Publication1


Sual 3. Atam kooperativin üzvü olmuşdur. Onun vəfatından sonra mən hə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə82/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   78   79   80   81   82   83   84   85   ...   89
Sual 3.
Atam kooperativin üzvü olmuşdur. Onun vəfatından sonra mən hə
min kooperativin
üzvü hesab edilə bilərəm?
Cavab.
Məlum olduğu kimi kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək
üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun
üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ
üzvünün vəfatı halında, onun vərəsələrinin kooperativ üzvlüyünə qəbulu məsələsinə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 112.4‐cü maddəsində açıqlıq gətirilmişdir. Həmin maddəyə görə,


­
68
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda
n
əzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş
üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.
Beləliklə, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayı
bsa, Siz kooperativin
ü
zvl
ü
y
ünə qəbul edilə bilərsiniz.
Sual 4. Filologiya elmləri namizədiyəm. Azərbaycan Respublikası Prezidentinin sərəncamı
il
ə elmlər namizədlərinə hər ay verilən 60 manatı 2015‐ci ilin fevral ayına qədər iş yerimdə
n
almışam. Fevral ayından həmin pulun verilməsi dayandırılımışdır. Mən həmin pulu haradan
və necə almalıyam?
Cavab.
“Təhsil haqqında” qanunun 36.3‐cü maddəsinə görə, dövlət və bələdiyyə tə
hsil
müəssisələrində işləyən elmi‐pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və
elmi adlara
görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər
Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və
bələdiyyə təhsil müəssisələrində işləyən elmi‐pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə
və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” 2010‐cu il 27 may tarixli 98
nömrəli Qərarına əsasən, ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi
dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisə
sinin
kateqoriyasından asılı olmayaraq — 60 manat əlavə müəyyən edilmişdir. Elmi dərəcəyə və
elmi
adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə
isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir. Elmi dərəcəyə və elmi adlara görə
müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə
iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.
Göründüyü kimi, qüvvədə olan qanunvericilikdə ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər
namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına
60 manat
əlavənin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Əgər həmin əlavənin ödənilmə
si
dayandırılmışsa, bunun səbəbini işlədiyiniz təhsil müəssisəsindən dəqiqləşdirməyiniz
məqsədəuyğundur.

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə