Publication1


və mənə ayrılıqda, yoxsa birlikdə vərəsəlik



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə81/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   77   78   79   80   81   82   83   84   ...   89
və mənə ayrılıqda, yoxsa birlikdə vərəsəlik
şəhadətnaməsi veriləcəkdir?
Cavab.
Ümumi qayda ondan ibarətdir ki, vərəsəlik
hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın
açıldığı gündən altı ay keçdikdən sonra verilir. Lakin bu
qaydadan istisna da mümkündür. Belə ki, əgər notariat
orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı,
başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez
verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1322‐ci maddə).
Sualınızın ikinci hissəsi ilə bağlı qeyd edək ki, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də
onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda
hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik
şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq
hüququndan məhrum etmir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1325‐ci maddə).
Sual 2.
 Oğlumun mobil telefon danışıqlarına görə borcu yaranmışdır. Bir müddə
t sonra icra
şöbəsindən məktub daxil olmuşdur ki, məhkəmə əmri ilə həmin borcun tutulması qə
rara
alınmışdır. Halbuki bizim həmin məhkəmə prosesindən ümumiyyətlə məlumatımız
olmamışdır. Bu, nə dərəcədə qanunidir? Əmr çıxarılarkən bizə məlumat verilməli deyildimi?
Cavab.
Müəyyən kateqoriya işlərə məhkəmədə əmr icraatında sadələşdirilmiş qaydada baxılması
mümkündür. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi
hesab edilir. Qeyd etdiyimiz kimi, əmr icraatı işə baxılmasının sadələşdirilmiş qaydasını nəzərdə
tutduğundan məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,
məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Lakin
qanunverici məhkəmə əmri ilə razı olmadığı halda borcluya müəyyən hüquqlar vermişdir. Belə
ki, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə
qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Borclunun etirazı
prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri
ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia
icraatına keçir (Azərbaycan Respublikası Mülki prosessual məcəlləsi, 275, 280, 282, 283‐cü
madd
ələr).

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə