Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə52/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   48   49   50   51   52   53   54   55   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

“Mənazilül-aşiqin”
  və 
“Ətvarül-qülub”
  məsnəviləri 
farsca  yazılmış  mənzum  əsərlərdir.  1797  beytdən  ibarət  “Mə-
nazilül-aşiqin” təsəvvüf  yolunun  saliklərinə qət edilməsi vacib 
olan mənzilələr barədə məlumat verir. 772 beytli olan “Ətvarül-
qülub” (qəlbin halları) isə qəlbin təsəvvüfdəki önəmindən bəhs 
                                                 
10
 Hızır (Tasavvuf ve Halk İnancı), Süleyman Uludağ, DİA, cilt: 17,  sayfa: 409-410, 
İstanbul 1998
 


Azərbaycan və Əhli-beyt irsi 
 
 
50 
edir.
11
  Seyid  həzrətləri  bu  iki  əsərdə  də  “Dörd  dostun  mədhi” 
başlığı altında Həzrət Əlini (ə) öyərək Əsədullah, Şiri-Yəzdanın 
“elmin qapısı” olduğuna işarə edir:  
 
Əli Şiri-Yəzdan (Allahın aslanı) ləqəbini qazanmışdır, 
Allah elmi və güc-qüvvəti ona ram etmişdir. 
Peyğəmbər elmin şəhəri, Əli onun qapısıdır. 
Bu qapı olmadan şəhərin içinə girmək mümkün deyil.  
(Mənazilül-aşiqin) 
 
Əliyə Allahın aslanı adı verildi, 
Bütün əşyaları ona ram etdilər. 
Əli “Bəhrül-əcaib” (qəribəliklər, qeyri-adi  
kəramətlər dəryası) oldu, 
Ondan yüz cür qeyri-adiliklər peyda oldu.  
(Ətvarül-qülub) 
 
Seyid ən məşhur əsəri, müridlərinin gündəlik oxumaları 
üçün  tərtib  etdiyi,  yalnız  Xəlvətiyyə  deyil,  digər  təriqət  mən-
subları  tərəfindən  də  sevilərək  oxunan  səhər  virdi  -  “Virdü-
Səttar”  da  Əhli-beytə  sevgisini  nümayiş  etdirməkdədir.  Bu 
virdin yazılması səbəbi ilə bağlı nəql edilir ki, Seyid Yəhyanın 
Həzrət  Əli  (ə)  haqqındakı  tərif,  səna  dolu  ifadələri  bəzi  zahir 
əhlinin  dilində  onun  rafizi  olduğuna  dair  dəlil  kimi  istifadə 
edilmiş  və  şayiələr  uydurulmuşdur.  Virdü-Səttarın  şərhlərində 
qeyd  edilən  rəvayətə  görə:  “Təriqət  əhlindən  öndə  gələn  saleh 
və  sağlam  kəslərin  nəql  etdiyinə  görə,  Seyid  Yəhya  Şirvani 
həzrətlərini  bəzi  müftərilər  rafiziliklə  günahlandırdılar.  Şeyx 
                                                 
11
 Şəfa, 75-78
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə