Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
70 
Səni sevirik, 5. Səni bəsləyir və qoruyuruq. Ata‐ananın ilk vəzifəsi bu ehtiyacları 
vaxtında,  sözləri,  davranışları  ilə  və  yerli‐yerində  yerinə  yetirməkdir.  Əks  təq‐
dirdə, uşaq normal olmayan bir şəxs kimi böyüyər
50
 
5.1.1. Uşaq tŠrbiyŠsindŠ tŠlim nümunŠlŠri 
İki yaşlı uşaq öz gözünü, qulağını, burnunu, dişlərini, dilini bilməli, ailə 
üzvlərini:  ata,  ana,  baba,  nənə,  qardaş,  bacını  tanımalı,  suyun  isti  və  ya 
soyuq olmasını ayırmalıdır.  
Üç  yaşlı  uşaq  əşyaları  rənglərinə  görə  bir‐birindən  fərqləndirməli,  gün 
ərzində  “niyə?”,  “nə  üçün?”,  “hara?”  sualları  ilə  valideynlərinə  müraciət 
etməlidir.  İntellekti  inkişaf  etdirən  oyunlara  həvəs  və  maraq  göstərməli, 
müxtəlif  şəkillər  göstərdikdə  onları  ayırmalıdır.  Məsələn,  “bu  topdur,  bu 
dovşandır”  deməyi  bacarmalı,  sadə  cümlələri  asanlıqla  söyləməlidir.  Bu 
yaş  dövründə  uşaqların  nitq  inkişafında  pəltəklik,  disloliya,  şirindillilik 
halları olur.  
Dörd  yaşlı  uşaqlar  özünün  oğlan  və  qız  olduğunu  bilməli,  rəqəmlər 
haqqında  təsəvvürə  malik  olmalıdırlar:  İki  xəttin  hansının  uzun,  hansının 
qısa  olduğunu  ayırd  etməyi  bacarmalı,  dördbucaq,  dairə  şəkillərini  tanı‐
malıdır.  Ona  iki  cisim  verdikdə  onların  hansının  ağır  və  hansının  yüngül 
olduğunu müəyyən etməlidir.  
“Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yellən‐
cəkdə yelləndim” kimi böyük cümlələrlə fikrini çatdırmağa çalışmalıdır.  
Süfrə arxasında sərbəst oturmalı, gün ərzində onu maraqlandıran və ya 
düşündürən 100‐150‐yə yaxın suallarla ata‐anasına müraciət etməli, sərbəst 
halda öz yatağında yatmalıdır.  
Əqli  imkanlarını  artıran  dama,  şahmat,  konstruktor‐quraşdırma  oyun‐
larına maraq göstərməlidir. Əqli bacarıqlarını şeirmahnı, rəqs yaradıcılığı 
baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlik‐
də) arasında olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır.  
Beş yaşlı uşaqlar: səhər və günortanı təyin etməli, iki şəkildən hansının 
gözəl  olduğunu  ayırd  edə  bilməlidir.  Uşaq  sol  əli  ilə  sağ  qulağını  göstərə 
bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun fiqur‐
larının düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və Ayın hansı 
istiqamətdən  çıxdığını  və  batdığını,  tərəvəz,  yeyinti  və  şirniyyat  məhsul‐
larının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə 
maraq  göstərməli,  ildə  neçə  ay  və  neçə  fəsil  olduğunu  deməlidir.  4  rəngi 
                                                 
50
  Muhammed Bozdağ “Sevgi Zekası” Yakamoz yayınları, səh 100. 


V Fəsil. Uşaq təlimi 
 
 
71 
bir‐birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımalıdır: 
baba, nənə, bibi, xala, əmi, dayı və s.  
Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs 
göstərməlidir.  Hər  səhər  yataqdan  qalxıb,  bəzi  idman  hərəkətlərini  yerinə 
yetirməlidir.  
Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz ehtiyatlarını artır‐
malıdırlar. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf 
etdirən  plastilin,  rəsm  şəkilləri  çəkməyi  bacarmalı  və  yaşına  uyğun  olan 
maraqlı  işlər  görməlidir.  Eyni  zamanda,  yazı  stolunun  arxasında  düzgün 
əyləşməyə vərdiş etməlidir.  
Uşaq  kollektivdə  olarkən  onun  kollektivə  tez  və  yaxud  gec  uyğunlaş‐
ması  (ünsiyyət  yaratması)  müəyyən  olunmalıdır.  O,  kollektiv  haqqında 
olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollek‐
tiv arasında uşaqlara əks təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez 
bir  zamanda  müəllim,  tərbiyəçi,  valideyn  və  yaxud  psixoloq  vasitəsilə 
aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, 
fəallığı  görünməklə  yanaşı,  introverd  qrupa  şamil  olunması  müəyyən 
edilməlidir.  
Uşaqların  əşyalara  və  hadisələrə  qarşı  olan  psixoloji  emosionallıqları 
üzə  çıxmalı,  uşaqlarda  intellektin  inkişafı  ilə  əlaqədar  hesablama  qabiliy‐
yətləri öyrənilməli, onların incəsənətə olan marağı artmalıdır.
51
 
5.2. Uşaq şŠxsiyyŠtinŠ hörmŠt 
Uşaq dünyabaxışının zəifliyi onun güclü şəkil‐
də  təqlidə  meyil  etməsinə  səbəb  olur.  Buna  görə, 
valideyn və tərbiyəçilər həmişə bu xüsusiyyəti nə‐
zərə almalı, hərəkət və davranışlarında, adamlara 
münasibətlərində, danışıq zamanı uşaqlara nümu‐
nə olmağa çalışmalı, uşağın yaradıcılığının inkişaf 
etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis 
sözü də çox tez təkrar edir. Valideynlər uşağı yal‐
nız  onunla  məşğul  olanda  və  ya  onu  öyrədəndə 
deyil, həm də ona göstərişlər verəndə, iş buyuran‐
da da tərbiyələndirməlidirlər.  
Tərbiyə  işində  uşaqların  qayğıkeşliyinə  və 
adamlara həssas yanaşmalarına bəzən bir o qədər 
                                                 
51
  A. İbrahimov, H. Xəlilov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 44‐45) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
72 
də  əhəmiyyət  vermirlər.  Halbuki,  qayğıkeşlik  və  həssaslıq  insanın  mədə‐
niyyətini, sadə və təvazökar olmasını, təlimdə, işdə münasibətlərdə normal 
şərait,  əsəb  sakitliyi  yaratmasını  nümayiş  etdirən  çox  mühüm  əxlaqi  gös‐
təricidir.  Bunu  uşaqlarda  kiçik  yaşdan  tərbiyə  edib  adət  və  vərdiş  halına 
salmaq  hər  birimizin  borcudur.  Odur  ki,  kiçik  yaşlı  uşaqlar  öz  oyuncaq‐
larını səliqəli saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində 
valideynlərinə kömək etməli, baba və nənələrinə xüsusi qayğı ilə yanaşma‐
lıdırlar.  
Bəzi ailələrdə isə “Körpədirlər, qoy hələ oynasınlar” deyə uşaqları güc‐
ləri çatan məişət əməyindən təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaq‐
ların qarşısına tökülür ki, təki oynasınlar, ağlamasın və nadinclik etməsin‐
lər. Söz yox ki, belə ata‐analar tərbiyədə səhvə yol verirlər və nəticədə uşaq 
yaradıcı  əməyə  cəlb  olunmur.  Məsələn,  yaxşı  olar  ki,  yerdəki  oyuncaqları 
sonradan  uşağın  özünə  yığdırsınlar.  Yaxud  ana  döşəməni  siləndə  5  yaşlı 
qızı  əl  çəkmir:  “Mən  də  silmək  istəyirəm”,  –  Ana:  “Sən  hələ  balacasan, 
böyüyəndə  silərsən,  get  oyuncaqlarınla  oyna”,  –  deyə  istəyinin  qarşısını 
alır. Halbuki, kiçik bir əski parçasını qızına verib onu işə cəlb etsə idi, daha 
yaxşı olardı.  
Elə  buna  görə  də  bəzən  valideynlərdən  giley‐güzarlar  eşidirik: 
“Heç bilmirəm kimə oxşayıb, çox səliqəsizdir. Onu hətta öz pal‐
tarlarını  belə,  yığışdırmağa  alışdıra  bilmirəm”.  Digər  qrup 
uşaq‐lar  tapşırılan  işi  ləng,  səliqəsiz  yerinə  yetirirlər.  Bəziləri 
hətta tapşırığı yerinə yetirmək istəmirlər.
52
 
Uşağı tanımadan onu tərbiyə etmək olmaz! 
Göydən yağan qar dənələri fərqlidir, eləcə də uşaqlar və onların xarak‐
terləri fərqlidir. Qardaş və ya bacı olsa belə.  
Əgər bu müxtəlifliyi nəzərə almadan uşaqlarımızı tərbiyə etməyə çalış‐
saq, şahin xarakterli bir uşağı qorxaq qarğaya çevirə bilərik. Necə!? 
Nağıl 
Günlərin  bir  günü  yaralı  şahin  quşu  yaşlı  bir  qadının  həyətinə  düşür. 
Qadının şahinə yazığı gəlir və onu evinə aparır.  
Uşaqları üçün hazırladığı bulamaclı xəmirdən onun da qabağına qoyur. 
Şahinin qabağındakı bulamaca dimdiyini vurması ilə çəkməsi bir olur. Axı 
şahinlər sadəcə ət yeyir.  
                                                 
52
  A. İbrahimov, H. Xəlilov “Sağlam Övlad Düzgün Tərbiyə Təmiz Nitq” (səh. 40‐41) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə