Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə29/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   25   26   27   28   29   30   31   32   ...   89
24
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Qaya Əliyev
Hüquqşünas
NORMATİV XARAKTERLİ AKTLAR
AZƏRBAYCAN RESPUBLİ
KASI
CİNAYƏT‐PROSESSUAL HÜQUQUNUN
MƏNBƏYİ KİMİ
Normativ xarakterli akt termini həm ümumi hüquq nəzəriyyəsi, həm də milli qanunvericilik üçün
yeni anlayışdır. Ümumiyyətlə, «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun
1.0.3‐cü
madd
əsində hüquqi aktların bir növü kimi normativ xarakterli aktlara verilən leqal definisiyaya
əsaslanaraq deyə bilərik ki, cinayət‐prosessual hüququn mənbəyini təşkil edən normativ xarakterli
aktlar
aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:
1. «
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda nəzərdə tutulan dövlət və
ya yerli
özünüidarə orqanı tərəfindən qəbul edilir.
2. Məhdud subyektlər dairəsi üçün nəzərdə tutulur.
3. Özündə məcburi davranış qaydalarını əks etdirir.
4. Dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulur.
5. Qanunvericilikdə müəyyən edilmiş formaya malik olur.
6. Rəsmi, dövlət sənədidir.
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun
4‐cü maddəsində normativ xarakterli
aktlar və onların hü
qu
qi qüvvəsi məsələsi tənzimlənmişdir. Həmin maddəyə əsasən Azər
baycan
Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
1. AR Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 1‐7‐ci bəndlərinə və IV hissəsinə əsasən
qəbul edilmiş AR Konstitusiya Məhkəməsinin qərarları;
2. AR Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
4. Məhkəmə‐Hüquq Şurasının qərarları;
5. Milli Televiziya və Radio Şurasının qərarları;
6. Yerli özünüidarə orqanlarının qərarları;
7. Yerli icra hakimiyyəti orqanlarının qərarları.
Həmin qanunun 4.2‐ci maddəsində normativ xarakterli aktları normativ‐hüquqi aktlardan
fərqləndirən başlıca cəhətlərdən biri göstərilmişdir. Belə ki, həmin maddəyə əsasən nor
mativ
xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Normativ
xarakterli aktlar müvafiq normativ‐hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq
normasına istinad etməlidir.
(1)
Ümumilikdə, normativ xarakterli aktlar Azərbaycan Respub
lika
sının normativ‐hüquqi aktları ilə
ziddiyyət təşkil edə bilməz və onlara uyğun olmalıdır.
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanu
nunun hüquqi aktların növləri kimi normativ‐
hüquqi aktlara, normativ xarakterli aktlara və qeyri‐normativ hüquqi aktlara verdiyi leqal
anlayışdan belə başa düşmək olar ki, normativ xarakterli aktlar, hüquqi aktlar massivində


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə