Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə51/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   47   48   49   50   51   52   53   54   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Məqalələr toplusu 
 
 
49 
Qurani-Kərimdə keçən Xızır əleyhissəlam qissəsi təsəv-
vüfdə güclü təsirə malikdir. Bunun səbəbi qissənin sanki təsəv-
vüfün iki əsas prinsipini irşad və lədün elmini təmsil etməsidir. 
Belə  ki,  Həzrət  Musa  (ə)  mürid,  yəni  lədün  elmlərinə  talib, 
Həzrət Xızır (ə) isə Allahın elmi-lədün bəxş etdiyi mürşiddir və 
Həzrət  Musaya  (ə)  yol  göstərməkdədir.
10
  Seyid  Yəhya  həzrət-
ləri  də  bu  düşüncəyə  sadiq  qalaraq,-  “Hər  kim  Xızırı  gördüm 
deyirsə,  o  Əlini  görmüşdür”,-  deyərək,  Həzrət  Əlini  Həzrət 
Xızırla  eyniləşdirir,  çünki  Həzrət  Əliyə  (ə)  də  batini  elmlər 
təlim edilmişdir.  
Özünü 
Həzrət  Əlinin 
(ə)  xirməninin
  başaq  toplayanı, 
onun gədası
 adlandıran Seyid Yəhya Həzrət Əlini (ə) sevməyin 
vacib  olduğunu,  Məhəmməd  Peyğəmbəri  (s.a)  sevənin  onu  da 
sevməli olduğunu, onu sevənin xilas olacağını, inkar edənin isə 
zülmə uğrayacağını səmimiyyətlə dilə gətirir.  
 
Heydərin məhəbbəti Haqqın qürbünə bir vəsilədir, 
Haqqın bəxşişi, bəxşişlərin kanı (səxavət mədəni) Əlidir. 
Əgər ona məhəbbətin yoxdursa, Haqqa tərəf yolun da yoxdur, 
Bu yolda rəhbər, yolgöstərən, sirlərin sahibi Əlidir. 
 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə