Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə41/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   37   38   39   40   41   42   43   44   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
39 
Seyid  ibn  Tavusun  “əl-Məlahim  vəl-fitən”  kitabın-
da
26
  Əsbəğ  ibn  Nübatənin  İmam  Əli  ibn  Əbu  Talibdən  (ə) 
rəvayət  etdiyi  hədisdə  İmam  Mehdinin  (ə)  silahdaşlarından 
birinin  də  Şirvandan  olacağı  göstərilir.  Ərməniyyədən  bir 
nəfərin  də  İmama  (ə)  qoşulacağını  bu  siyahıdan  öyrənirik. 
Məlum  olduğu  kimi,  o  zamanlar  Ərməniyyə  (və  ya  Ərmi-
niyyə)  deyərkən  yalnız  Ermənistan  deyil,  müasir  Azərbay-
can  torpaqlarının  bir  hissəsi  və  əlavə  ərazilər  (indiki  Gür-
cüstan,  Ermənistan,  Dağıstan)  nəzərdə  tutulurdu.  Ərmə-
niyyə  müsəlman  xilafətinin  böyük  inzibati  əyalətlərindən 
biri  idi.  Bəzi  mənbələrdə  Dərbənddən  Həmədana  kimi  uza-
nan  torpaqlar  Azərbaycan,  Arran  və  Ərməniyyə  adlı  üç 
hissəyə  bölünür,  bəzən  isə  ümumiləşdirilərək  ya  hamısı 
Azərbaycan, ya da Ərməniyyə adlandırılırdı. 
“Ərəblər çox vaxt üç ölkəni – Azərbaycan, Arran və 
Ermənistanı bir inzibati vahiddə birləşdirərək, bir canişinlik 
yaradır  və  bunu  bəzən  “Ərməniyyə”,  bəzən  də  “Azər-
baycan”  adlandırırdılar.  Bu  halda  Azərbaycan  böyük  bir 
ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yer-
ləşirdi. 
İstəxri bu məlumatı verir: “Biz Ermənistan, Arran və 
Azərbaycanı  xəritədə  birləşdirir  və  ona  bir  ölkə  kimi 
baxırıq...”  Həmin  Azərbaycanın  hər  tərəfini  gəzib  onun 
xəritəsini  tərtib  edən  İbn  Hövqəl  İstəxrinin  dediklərini  ta-
mamlayaraq,  Azərbaycan,  Arran  və  Ermənistanın  ümumi 
xəritəsini  yaratmış  və  bunu  “Azərbaycanın  xəritəsi”  adlan-
                                                 
26
 səh. 94.
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə