Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə40/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   36   37   38   39   40   41   42   43   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
38 
bələrinin  və  mənsub  olduqları  şəhərlərin  adı  siyahı  şəklində 
verilir.  Bu  siyahıda  Əhməd  və  Hüseyn  adlı  iki  nəfərin  Ər-
məniyyədən  çıxacağı  bildirilir  və  bu  adın  o  zamanlar  indiki 
İran,  Türkiyə,  Azərbaycan  Respublikası  ərazilərinə  şamil 
olduğu qeyd edilir. Eyni adlar Şeyx Əli Yəzdi Hairinin “İlza-
mün-nasib fi isbatil-hüccətil-ğaib” kitabında
23
 
da verilir. 
Mir  Məhəmməd  Sadiq  Xatunabadinin  İmam  Mehdi 
(ə)  barədə  40  hədisin  şərhindən  ibarət  olan  “Kəşfül-həqq” 
kitabında
24
  Şeyx  Hibətullah  Trablusinin  “əl-Fərəcül-kəbir 
fil-ğeybə”  əsərinə  istinadən  Cabir  ibn  Abdullah  vasitəsilə 
İmam  Əlidən  (ə)  rəvayət  edilən  hədisdə  də  Azərbaycandan 
3 nəfərin çıxacağı bildirilir. O zamanlar Azərbaycan ərazisi 
şimallı-cənublu  vahid  anlamda  qəbul  edildiyi  üçün  bu  üç 
nəfərin  Şimali  yoxsa,  Cənubi  Azərbaycana  mənsubluğunu 
qəti şəkildə söyləyə bilmərik. 
İbn  Cərir  Təbərinin  (onu  məşhur  tarix  və  təfsir 
müəllifi Təbəri ilə qarışdırmayın; bu, daha sonralar yaşamış 
alimdir) “Dəlailül-imamə” kitabında da  İmam Mehdinin (ə) 
səhabələrinin adı və hansı bölgələrdən olmaları barədə fərq-
li variantlarda məlumatlar verilir. Həmin kitabda oxuyuruq: 
.روجام نب دمحم نب ديبع وه و لجر ناقوم نم و 
 
“Və  Muğandan  bir  nəfər.  O,  Übeyd  ibn  Məhəmməd 
ibn  Məcurdur”.
25
  Həm  Şimali,  həm də Cənubi  Azərbaycan-
da  Muğan  məntəqəsi  olduğu  üçün  burada  hansının  nəzərdə 
tutulduğu tam aydın deyil. 
                                                 
23
 2-ci cild, səh. 202-203.
 
24
 səh.186.
 
25
 səh. 310.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə