Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

IV Fəsil. Koqnitiv inkişaf dövrləri 
 
 
67 
Bu  xüsusiyyətlər  yeniyetmələrin  təfəkküründə  yeni  bir  keyfiyyəti,  zi‐
rəklik  və  uyğunlaşma  qabiliyyətini  üzə  çıxarır.  Yeniyetmə  düşünməyi, 
problemləri hərtərəfli həll etməyi və müşahidə etdikləri nəticələri müxtəlif 
şərhlərlə  əsaslandırmağı  bacarır.  Yeniyetmələrdə  hələ  real  hadisələr  baş 
verməmiş,  onların  mümkün  variantlarını  öncədən  görmək  qabiliyyəti  ol‐
duğundan,  qeyri‐adi  nəticələr  onları  təəcübləndirmir.  Yeniyetməlik  döv‐
ründə  heç bir qız və oğlan öz ilkin konsepsiyasında kor‐koranə qərar tut‐
murlar.  Bununla  onların  təfəkkürü  gözlənilməz  nəticələr  əldə  etdikdə 
özlərini itirən uşaqların təfəkküründən kəskin surətdə fərqlənir.  
Biz qeyd etdik ki, əməliyyatdan əvvəlki dövrdə uşaq simvollardan isti‐
fadə  etməyə  başlayır.  Ancaq  formal  əməliyyat  təfəkkürlü  yeniyetmə  sim‐
volların  ikinci  sistemindən  istifadə  edir:  simvollar  üçün  simvol  yığımı. 
Məsələn: metaforik nitqdə anlayışlar başqa sözlərlə verilir, amma cəbri sim‐
volları  rəqəmlərlə  əvəzləyir.  Simvolları  simvollarla  əvəz  etmək  bacarığı 
yeniyetmə  təfəkkürünü  uşaq  təfəkküründən  daha  çevik  edir.  Sözlər  indi 
ikimənalı  və  ya  üçmənalı  ola  bilər.  Yeniyetmə  bütöv  bir  hadisəni  uzun‐
uzadı  sözlərlə  izah  etmək  imkanı  olduğu  halda,  karikaturanın  köməyi  ilə 
də təsvir edə bilir. Təsadüfi deyil ki, ibtidai sinifdə uşaqlara cəbr dərsi ke‐
çirilmir. Onlar siyasi karikaturaları, dini simvolları yalnız yuxarı siniflərdə 
yaxşı anlamağa başlayırlar (Elkind, 1970).  
Uşaqların  konkret‐əməliyyat  təfəkkürü  ilə  yeniyetmələrin  formal‐
əməliyyat təfəkkürü arasında olan əsas fərq ondadır ki, sonuncular birbaşa 
təəssüratlara  deyil,  abstraksiyaya  istiqamətlənirlər.  Onlar  konkret  reallıq‐
dan  imtina  edib,  abstrakt  və  mümkün  olan  barədə  düşünürlər.  Bu  isə  on‐
lara özlərini gələcəyə hazırlamaq, mövcud olanı mümkün olandan ayırmaq 
və  nə  ola  biləcək  barədə  düşünmək  imkanını  verir.  (Bart,  1983).  Yeniyet‐
mələr  olanları  nəinki  qəbul  edir  və  anlayır,  həmçinin  də  ola  biləcəkləri 
təsəvvür edə bilərlər. Onlar ideya yarada bildikləri üçün mənimsənilənləri 
inkişaf  etdirməyi  bacarırlar.  Onların  təfəkkürü  daha  da  orijinal,  obrazlı, 
ixtiraçı qabiliyyətli olur və “mümkün olanın real olanı üstələməsi” faktı tə‐
fəkkürün yeni keyfiyyəti kimi aşkara çıxır.  
“Yeniyetməlik  dövrü  elə  bir  mərhələdir  ki,  bu  mərhələdə  yeniyetmə 
özünü bütövlüklə imkanlara (alternativlərin axtarılmasına) həsr edir Sözün 
əsl mənasında “sistemlər” və “nəzəriyyələr” qurur” (Baker, 1982) Bu, özü‐
nü  gələcəyə  hazırlaya  bilmək  bacarığı  yeniyetmənin  həyatında  mühüm 
nəticələrə gətirib çıxarır.  
Piajenin formal təfəkkür konsepsiyasının nəticəsi olaraq onun 4 mühüm 
aspektini  göstərək:  introspektiv  təfəkkür  (fikirlər  haqqında  fikirlər);  abs‐


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
68 
trakt  təfəkkür  (real  olanlardan  mümkün  olana  doğru  sərhədləri  aşmaq); 
məntiqi təfəkkür (bütün əhəmiyyətli faktların və fikirlərin nəzərə alınması, 
onlardan  düzgün  nəticələrin  çıxarılması,  məs:  səbəb‐məqsəd  nəticələrinin 
tərtib  edilməsi);  və  qipotetik  təfəkkür  (müxtəlif  dəyişənləri  nəzərə  alaraq 
onların sübut və fərziyyələrinin formalaşması). 
 
 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Jean J. Piaje kimdir və psixologiyada hansı nəzəriyyəsi ilə tanınır? 
2.
 
Dərketmə prosesinin hansı mərhələləri vardır? 
3.
 
Piajenin koqnitiv inkişaf mərhələləri nələrdir? 
4.
 
Uşaq hansı yaş mərhələsində danışmağa başlayır? Yaxın qohumları‐
nızın uşaqları üzərində belə bir araşdırma apararaq biliyinizi möh‐
kəmləndirin.  
5.
 
Piajeyə görə, uşaq tərəfindən görülən əməliyyatları neçə qrupa bölmək 
olar? 
6.
 
Mücərrəd analizlər dövrünün səciyyəvi xüsusiyyətləri nələrdir? 
7.
 
Əşyalara aid etdikləri şüurluluq hissinə görə uşaqları neçə qrupa 
bölmək olar? Sayın.  
8.
 
Hansı kateqoriyada olan uşaqlar daha sərbəst mühakimə yürüdə 
bilirlər? 
 
édŠbiyyat 
1.
 
(http://www. donusumkonagi. net/) 
2.
 
Jean Piaje “The child`s conception of the world”, London ‐ 1929 
3.
 
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. ‐ 1969 
4.
 
Филип Райс, “Психология подросткового и юношеского возраста”, 
Санкт‐Петербург – 2000 
5.
 
David Wood, “How Children Think and Learn”, Blackwell – 1998 
6.
 
Marian Diamond, “Magic Trees of the Mind”, Adutton ‐ 1998 


 
69 
 
 
 
V FéSİL     Uşaq tŠlimi  
 
 
5.1. Uşaq tŠlimi 
Uşaq  şəxsiyyətinin  inkişafında  təlim‐tərbiyə  həlledici  rola  malikdir. 
Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq 
olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun 
sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix 
boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə in‐
sani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda 
inkişafı  kor‐təbii,  pərakəndə  halda  gedir  ki,  bu  da  bəşər  cəmiyyətinin  tə‐
ləblərini təmin etmir.  
Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə in‐
kişafı  təlimdən  kənarda  mümkün  deyildir.  Ona  görə  də  şəxsiyyətin  inki‐
şafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.  
Hazırda  təlim  və  inkişaf  problemi  ətrafında  dünya  psixoloqlarının 
fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə 
psixoloqu  J.  Piajenin  fikrincə  inkişaf  özünün  daxili  qanunlarına  malikdir. 
O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın 
sədd  çəkir.  J.  Piajeyə  görə,  təlimin  tənzim  edilməsi  üçün  məhz  inkişafın 
səviyyəsi  əsas  götürülməlidir.  Beləliklə,  o,  təlimin  inkişafetdirici  təsirini 
kölgədə buraxır. Amerikan psixoloqu C. Brunerin fikrincə isə hər cür əqli 
inkişafın əsasında yalnız təlim olur. C. Brunerə görə, əqli inkişaf dərin bili‐
yə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir.  
L. S. Vıqotskinin “təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz 
arxasınca  aparır”  müddəasına  əsaslanan  sovet  psixoloqları  inkişafetdirici 
təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə im‐
kanlarının aşkara çıxarılması mühüm yer tutur. 
49 
Sağlam  uşaq  böyütmək  üçün  beş  əsas  ehtiyac  qarşılanmalıdır:  Uşağı 
sevmək  onu  nə  qədər  sevdiyini  təkrarlamaq  demək  deyil.  Sağlam  uşaq  böyütmək 
üçün  beş  əsas  ehtiyac  var:  1.  Sən  varsan,  2.  Sən  önəmlisən,  3.  Sənə  inanırıq,  4. 
                                                 
49
  Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” səh. 18‐19 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə