Publication1



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə33/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   29   30   31   32   33   34   35   36   ...   89
 (6, səh.22)
Fikrimizcə, normativ xarakterli aktların xarakteri barədə bütün bu fikir ayrılıqları
«Normativ­
hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda bu məsələyə birmənalı hüquqi münasibə
tin
olmaması ilə bağlıdır.
Doğrudur,
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun
1.0.2‐ci maddəsində
göstərilir ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil
ed
ən normativ‐hüquqi aktlardır. Lakin bununla belə, «Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun
78.5‐ci maddəsinə əsasən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ‐hüquqi aktlarına və
nor
mativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. Halbuki, hə
min
qanunun müddəalarına əsasən qeyri‐normativ hüquqi aktlar üçün Hüquqi Aktların Dövlət Reyes‐
trinə daxil edilməsi zamanı belə bir tələb irəli sürülməmişdir. Yeri gəlmişkən qeyd edək ki,
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 78.5‐ci maddəsinə əsasən Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən müvafiq normativ xarakterli
aktlara hüquqi ekspertizanın rəyinin əlavə edilməsi tələbi müəyyən olunsa da, hə
min qanunda
normativ‐hüquqi aktlardan fərqli olaraq normativ xarakterli aktların hüquqi ekspertizasının
qaydaları və prosedurası barədə ümumiyyətlə, heç bir norma öz əksini tapmamışdır.
Digər tərəfdən fikrimizcə, AR Konstitusiya Məhkəməsinin qərarlarının bir sıra xarakterik
xüsusiyyətləri normativ xarakterli aktların bir növü kimi onları nəinki qanunvericilik sistemindən
və ya cinayət‐prosessual hüququn mənbələri sırasından kənara qoymağa imkan vermir, hətta bu
qərarların
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununda normativ xarakterli akt
kimi yox, məhz normativ‐hüquqi akt qismində göstərilməsini tələb edir. Doğrudur, AR Konstitusiya
M
əhkəməsinin qərarları
«
Normativ‐hüquqi aktlar haqqında
»
Konstitusiya qanununun 4.1.1­ci
maddəsinə əsasən normativ xarakterli akt kimi xarakterizə edilmişdir. Fikrimizcə, həmin
konstitusiya qanununda AR Konstitusiya Məhkəməsinin qərarlarının normativ xarak
terli akt kimi
səciyyələndirilməsi bu konstitusiya qanunu ilə AR Konstitusiyası arasında AR Konstitusiyasının
130­cu madd
əsinin müəyyən etdiyi qaydalar kontekstində bir sıra ziddiyyətlər yaradır.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə