Qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə46/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   42   43   44   45   46   47   48   49   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

 
 
 
                                                 
4
 Faruk Ömer Fevzi. Ehl-i Beyt kavramı üzrine, Selçuk Üniv.İlahiyat fak.dergisi 99, 
sayı 9, Konya 2000, s.402.
 
5
  M.Zeki  Duman.  Kuran-i  Kerimde  Ehl-i  beyt,  Erciyes  Üniversitesi  İlahiyat 
fak.dergisi, sayı 11, Kayseri 2001, s.37-58.
 


Məqalələr toplusu 
 
 
45 
Təsəvvüfdə Əhli-beyt anlayışı 
“Əhli-beyt”  qavramının  təməl  islami  elmlərdə  hansı 
əsaslarla qəbul edildiyinə giriş bölümündə qısaca toxunduqdan 
sonra təsəvvüfdə qazandığı mənaya və münasibətə nəzər salaq. 
Təsəvvüfi təriqətlərin əksəriyyətində  silsilə  başında  Həzrət 
Əlinin  (ə)  qeyd  edilməsi  və  silsilənin  onun  vasitəsilə  Həzrət 
Peyğəmbərə çatdırılması sufilərin bu məsələdə ikinci görüşü qəbul 
edən  tərəf  olduqlarını  söyləməyə  əsas  verir.  Həzrət  Əlinin  (ə) 
təsəvvüfdəki yeri Həzrət Peyğəmbərin (s.a) “Mən elmin şəhəriyəm, 
Əli  isə  onun  qapısıdır”
6
  hədisi-şərifi  ilə  müəyyən  edilmiş,  sufilər 
Həzrət Əli (ə) vasitəsilə batini elmlərin Peyğəmbərdən (s.a) onlara 
ötürüldüyünə inanmışlar. Çünki bu hədisdə zikr edilən elm sözü ilə 
fərqli  bir  elm  qaynağına  sahib  olan  batini  elmlərin  nəzərdə  tutul-
duğunu iddia etməkdədirlər. Təsəvvüfdə bu tip vasitəsiz bilgi kəşf, 
ilham, mərifət kimi adlarla adlandırılmışdır.
 
Əlavə olaraq “Əli kimi 
fəta-gənc  yoxdur”,  “Mənim  dostum  Əlinin  də  dostudur,  mənim 
düşmənim Əlinin də düşməni” kimi hədisi-şəriflər Həzrət Əlinin (ə) 
bəzi  müsəlmanlar  tərəfindən  siyasi  rəhbər  mənasında  başa  düşü-
lərkən,  bəzi  müsəlmanların  onun  mənəvi  rəhbər  kimi  qəbul  edil-
məsinə səbəb olmuşdur.
7
 Bektaşilik kimi bəzi təriqətlərdə Əhli-beyt 
motivi  xüsusilə  güclüdür.  Eyni  zamanda,  fütüvvət  anlayışının  da 
əsasında şahi-mərdan, miri-miran, şahı-övliya kimi vəsflərlə mədh 
edilən  Həzrət  Əlinin  (ə)  durması  sufilərin  onun  fəzilətindən  hər-
tərəfli  feyzlənərək,  özlərinə  mənəvi  rəhbər  seçdiklərinin  göstə-
ricisidir.  
 
                                                 
6
 Bax: Seyid Yəhya əş-Şirvani əl-Bakuvi. Şəfa əl-Əsrar, haz: Mehmet Rıhtım, Elm, 
Bakı, 2010, s. 23-24
 
7
 Mustafa Kara, s. 384
 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə