Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə47/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   43   44   45   46   47   48   49   50   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
46 
Seyid Yəhya Bakuvi və Əhli-beytə sevgisinin qaynağı 
XIV əsrin sonlarında Şamaxıda Şirvanşahların nəqibül-
əşrafı olan Seyid Bəhaəddinin ailəsində təsəvvüf tarixində uzun 
əsrlər  boyunca  öz  məktəbindən  söz  etdirəcək  olan  əs-Seyid 
Cəmaləddin  Yəhya  ibn  əs-Seyid  Bəhaəddin  əş-Şirvani  əş-
Şamaxi əl-Bakuvi dünyaya gəlmişdir. Yeddinci İmam Museyi-
Kazımın  (ə)  nəslindən  olan  Bakuvinin  ata-babaları  Nəqiblər 
sülaləsindən  olmuşdur.  Seyid  Yəhya  Şamaxıda  Xəlvətiyyə 
şeyxi  Sədrəddinin  tədris  halqasında  seyrü-sülukunu  tamam-
lamış,  şeyxinin  vəfatından  sonra  Bakıya  gələrək  irşad  fəaliy-
yətinə  başlamışdır.  Pir  Ömər  Xəlvətinin  əsasını  qoyduğu  Xəl-
vətiyyə  təriqətinin  prinsiplərini  sistemləşdirmiş  və  bu  gün  də 
mövcudluğunu qoruyan irfan məktəbinə çevrilməsində əvəzsiz 
rol oynamışdır. 1465-ci ildə Bakıda vəfat edərək Şirvanşahların 
sarayındakı  xanəgahında  dəfn  edilmiş  Seyid  Yəhya  Bakuvi 
ərəb,  fars  və  türk  dillərində  20-yə  yaxın  nəzm  və  nəsr  əsərin 
müəllifidir. Seyid Yəhya irsinin uzun illərdən sonra üzə çıxarıl-
masına  nail  olmuş  Mehmet  Rıhtım  azərbaycanlı  arifin  əsərlə-
rinin nəşrini həyata keçirmişdir. 
Qeyd  etdiyimiz  kimi,  Nəqiblər  sülaləsindən  olması  Se-
yid  Yəhyanın  Əhli-beytə  mənsubiyyətinin  sübutudur.  Nəqibül-
əşraf  müsəlman  dövlətlərində  Həzrət  Peyğəmbərin  (s.a)  süla-
ləsinə  mənsub  olan  seyidlərin  işləri  ilə  əlaqədar  bir  vəzifə  idi. 
Bu  vəzifəyə  yalnız  seyid  olan  bir  şəxs  təyin  edilirdi.  O,  seyid-
lərin  nəsəblərini,  doğum  və  ölümlərinin  qeydiyyatını  aparır, 
onların yanlış iş görmələrinə mane olur, seyid ailəsindən olan-
ları  özlərinə  münasib  insanlarla  evləndirirdi.  Peyğəmbər  (s.a) 
xanədanı üzvlərinin bir varisi rolunu oynayırdı. Seyidin ataları 
da bu mənsəbə layiq görülmüş zatlar idilər. İrsən damarlarında 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə