Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

dədə-baba yurdlarını, Oğuz məskənini tərk edib didərgin, qaçqın vəziyyətində 

yaşamasının kökü əsrimizin əvvəllərinə, tarixin dərinliklərinə gedib çıxır. Zaman-

zaman bu ərazidə ermənilər tərəfindən soyqırımı siyasətinin həyata keçirilməsi 

nəticəsində azərbaycanlıların bir qismi öz yaşayış məskənlərini qoyub qaçmış, bir 

qismi isə bu mənfur siyasətin qurbanına çevrilmişdir. 1905-1907-ci illər və 1918-

1920-ci illərdə bu ərazidə azərbaycanlılara qarşı  ən dəhşətli soyqırımı siyasəti 

həyata keçirilmişdir. 

  

Tarixi araşdırmalar artıq çoxdan sübuta yetirmişdir ki, iki xalq arasında bu 



cür mənfur soyqırımının tətbiq olunması  həmin dövrdə üçüncü bir qüvvənin-çar 

Rusiyasının böyük hegemonçuluq siyasətinə, müstəmləkəçilik mənafeyinə tam 

uyğun idi. Xüsusilə  həmin illərdə rus ordusunda hərbi xidmətdə olan rus 

zabitlərinin xatirələrində bu məsələ tam çılpaqlığı ilə öz əksini tapmışdır. 

Birinci dünya müharibəsi başlandıqdan sonra çar Rusiyasının Osmanlı 

imperiyasına qarşı yeritdiyi siyasət Türkiyə  ərazisində yaşayan ermənilərin baş 

qaldırmasına və öz hökumətlərinə qarşı xaincəsinə  çıxışlarına səbəb oldu. 

Ermənilər rus ordusu vasitəsilə Türkiyə  ərazisinin bir hissəsini  ələ keçirməyə  və 

bununla da uydurduqları “Böyük Ermənistan”  ərazisini yaratmağa dərin ümid 

bəsləyirdilər. Xüsusilə Türkiyənin Ermənistana yaxın  əraziləriidə yaşayan 

ermənilər arasında güclü təbliğat işi aparılır, hazırlıq görülürdü. Onlar 1877-1878-

ci illərdə Rusiya-Türkiyə müharibəsində nail ola bilmədikləri bu məqsədə bu dəfə 

maneəsiz çatacaqlarına tam əmin idilər. 

Lakin Türkiyə hökuməti ermənilərin bu xəyanətindən vaxtında xəbər tutdu. 

Daha doğrusu, ermənilər silahsız, dinc türk əhalisinin başına min bir oyun açıb, 

onlara qarşı  əsl soyqırımı  tətbiq etdikdən sonra hakim dairələr qəti qərar qəbul 

etmək məcburiyyəti qarşısında qaldı. Ermənilər bu addımı atmaqla arxa cəbhədə və 

orduda ixtişaşlar  törətmək,  rus  qoşunlarının  irəliləməsinə  şərait yaratmaq 

məqsədi güdürdülər. 

Türkiyə hökuməti daha bu xəyanətə göz yuma bilməzdi. Həm döyüşən ordu 

sıralarında, həm də arxa cəbhədə böyük xəyanətlər törədən Türkiyə erməniləri 

tezliklə öz layiqli cəzalarına çatdılar, müharibə zonalarından milliyətcə erməni 

olan bütün Türkiyə vətəndaşları vaxtında sürgün edildi. 

Beləliklə, öz törətdikləri xəyanətlərin qurbanına çevrilən ermənilər həm 

Türkiyə ərazisində, həm də qədim İrəvan torpağında əsl soyqırımı siyasəti həyata 

keçirməyə başladılar. Hesablamalar göstərir ki, ermənilər təkcə Türkiyə ərazisində 

həmin dövrdə təxminən 2-2,5 milyona yaxın türk vətəndaşını öldürmüşlər. 

Vəhşicəsinə, insan ağlına sığmayan ölüm üsulları ilə qocaların, qadınların, 

uşaqların öldürülməsi təkcə Türkiyə  ərazisində deyil, eləcə  də Ermənistanda,  

habelə Azərbaycanın bir çox yerlərində amansızcasına  həyata  keçirilirdi. 

“Daşnaksütyun” partiyasının geniş proqramı əsasın, da həyata keçirilən bu qırğın, 

əsasən, etnik təmizləmə məqsədi daşıyırdı. 

1924-cü ildə İstanbulda çap olunan “Müxtəsər Azərbaycan tarix” kitabında 

Cahangir Aslanoğlu bu qırğınlar ilə  əlaqədar olaraq yazmışdır: “Bakıda mart 

hadisəsini törədən və  Şərqi Azərbaycanı tamamilə  dəmir  və atəşdən keçirən 

daşnaklar Cənubdada sakit  oturmadılar.  İrəvan vilayətinin bütün kəndləri 

Andronik, Dro və sair sərkərdələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. 



