mən xoşbəxt olduğum üçün gözəl qadın olduğumu hiss 
edirdim. Mən bu qutuya həmişə gözəl fikirlərlə təmas edərdim: bir çox həyəcanlarım bununla bağlı idi, 
artıq yaşamayan vikontessa de Boseanın bütün varlığı buna bağlı idi. Bu qutu sizindir. Onun sizin evinizə, 
d’Artua küçəsinə aparılmasını tapşıraram. Madam de Nusingen bu gün çox cazibədardır, onu 
səmimiyyətlə sevin. Əgər bizə bir daha görüşmək qismət olmasa, dostum, inanın ki, mən həmişə sizin 
üçün Allaha dua edəcəyəm, siz həmişə mənimlə mehriban olmuşsunuz. Gedək aşağıya, qoy heç kəs 
mənim ağlaya biləcəyimi düşünməsin. Mənim qarşımda bir əbədiyyət var, mən tək-tənha yaşayacağam, 
heç kəs mənim nə üçün ağladığımı soruşmayacaq. Mən son dəfə bu otağa          maq istəyirəm. 
Vikontessa sükut etdi. Sonra bir an üçün əli ilə gözlərini örtərək, göz yaşlarını sildi, üzünü soyuq su ilə 
sərinlətdi və Ejenin qolundan tutdu. 
– Gedək! – dedi. 
Rastinyak heç vaxt bu qədər şiddətli həyəcan duymamışdı: bu məğrur gizli aləmin ona toxunması 
qəlbində başqa bir hiss oyatmışdı. Bala qayıtdıqdan sonra, Ejen qol-qola, madam de Boseanla bütün 
salonu dolaşdı; bu, cazibədar qadının ona göstərdiyi ehtiramın son incə bir əlaməti idi. Bir az sonra Ejen 
hər iki bacını – baronessa de Nusingeni və qrafinya de Restonu gördü. Qrafinya bütün brilyantlarını göz 
qabağına çıxarmışdı; o, ehtişamlı görünürdü; lakin bu brilyantlar, ehtimal ki, onun bədənini yandırırdı: 
qrafinya bunları son dəfə taxırdı. Vüqar və məhəbbəti nə qədər qüvvətli olsa da, ərinin gözləri    içinə 


baxmağa cəsarət etmirdi. Bu mənzərə, əlbəttə, Rastinyakın kədərli fikirlərini dağıtmaqda aciz idi. 
Bacıların taxdığı brilyantların arxasında Ejen yoxsul bir yataq görürdü ki, orada Qorio ata can verməkdə 
idi. Ejenin qəmli görünüşünün mənasını anlamayan vikontessa, qolunu azad edərək: 
– Gedin, – dedi, – mən sizi zövqdən məhrum etmək istəmirəm. 
Rastinyakı dərhal Delfina öz yanına çağırdı. Delfina müvəffəqiyyət qazanmağına sevinir və çoxdan bəri 
həsrətini çəkdiyi kübar cəmiyyətində topladığı pərəstişkarlıq izharlarını Ejenin ayaqları altına atmaq 
arzusu ilə çırpınırdı. Delfina soruşdu: 
– Nazi xoşunuza gəlirmi? 
– O, hər bir şeyi əllaf bazarına çıxarmışdır, hətta atasının ölümünü belə, – deyə Rastinyak cavab verdi. 
Səhər saat dörddə salonlardakı qonaqlar seyrəlməyə başladı. Bir az sonra musiqi səsləri də kəsildi. Böyük 
salonda yalnız hersoginya de Lanje və Rastinyak oturmuşdular. Vikontessa Ejeni yalqız tapacağı ümidi ilə 
buraya gəlmişdi. Vikontessa de Boseanla vidalaşarkən əri bir daha ona bu sözləri söyləmişdi: 
– Əzizim, siz nahaq yerə bu yaşda guşənişin olmaq fikrinə düşmüsünüz, bizimlə bərabər qalsanız, daha 
yaxşı olar. 
Madam de Bosean hersoginyanı burada gördüyünə heyrət etdi. 
Hersoginya de Lanje: 
– Klara, – dedi, –  ən sizin nə etmək istədiyinizi anladım. Siz yola düşürsünüz və bir daha 
qayıtmayacaqsınız... Lakin mənim sözlərimə qulaq asmayıncaya qədər və bir-birimizi başa düşməyincəyə 
qədər siz buradan getməyəcəksiniz. 
Hersoginya rəfiqəsinin qolundan tutdu, onu qonşu otağa apardı, gözləri yaşarmış halda onu bərk-bərk 
qucaqladı, yanağından öpdü. 
– Mənim əzizim, sizinlə mən soyuq ayrıla bilmərəm: bu, mənim üçün böyük vicdan əzabı olardı. Siz 
özünüzə əmin olduğunuz kimi, mənə də əmin ola bilərsiniz. Bu gecə hamı sizin əzəmətinizi gördü, mən 
ruhən sizə nə qədər yaxın olduğumu duydum, bunu sizə isbat etməyi arzu etdim. Mən sizin qarşınızda 
müqəssirəm, mən sizinlə bəzən yaxşı rəftar etməmişəm. Məni bağışlayın, əzizim. Sizin ürəyinizi incidə 
biləcək hər bir şeyi nalayiq hərəkət hesab edirəm, bütün əvvəlki sözlərimi geri götürürəm. Dərdimiz 
birdir, əzizim, bizim qəlblərimizi birləşdirən də budur, hətta mən müəyyən edə bilmirəm: siz daha çox 
bədbəxtsiniz, yoxsa mən. Bu gecə general de Monrivo buraya gəlməmişdir, siz bunun nə demək 
olduğunu anlayırsınızmı? Bu balda sizi görənlər heç zaman sizi unutmayacaqlar. Bəs mənim çarəm nədir? 
Mən son dəfə təşəbbüs etmək niyyətindəyəm. Uğursuzluq olsa, monastıra gedəcəyəm! Siz hara 
gedirsiniz? 
– Normandiyaya, Kurselə gedirəm, Allah məni bu dünyanın əziyyətlərindən xilas edincəyə qədər 
sevməyə, ibadət etməyə gedirəm. Vikontessa Ejenin gözlədiyini xatırlayaraq mehriban səslə: – Müsyö de 
Rastinyak, – dedi, – bura gəlin. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə