Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə27/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   23   24   25   26   27   28   29   30   31
İqlim dəişmələri 1-6

Dalton qanunu.


Con Daltonun 1801,18021803-cü illərdə kəşf etdiyi bu qanunlar onun fiziki atomistikasının mahiyyətini təşkil etmiş və Daltonun kimyəvi atomistikasının əsası olmuşdur. Dalton qanunlarının müasir ifadələri xronoloji ardıcılıqla verilmişdir. Parsial təzyiqlər qanunu:qaz qarışıqlarının təzyiqi onların parsial təzyiqlərinin cəminə bərabərdir(qarışığı təşkil edən hər bir qazın ayrılıqda qarışığın həcmini tutduğu zaman göstərdiyi təzyiqə parsial təzyiq deyilir). Qızdırılma zamanı qazların bərabər (müntəzəm) genişlənmə qanunu: sabit təzyiqdə bütün qazlar temperaturun yüksəlməsi ilə eyni dərəcədə genişlənir. Qazların mayelər tərəfindən udulması qanunu: verilən mayedə sabit temperaturda qaz qarışığı komponentinin həll olunması onun parsial təzyiqi ilə mütənasibdir və qarışığın təzyiqindən və başqa komponentlərin təbiətindən asılı deyil;bu qanun Henri qanununa mühüm əlavədir. Dalton qanunları real qazların xassələrinin ideal xassələrinə yaxın olduğu və qazın həll olunmasının zəif olduğu şəraitdə ödənir.

Hava rütubətinin xüsusiyyətləri.


Atmosfer havasının rütubətliyi dedikdə havadakı su buxarı nəzərdə tutulur.Atmosferin tərkibində qaz-toz hissəcikləri ilə yanaşı 14000 km3 həcmdə su vardır.Atmosferin tərkibində su hər 3 aqreqat halında mövcuddur. Ümumiyyətlə su buxarının maye hala keçməsi prosesi kondensasiya,su buxarının bərk hala keçməsi prosesi isə sublimasiya adlanır. Kondensasiya məhsullarına yağış,şeh,duman,sublimasiya məhsullarına isə qar,dolu,qırov,sırsıra aid edilir.
Atmosferdəki su,su səthindən buxarlanaraq və bitkilərin yarpaqlarının su buxarlandırması(transpirasiya) prosesi ilə formalaşır.Buxarlanma prosesi səth örtüyünün xarakteri,havanın temperaturundan və küləkdən asılı olaraq baş verir.Planetimizdə ən yüksək buxarlanma tropik-dəniz və ekvatorial enliklərdə baş verir.Müəyyən temperaturda buxarlana biləcək suyun maksimal miqdarına buxarlanma qabiliyyəti(mümkün buxarlanma) deyilir. Buxarlanmaq
qabiliyyəti temperaturla düz mütənasibdir.Ən yüksək mümkün buxarlanma qabiliyyəti tropik- kontinental ərazilərdə müşahidə edilir.Eyni buxarlanmaq qabiliyyətinə malik nöqtələri birləşdirən səslis əyri xəttlər izoqamin adlanır.Ərazinin buxarlanma və buxarlanmaq qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsi(rütubət defisiti) adlanır.Tropik,subtropik,mülayim səhralarda quraqlıq dərəcəsi maksimumdur.
Havadakı suyun qramla miqdarı mütləq rütubət adlanır.Mütləq rütubət havadakı faktiki rütubətdir.Müəyyən temperaturlu havadakı suyunun miqdarının həmin temperaturlu havada maksimum ola biləcək suyun miqdarına faizlə nisbəti havanın nisbi rütubətliyi adlanır.Havanın nisbi rütubətliyi temperaturla tərs mütənasibdir. Temperatur artdıqca havanın nisbi rütubətliyi azalır.Ərazidə nisbi rütubət 30% olarsa bu rütubət çatışmazlığı,30-60% arası olduqda normal rütubətlilik,60%-dən çox olduqda isə ifrat rütubətlilik hesab olunur.Havada saxlaya biləcəyi qədər su buxarı varsa bu hava su buxarı ilə doymuş hava adlanır.Temperatur artdıqca hava genişlənir.Nəticədə havanın su saxlamaq qabiliyyəti artır.Su ilə doymuş hava doymamış havaya çevrilir.Atmosfer havası özündə hər temperaturda müəyyən miqdarda su buxarı saxlaya bilər.Temperatur artdıqca bu miqdar artır.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə