Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə44/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   40   41   42   43   44   45   46   47   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Əhli-beyt qavramı 
Ərəb,  fars  və  türk  dilli  islami  ədəbiyyatda 
Əhli-beyt

ali-əba

pənceyi-ali-əba

xəmseyi-ali-əba

əhli-kisa
  kimi 
müxtəlif adlarla anılan “Əhli-beyt” ifadəsi islami ənənədə ən 
çox  müzakirə  edilən  mövzular  içərisində  yer  almaqdadır. 
Belə  ki,  hərfi  mənası  “ev  əhalisi”  demək  olan  bu  ifadə 
Qurani-Kərimdə  3  yerdə  keçmişdir:  bunlardan  ilki,  Hud 


Məqalələr toplusu 
 
 
43 
surəsinin  73-cü  ayəsi
1
  Həzrət  İbrahimin  (ə),  ikincisi,  Qəsəs 
surəsinin  12-ci  ayəsi
2
  Musa  əleyhissalamın  və  üçüncüsü, 
Əhzab  surəsinin  33-cü  ayəsi  Məhəmməd  Peyğəmbərin  (s.a) 
ev  əhalisi  haqqındadır.
3
  Əhzab  surəsinin  33-cü  ayəsi  “Əhli-
beyt”  ifadəsi  ilə  kimlərin  nəzərdə  tutulduğu  mübahisəsində 
əsas  dəlildir.  İkinci  qüvvətli  dəlil  isə  Peyğəmbərin  (s.a) 
xanımı  Həzrət  Ümmü-Sələmədən  rəvayət  edilən  hədisdir: 
“Peyğəmbər  (s.a)  Həzrət  Ümmü  Sələmənin  evində  ikən 
Həzrət Fatimə əlində ət və undan hazırlanmış yemək dolu bir 
qabla gəlmiş. Peyğəmbər (s.ə.v)  Həzrət Fatiməyə  Həzrət Əli 
(ə)  və  oğulları  Həsənlə  (ə)  Hüseyni  (ə)  də  çağırmasını 
buyurdu.  Birlikdə  yemək  yedikləri  əsnada  Əhzab  surəsinin 
məlum ayəsi endirildi: “
Ey Əhli-beyt! Allah sizdən çirkinliyi 
(günahı)  yox  etmək  və  sizi  tərtəmiz  (pak)  etmək  istər
”. 
Rəsulullah  (s.a)  onları  əbasının  (kisa)  altına  toplayaraq: 
“Bunlar  mənim  Əhli-beytimdir”,  -  dedi.  Və:  “Allahım,  mə-
nim  Əhli-beytim  və  yaxınlarım  bunlardır.  Bunlardan  pisliyi 
uzaq  et,  onları  pak  et”,  -  şəklində  dua  etdi.  Bunu  eşidən 
                                                 
1
 (Mələklər ona)  dedilər: “Allahın  əmrinə (əmr  etdiyi  bir şeyə) təəccübmü edirsən? 
Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür 
olunmağa,  öyünüb  mədh  edilməyə  layiqdir!”  (Allahın  bütün  işləri  bəyənilmişdir. 
O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)
 
2
  Bundan  (anası  saraya  gəlməmişdən)  qabaq  Biz  ona  (Musaya)  süd  analarını  (özgə 
qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Firon əhlinə) belə 
dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm də ona 
qarşı  xeyirxah  olacaq  (onunla  yaxşı  davranacaq)  bir  ailəni  (ev  əhlini)  sizə  nişan 
verimmi?”
 
3
  “Evlərinizdə  qərar  tutun.  İlkin  Cahiliyyat  dövründəki  kimi  açıq-saçıq  olmayın. 
(Bər-bəzəyinizi  taxaraq  evdən  çıxıb  özünüzü,  gözəlliyinizi  yad  kişilərə 
göstərməyin!)  Namaz  qılın,  zəkat  verin,  Allaha  və  Rəsuluna  itaət  edin.  Ey  Əhli-
beyt!  Allah  sizdən  çirkinliyi  (günahı)  yox  etmək  və  sizi  tərtəmiz  (pak)  etmək 
istər!”
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə