Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə59/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   55   56   57   58   59   60   61   62   ...   89
47
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Mülki Məcəllənin 439.2‐ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam
uyğ
undur.
Mülki Məcəllənin 439.7‐ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri
(məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və
ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə
yerinə yetirilməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi
gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Maddənin mətnindən göründüyü kimi, bu maddə iki halı tənzimləyir:
1) pul vahidinin (məzənnənin) dəyərinin artması və ya azalması;
2) valyutanın dəyişməsi.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər iki hal manatda olan pul öhdəliklərinə aiddir.
Belə ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Digər tərəfdən, Mülki
Məcəllənin 439.2‐ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin
icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir.
Mülki Məcəllənin 439.7‐ci maddəsi isə o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə
üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri
xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə
tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini
ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə
üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha
az məbləğin ödənilməsini iddia edə bilməz.
Həmin maddənin “ödəniş müddəti çatanadək” və “öhdəliyin əmələ gəldiyi vaxt” müddəaları isə
Mülki Məcəllənin 386.1, 427.3 və 445‐ci maddələrinin tələbləri baxımından şərh edilməlidir.
Belə ki, Mülki Məcəllənin 386.1‐ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və
ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,
öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu belə nəticəyə
gəlməyə əsas verir ki, tərəflər arasında müqavilələrdən irəli gələn öhdəliklər, yəni “öhdəliyin əmələ
gəldiyi vaxt” müqavilənin bağlanması vaxtı ilə üst‐üstə düşür.
Mülki Məcəllənin 427.3‐cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra
edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik
həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə
“ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının
çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin
445‐ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər.
Pul vahidinin
dəyişməsi dedikdə, ölkənin pul vahidinin digər valyuta ilə fiziki əvəz edilməsi başa düşülür (məsələn,
Avropa İttifaqına üzv olan dövlətlərin milli valyutası avro ilə əvəz olunur). Ölkənin valyutası digər
valyuta ilə əvəz edildikdə, ödəniş yeni valyuta ilə mübadilə əməliyyatının aparıldığı məzənnə
əsasında aparılmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumuna təqdim olunmuş sənədlərdən
göründüyü kimi, xarici valyutada olan kreditlər üzrə borcların ödənilməsi zamanı borcalanların
maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikindən çox fərqlənməməsi üçün banklar
tərəfindən aylıq ödənişlərin əvvəlki səviyyədə aparılmasına imkan verən restrukturizasiya tədbirləri
həyata keçirilir və bununla da borcalanların borc yükünün bir hissəsi banklar tərəfindən qarşılanır.
Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əhalinin maraqlarını nəzərə alaraq, xarici
valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması
və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq
həyata keçirilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:
‐ Mülki Məcəllənin 439.1‐ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə,
tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə
bilərlər” və həmin Məcəllənin 439.2‐ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi
Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun
şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Konstitusiyanın 19‐cu maddəsinin
III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir;


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə