Birinci fəsil. Qadın şəxsiyyəti
49
Bundan sonra biz və uşaqlarımız bu orucu tuturduq. Biz onlara
yundan oyuncaq düzəldirdik. Onlardan biri yemək istəyib ağ-
ladıqda bu oyuncağı ift ara qədər ona verir (başını qatırdıq)”
1
.
Qadınlar camaat ibadətlərində
iştirak etmişlər
Vacib namazlar. Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Mömin qadınlar paltarlarına bürünərək sübh namazını
Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qılırdılar. Namazı
qıldıqdan sonra evlərinə qayıdır, qaranlıq olduğundan heç kəs
onları tanımırdı”
2
.
Küsuf (günəş tutulması) namazı.
Rəvayət olunur ki, Əsma
bint Əbubəkr
(Allah ondan razı qalsın!)
demişdir:
“Günəş tutulduğu zaman Peyğəmbərin zövcəsi Aişənin ya-
nına getmişdim. Camaatla namaz qılırdı. Soruşdum: “İnsanlara
nə olub?” Əli ilə göyə işarə edib: “Sübhənallah!” – dedi. “Bu
bir əlamətmi?” – deyə soruşdum. İşarə etdi ki, bəli. Mən də
namaz qılmağa başladım. O qədər qıldım ki, gözlərimə qaranlıq
çökdü. Başıma su tökməyə başladım. Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
gəldi və Allaha həmd-səna edib buyurdu...”
3
.
Cənazə namazı. Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan
razı qalsın!)
deyib:
“Sə`d ibn əbu Vəqqas vəfat etdiyində Peyğəmbərin zövcələri
xəbər göndərdilər ki, cənazəni məscidə aparsınlar, çünki ona
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
50
cənazə namazı qılmaq istəyirdilər. İnsanlar bu cür də etdilər:
cənazəni Peyğəmbərin zövcələrinin hücrələrinin qabağına qoy-
dular, onlar da (öz otaqlarında) ona cənazə namazı qıldılar...”
1
.
Həmçinin qadınlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
cənazə namazını qılmışdılar. İmam Nəvəvi demişdir:
“Cümhur”
2
təsdiqləyir ki, onlar Peyğəmbərin cənazə nama-
zını tək-tək qılmışlar. Belə ki əvvəlcə bir dəstə daxil olub qılır,
sonra çıxırdı. Sonra qadınlar, daha sonra isə uşaqlar Peyğəmbərə
cənazə namazı qıldılar”
3
.
Etikaf. Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vəfat edənədək
Ramazanın son on günündə etikafa çəkilərdi. Ondan sonra
zövcələri də etikafa çəkilərdilər”
4
.
Həcc. Ümmi-Sələmə demişdir:
“Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xəstə olduğu-
mu dedim. Dedi: “Miniyə minərək, insanların arxasında təvaf
et.” Təvaf etdim. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
isə
Kəbənin yanında namaz qılır, “Tur” surəsini oxuyurdu”
5
.
Yəhya ibn Hüseyn nənəsi Ümmi-Hüseynin belə dediyini
rəvayət etmişdir:
“Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
Vida həccində
iştirak etdim. Gördüm ki, Əqəbə sütununa daş atıb, geri
qayıdır”
6
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Alimlərin böyük əksəriyyəti – tərcüməçinin qeydi.
3
İmam Nəvəvi. Şərh Səhihi-Müslim, VII cild, səh. 36.
4
Hədisi İmam Buxari rəvayət etmişdir.
5
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
6
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci fəsil. Qadın şəxsiyyəti
51
Qadınlar ümumi mərasimlərdə
iştirak etmişlər
Toylar.
Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
toydan qayıdan
qadın və uşaqları gördükdə dikəlib dedi: “Allah şahid olsun ki,
siz ən çox sevdiyim insanlarsınız”
1
.
Bayramlar. Ümmi-Ətiyyə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bayram günləri bizə (namazgaha, məscidə) getmək əmr
olunmuşdu. Bakirə qızlar, evdə oturan iff ətli qadınlar və aybaşı
qadınlar (namazgaha) gedərdik. Amma aybaşı qadınlar (namaz-
gahdan uzaqda) insanların arxasında dayanır, onlara birlikdə
təkbir gətirir, dua edir, həmin günün bərəkətini (Allahdan)
diləyirdilər”
2
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Bayram günü idi. Zəncilər (həbəşlər) nizə-qalxan oyunu
oynayırdılar. (Dəqiq xatırlamıram) ya mən istədim, ya da o
(Peyğəmbər) soruşdu: “Baxmaq istəyirsənmi?” “Bəli”, – dedim.
Məni arxasında saxladı. Yanağım yanağına dəyirdi. Bu zaman
o (oynayanlara) səslənirdi: “Haydı! Ərfidəoğulları (oynayın!)”
Axırda bezdim. Soruşdu: “Bəsdirmi?” “Bəli”, – dedim. O da:
“Elə isə get”, – dedi”
3
.
Qarşılama mərasimləri. Rəvayət olunur ki, Əbubəkr əs-
Siddiq
(Allah ondan razı qalsın!)
demişdir:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.