Bu qırğından qurtulanların hamısı Gəncəyə döndülər. İrəvan hadisəsi Seymin 5, 7, 

19, 20 fevral iclaslarında böyük gurultulara səbəb, olmaqla İrəvana heyətlər 

göndərildi. Bu heyətlər tədqiqat apararaq qayıtdı  və  İrəvan vilayətində 211 türk 

göyünün (Azərbaycan kəndinin - V. H.) təxrib və yüz minə qədər əhalisinin məhv 

edildiyini isbat etdilər. Beləcə,  İrəvan vilayətində olan müsəlman türklər məhv 

edildilər və çarizm zamanında İrəvan vilayətində üç yüz min türkdən indi üç min 

belə qalmamışdır”.. 

Bu faktlar heç də  əhaliyə qarşı  tətbiq edilən vəhşilikləri hələ tam, açıb 

göstərmir. Qırğın rayonlarından başını birtəhər götürüb qaçmış azərbaycanlalar 

Gəncə əhalisi tərəfindən böyük ürək ağrısı ilə qarşılanırdı. Əksəriyyəti ayaqyalın, 

başıaçıq, ac vəziyyətində olan bu məzlum insanların hər biri erməni qırğınında öz 

əzizini itirmişdi. Qaçqınların bu vəziyyəti barədə sonralar Daxili İşlər Nazirinə 

məlumat göndərən Gəncə qubernatoru bu haqda belə yazmışdır: “Erməni vəhşiliyi 

yanında orta əsrlərdə törədilmiş  vəhşiliklər, cinayətlər çox solğun görünür. İnsan 

inana bilmir ki, iyirminci əsrdə bütün Avropada öz mədəniyyətindən dəm vuran bir 

xalq köməksiz, dinc əhaliyə qarşı vəhşiliklərin bütün üsullarını tətbiq etmiş olsun. 

Hər gün quberniyanın hər yerindən alınan raportların, məlumatların yaratdığı 

dəhşətlərlə bu sətirləri yazmaq çətindir: qadınlar zorlanır,  uşaqlar odda yandırılır, 

dillər, qulaqlar kəsilir, işgəncələr, təhqirlər...” (Azərbaycan tarixi. Sənədlər və 

nəşrlər üzrə. Bakı, 1990, səh. 192-194). 

Ermənistan  ərazisində 1918-1920-ci illərdə müsəlmanlara qarşı  həyata 

keçirilən soyqırımı, zorakalıq və cinayətlər sonrakı dövrdə ayrı-ayrı erməni 

tarixçiləri tərəfindən də etiraf edilmişdir. Belə ki, A.A.Lalayan “Daşnaksütyun” 

partiyasının  əksinqilabi rolu” məqaləsində bu məsələyə toxunaraq yazırdı ki, 

“Daşnaksütyun” partiyası hakimiyyətdə olduğu otuz ay müddətində Zaqafqaziyada 

erməni  əhalisinin otuz beş faizini və türk (azərbaycanlı)  əhalisinin altmış faizini 

məhv etmişdir. 

“Daşnaksütyun” Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı silahlı 

mübarizə apararaq, dövlət tələblərinin yerinə yetirilməsi bəhanəsi ilə dinc əhalini 

talayır və öldürür, bütöv kəndləri məhv edirdilər” (Bax: Cəmil Həsənov. “Ağ 

ləkələrin qara kölgəsi” Bakı, Gənclik, 1991, s.76). 

Tədqiqatlardan aydın olur ki, Ermənistanda daşnakların hakimiyyəti 

dövründə azərbaycaynlıların sayı yetmiş yeddi faiz, kurdlərin sayı 98 faiz, 

yezidlərin sayı isə 40 faiz azalmışdır (Yenə orada, s. 77) Yəni bu əhalinin böyük 

əksəriyyəti ermənilər tərəfindən öldürülmüşdür 

Qeyd etmək lazımdır  ki,  Ermənistan  ərazisində    azərbaycanlılara qarşı 

təkcə 1918-ci ildə deyil, əvvəlki dövrdə  də soyqırımı siyasəti həyata keçirilib. 

Jurnalist Qulu Kəngərli “Erməni lobbisi, Azərbaycan faciəsi” kitabının giriş 

hissəsində bu mənfur siyasətin hələ bir qədər də  əvvəl başladığını bildirir. 

Dərələyəz mahalında bir çox kəndləri ermənilər hələ 1916-cı ildə yandırmışlar. 

1917-1918-ci illərdə isə bu mahalın bir sıra kəndlərinin əhalisi ermənilər tərəfindən 

amansızcasına qırılmışdır. 

Dərələyəz  mahalında quldurluqda, azərbaycanlıların qanına susamaqda ad 

çıxarmış Yaponun dəstəsi Zeytə, Qabaqlı, Qurdqulax, Yengicə, Əmağu kəndlərinin 

əhalisinə hiylə  işlədərək qalib gəlmişdi. Kənd camaatının birliyini qıra bilməyən 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə