Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə31/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   27   28   29   30   31   32   33   34   ...   89
 (2, səh.
687)
Sadalanan arqumentləri rəhbər tutaraq İ.M.Cəfərov hesab edir ki, amnistiya aktları normativ‐hüquqi
akt qismind
ə qanunvericilik sisteminə daxil edilməli idi. Fikrimizcə, İ.M.Cəfərovun tezisi və
əsaslandığı arqumentlərlə qismən razılaşmaq olar. Belə ki, doğurdan da amnistiya aktları ilə bağlı
yuxarıda göstərilən xarakterik xüsusiyyətlər və müvafiq arqumentlər bu tipli aktların qeyri‐normativ
hüquqi akt kimi səciyyələndirilməsini birmənalı şəkildə istisna edir. Lakin məsələ burasındadır ki,
amnistiya aktları
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda normativ‐hüquqi
aktlar üçün müəyyən edilmiş kriteriyalara da cavab vermir. Belə olan halda, amnistiya aktlarının
normativ x
arakterli akt qismində xarakterizə edilməsi, fikrimizcə, daha məqsədəuyğun olardı.
Bununla yanaşı qeyd etməliyik ki, hüquq ədəbiyyatında normativ xarakterli aktların hüququn
mənbəyi qismində çıxış etməsi və ya qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilməsi
ilə bağlı mövqelər də birmənalı deyil. Elmi‐nəzəri dövriyyədə normativ xarakterli aktların
qanunvericiliyin
tərkib hissəsi qismində çıxış etməsinə skeptik yanaşan müəlliflərlə yanaşı, bu
istiqam
ətdə daha radikal mövqedə dayanaraq bu tipli hüquqi aktları ümumiyyətlə, Azə
rbaycan
Respublikası qanunvericilik sisteminin tərkib hissəsi hesab etməyən müəlliflər də mövcuddur.
İ.S.Qılıcov və İ.A.Məmmədovun həmmüəllifi olduqları
«
Hüququn mənbələri
»
vəsaitində göstərilir ki,
normativ xarakterli aktl
ar normativ‐hüquqi aktlar kimi ümumməcburilik xüsusiyyətinə
malik olsalar
da, AR Konstitusiyasının və «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun müvafiq
müddəalarının mənasına görə onlar hüquq normaları müəyyən etmir. Belə ki, qanunvericiliyə görə, hüquq
normaları Azərbaycan Respublikasının normativ‐hüquqi aktlarında müəyyən olunur. Belə
olan halda,
qanunverici birbaşa göstərməsə də, o nəticəyə gəlmək olar ki, normativ xarakterli aktlar norma xarak
terli
qaydalar müəyyən edir.
(3, səh.209)
İ.M.Cəfərov isə ümumiyyətlə, qeyd edir ki, Azə
rbaycan
Respublikasının qanunvericilik sistemi yalnız normativ‐hüquqi aktlardan ibarətdir. O, hesab edir ki,
normativ xarakterli aktlar və qeyri‐normativ xarakterli aktlar qanunvericilik sisteminə aid edilə bilməz.
(2, səh.686)
Təbii ki, yuxarıda sadalanan pozitivist və normativist mövqelərdən fərqli olaraq, hüquq
ədəbiyyatında normativ xarakterli aktların hüququn mənbəyi və qanunvericilik sisteminin tərkib
hissəsi qismində qiymətləndirilməsinə loyal yanaşan mövqelər də mövcuddur. Belə ki,
M.Ə.Cəfərquliyev normativ xarakterli aktların bir növü olan AR Konstitusiya Məhkəməsinin
qərarlarını cinayət‐prosessual hüququn mənbələrindən biri kimi xarakterizə edir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə