Qafqaz müSƏlmanlari idarəSİ


Azərbaycan və Əhli-beyt irsi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə45/344
tarix17.05.2022
ölçüsü2,33 Mb.
#87132
1   ...   41   42   43   44   45   46   47   48   ...   344
Azerbaycanda-Ehlibeyt-irsi

Azərbaycan və Əhli-beyt irsi 
 
 
44 
Həzrət  Ümmü  Sələmə:  “Ya  Rəsulullah,  bəs  mənim  möv-
qeyim  nədir?”-  deyə  soruşdu.  Peyğəmbər  (s.a):  “Sən  sahib 
olduğun yerdəsən”, – deyə cavab verdi”
4

Bu  iki  dəlil  İslam  alimləri  tərəfindən  müxtəlif  əsas-
larla  şərh  edilərək  Əhli-beytin  kimlərdən  ibarət  olması  haq-
qında üç görüş ətrafında qruplaşmışdır:  
1.
 
Birinci  qrup  alimlər  bu  ifadənin  sadəcə  Həzrət 
Peyğəmbərin (s.a) xanımlarına aid olduğunu iddia edir. 
2.
 
İkinci qrup Əhli-beytə  sadəcə Həzrət Əli,  Fatimə və 
Həsənlə Hüseyni (ə) daxil edir. 
3.
 
Üçüncü  qrup  isə  orta  yol  tutmağa  çalışaraq  ayədəki 
Əhli-beyt
  ifadəsindən  məqsəd  Peyğəmbərin  (s.a)    xa-
nımları,  uşaqları  və  Həzrət  Əlidir  (ə),  -  deyə  iddia  et-
məkdədir.
5
  
Bu üç qrupda toplanan İslam alimlərinin hər biri yuxarıda 
qeyd  etdiyimiz  iki  dəlili  və  Əhli-beyt  haqqında  rəvayət  olunmuş 
onlarla hədisi müxtəlif yönlərdən izah edərək öz iddialarını əsas-
landırmağa  çalışmışlar.  Belə  ki,  Həzrət  Peyğəmbərin  (s.a)  Əhli-
beytə sevgini təşviq edən hədisləri də məsələnin izahında önəmli 
amil  olmuşdur.  Məsələnin  bu  qismi  məqaləmizin  mövzusundan 
uzaqlaşmağa  gətirib  çıxaracağı  üçün  ümumi  məlumatlarla  kifa-
yətlənir və əsl mövzumuza giriş edirik.  

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   344




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə