Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə24/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
İqlim dəişmələri 1-6

Aerozollar.


Atmosfer aerozollarının nazik dispersli hissəcikləri də vardır. Onlar atmosferi sıx təbəqə ilə ətatə edirlər. Havanın 1 sm3-də 1000-ə yaxın belə hissəcikləri vardır. Bu cür hissəciklərin ölçüləri mikronun onda biri qədər olur. Bu “ gözə görünməz” hissəciklərin orta sıxlığı 1 m3-də mikroqramlarla ölçülür. Onlar toz hissəciklərindən fərqli olaraq atmosferə kənardan da daxil olur. Onları atmosferin özü əmələ gətirir. Bu aerozolların kimyəvi tərkibi toz hissəciklərinin tərkibindən fərqlənir. Onların tərkibi kimyəvi aktiv birləşmələrdən ibarətdir.
Bəs belə aerozollar necə yaranır, inkişaf edir və məhv olurlar? Torpaq bioloji və sənaye tipli qaz qarışıqları atmosferə daxil olaraq günəş şüalarının təsirinə məruz qalır. Nəticədə zəncirvari reaksiyalar əmələ gəlir. Bu səbəbdən də aerozolu əmələ gətirən birləşmələrin buxarları yaranır. Belə buxarlar bərk və maye hissəciklərinin yaranmasına səbəb olur.
Digər tərəfdən havada mövcud olan su buxarları fasiləsiz olaraq az miqdarda klaster adlanan kiçik hissəciklər yaradır. Onlar aerozol əmələ gətirən birləşmələri tutaraq onların hesabına artır. Artan bu cür klasterlər “mikrodispers” quruluşlu aerozollara çevrilir. Bu aerozolların ölçüsü mikronun mində birindən yüzdə birinə qədər dəyişir. Qısa ömrü olan bu hissəciklərin çox hissəsi iri hissəciklərə yapışaraq bir neçə dəqiqədən sonra məhv olur. Məhv olmayan hissəciklərin ölçüləri get-gedə artır və submikron aerozollara çevrilir.Submikron aerozollar atmosferdə atmosferdə bir neçə sutka və daha artıq yaşaya bilirlər. Küləyin köməkliyi ilə havada onlar bir neçə yüz kilometr yol gedir.”Submikron” aerozollarını toz hissəcikləri, bulud, duman damcıları tutub saxlayırlar.

Günəş enerjisi.


Günəş işığından enerji əldə edilməsi texnologiyası.
Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.
Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə