P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

İşarə:Həmçinin ifaçı, məkan və ya yerə əsasən konsertləri axtara bilərsiniz.   vurub axtarış
sözünü yazın.
İşarə:Konsert təfsilatlarını dostlarınızla paylaşmaq üçün   vurun. Siz onu elektron məktub və
ya mesajla paylaşa və ya ictimai şəbəkə xidmətinə göndərə bilərsiniz.
Bu xidmət bütün ölkə və ya regionlarda mövcud olmaya bilər.
Musiqi ifa etmək
Mənim musiqim ilə siz asanlıqla musiqi kolleksiyanızı idarə edə bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Nokia Musiqi vurun.
2. Vurun: Mənim musiqim.
3. Mahnı, albom, ifaçı və ya janr tapmaq.
İşarə:İçaçı haqqında ətraflı öyrənmək və yaxınlıqdakı konsertlərdən xəbərdar olmaq üçün ifaçıya
vurun və Haqqında üzərinə keçin.
İfaya fasilə vermək və ya onu davam etdirmək
Vurun:   və ya  .
Mahnıları təsadüfi qaydada səsləndirmək üçün   düyməsinə vurun.
Əvvəlki və ya növbəti mahnıya keçid
Vurun:   və ya  .
Musiqinin və videoların telefon və kompyuter arasında sinxronlaşdırması
Telefonda dinləmək və ya baxmaq istədiyiniz media kompüterinizdədir? Musiqi və videoları telefon
və kompyuter arasında sinxronlaşdırmaq üçün USB kabelindən istifadə edin.
1. USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterin fayl menecerində, məsələn, Windows Explorer və ya Finder-də mahnı və videoları
telefonunuza sürüşdürün.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone
proqramından istifadə edə bilərsiniz. Windows 8 proqramı avtomatik quraşdırır. Windows 7 ilə
onu www.windowsphone.com ünvanından yükləyə bilərsiniz.
Hansı kompyuter ilə hansı proqram işlədiyi haqqında məlumat əldə etmək üçün aşağıdakı cədvələ
baxın.
Windows
Phone
proqramı
İş masası
üçün
Windows
Phone
proqramı
Mac üçün
Windows
Phone
proqramı
Windows
Explorer
Windows 8
x
x
x
Windows 8 RT
x
x
Windows 7
x
x
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
98


Windows
Phone
proqramı
İş masası
üçün
Windows
Phone
proqramı
Mac üçün
Windows
Phone
proqramı
Windows
Explorer
Windows Vista/XP
x
Mac
x
Oyunlar
Əylənmək istəyirsiniz? Telefonunuza oyunlar yükləmək və oynamaqla əylənin.
Yeni oyunlar al
Telefonunuza yeni oyunlar yükləmək və onları quraşdırmaq üçün Mağaza veb-ünvanına daxil olun.
1.  Kolleksiya'> Oyunlar > Əlavə oyunlar əldə edin vurun.
2. Mağazada olan seçimə baxın və istədiyiniz oyuna vurun.
3. Pulsuz oyun yükləmək üçün Quraşdır vurun.
4. Oyunu pulsuz sınaqdan keçirmək üçün Cəhd et vurun.
5. Oyunu satın almaq üçün Al vurun.
İşarə:Oyunun quraşdırılmışını ləğv etmək üçün Kolleksiya görünüşündə oyuna vurub saxlayın,
sonra Ləğv et vurun.
Ödəmə üsullarının mümkünlüyü yaşadığınız ölkədən və şəbəkə xidməti provayderinizdən asılıdır.
Oyun oynamaq
Telefonunuzda oyun oynamaq əsl sosial təcrübədir. Microsoft-un oyun xidməti Xbox dostlarınızla
oyun oynamağa və oyun hesablarını və nailiyyətlərini izləmək üçün oyun profilinizdən istifadə etməyə
imkan verir. İndi siz onlayn, Xbox konsolunda və ya Oyunlar mərkəzi vasitəsilə telefonunuzda oyun
oynaya bilərsiniz.
Vurun:   Oyunlar.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
99


Kolleksiya seçiminə vurun və oyunu seçin. Xbox oyunursa, Xbox hesabınıza daxil olun. Hələ hesabınız
yoxdursa, hesab yarada bilərsiniz. Xbox bütün ərazilərdə mümkün olmaya bilər.
İşarə:Həmçinin sevimli oyunlarınızı başlanğıc ekranına əlavə edə bilərsiniz. Kolleksiya
görünüşündə oyuna vurub saxlayın və Başlanğıca daxil et vurun.
Oyunları yükləmək
Siz Mağazadan yeni oyunlar yükləyə bilərsiniz. Kolleksiya seçiminə sürüşdürüb Əlavə oyunlar əldə
edin vurun.
Oyun oynamaq dəvətini qəbul etmək
Xbox-a daxil olun Bildirişlər seçiminə keçin və dəvətə vurun. Bu oyun sizdə yoxdursa, lakin Mağazada
varsa, siz onun sınaq versiyasını yükləyə və ya tam versiyasını satın ala bilərsiniz.
Oyuna davam etmək
Oyuna qayıtdıqda, oyunun özündə davam etmək üçün nişan olmalıdır. Yoxdursa, ekrana vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
100


Ofis
Fəaliyyətinizi planlaşdırın. Təqvim və Microsoft Office proqramlarından necə istifadə etməyi öyrənin.
Microsoft Office Mobile
Microsoft Office Mobile ofisdən kənarda sizin "ofisinizdir".
Word sənədlərini və Excel cədvəllərini yaratmaq və redaktə etmək, PowerPoint slaydlarını açmaq və
onlara baxmaq, SharePoint ilə sənədləri paylaşmaq üçün Office mərkəzinə daxil olun.
Siz həmçinin sənədlərinizi Windows SkyDrive-da saxlaya bilərsiniz. SkyDrive bulud yaddaşıdır və siz
ondan telefon, planşet, kompüter və ya Xbox-dan sənədlərə daxil olmaq üçün istifadə edə
bilərsiniz. Sənəd üzərində işi bitirdikdən sonra ona geri qayıtmaq istədikdə hansı cihazdan istifadə
etməyinizdən asılı olmayaraq qaldığınız yerdən davam edə bilərsiniz.
Microsoft Office Mobile aşağıdakılardan ibarətdir:
• Microsoft Word Mobile
• Microsoft Excel Mobile
• Microsoft PowerPoint Mobile
• Microsoft SharePoint Workspace Mobile
• Windows  SkyDrive
Microsoft Office sənədlərini oxumaq
Office mərkəzində siz Microsoft Office sənədlərinə, məsələn, Word sənədlərinə, Excel cədvəllərinə
və ya PowerPoint təqdimatlarına baxa bilərsiniz.
1. Vurun:   Office.
2. Yerlər tərəf sürüşdürün və baxmaq istədiyiniz yerin üzərinə vurun.
3. Word, Excel və ya PowerPoint faylına vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
101


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə