Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə27/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   23   24   25   26   27   28   29   30   ...   89
Mənəvi zərə
rin
ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”
Az
ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008‐ci il tarixli, 7 saylı
qərarını qeyd etmək olar. Bu qərarın aşağı instansiyalı
məhkəmələr üçün presedent əhəmiyyə
ti
vardır. Belə ki, həmin qərarın preambulasında qeyd olunur: “Azərbaycan Respublikasının
qanunvericiliyind
ə mənəvi zərər anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının müəyyən
edilməməsi bü növ iddialar üzrə qərarlar qəbul edilməsində müəyyən çətinliklər yaradır və vahid
məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir”. Qərarda da qeyd olunduğu kimi,
sadalanan nüansların qanunvericilikdə mövcud olmaması şəraitində Ali Məhkəmə
nin Plenumunun
adı çəkilən qərarı məhkəmələr üçün bu kateqoriyalı işlərə baxılarkən hüquqi baza rolunu oynamış
olur.
Belə ki, həmin qərarda mənəvi zərər və mənəvi ziyan anlayışları izah edilir; mənəvi ziyan tələb
etmək hüququ olan şəxslərin dairəsi müəyyənləşdirilir; mənəvi ziyana görə tələb edilən pulun
məbləği, hesablanması və ödənilməsi qaydası və sair hallar təfsilatı ilə əks olunur. Bu qərarın
m
əhkəmələr üçün presedent və hüquqi baza əhəmiyyəti ondan ibarətdir ki, qərarda əks olunan
normalar qanunvericilik səviyyəsində tənzimlənmədən kənarda qalmışdır. Belə ki, Azə
rbaycan
Respublikasının Mülki Məcəlləsinin 21.1‐ci maddəsində qeyd edilir ki, “Zərərin əvə
zinin
ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi
tələb edə bilər..”. Qeyd edilən normanın dispozisiyasından mənəvi zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququna malik olan şəxslərin dairəsini aydınlaşdırmaq mümkün deyildir. Eyni
zamand
a, mülki qanunvericliyin digər normalarında da bu barədə normativ göstəriş yoxdur. Mə
hz
bu baxımdan, Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarının 3‐cü bəndi məsələyə belə
bir
aydınlıq gətirir ki, “mənəvi ziyanın əvəzini tələb etmək hüququna yalnız fiziki şəxslər malikdirlə
r,
... hüquqi şəxslər onların işgüzar nüfüzuna ziyan vurulduqda isə Mülki Məcəlləsinin 21‐ci və
1097.1‐ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər”.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə