Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə35/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   31   32   33   34   35   36   37   38   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
92 
şeyə maraq göstərən, həyatı öyrənməyə başlayan azyaşlı uşaqların düşün‐
cələrinin yaranması və formalaşmasında böyük rola malikdir. Odur ki, uşa‐
ğının qayğısına qalan, onun düzgün şəkildə tərbiyə almasını və yaxşı xüsu‐
siyyətlərə malik olan şəxsiyyət kimi formalaşmasını istəyən hər bir valideyn 
uşağının  izləyəcəyi  proqramları  diqqətlə  seçməli,  zərərli  hesab  olunan, 
mənfi təsir göstərə biləcək veriliş və filmlərə baxmasına mane olmalıdır.  
Valideynlər uşaqlarını stresdən necə qoruya bilərlər? 
Bunun bir neçə yolu var: 
Stresi aradan qaldırmaq üçün uşağınıza kömək edin, bunun adi bir şey 
olduğunu, öz‐özündən keçib gedəcəyini düşünməyin, sonralar bunun ağır 
nəticələrinin ortaya çıxa biləcəyini unutmayın. Uşağınız stres keçirirsə, de‐
məli, ortada problem var, buna ciddi yanaşın, stresin uşağınızın üzərindəki 
mənfi təsirini azaltmaq üçün gözlənənlərə qarşı onu əvvəlcədən hazırlayın. 
Uşağınızla  söhbət  edərək  onu  sakitləşdirə,  özünü  necə  hiss  etdiyini  daha 
yaxşı başa düşə bilərsiniz. Məsələn, ailədə yeni uşağın dünyaya gəlməsi və 
ya yeni saç düzümü stres yarada bilər. Ancaq bu cür məsələləri həddindən 
artıq şişirtmək, daima stres yaradan həmin mövzu haqda danışmaq uşağın 
həddindən artıq stresə düşməsinə səbəb ola bilər. Bu səbəbdən də diqqətli 
olmalı,  vəziyyəti  tarazlaşdırmağa,  məsələni  böyütməməyə  çalışmalısınız. 
Bəzən  özünüz  də  stresli  olduğunuzdan,  övladınızla  lazımi  qədər  maraq‐
lanmaya  bilərsiniz.  Belə  hallarda  uşağınızı  əmanət  edə  biləcəyiniz  və  ya 
stresinizi  azalda  biləcək  yaxınlarınızın  yanınızda  olması  lazımdır.  Ancaq 
uşağınıza  qayğı  göstərmək  kifayət  deyil,  siz  onun  yanında  olmadığınız 
hallarda depressiyadan çıxa bilməsi üçün streslə mübarizə və problem həll 
edə  bilmə  qabiliyyətlərini  aşılayın.  Bu  ona  ömür  boyu  kömək  edəcək, 
sərbəst  şəkildə  öz  həyatını  qurmasını  təmin  edəcəkdir.  Buna  görə  də  bu 
məsələlərdə diqqətli olun. Uşağınıza dəstək olun və ona duyğularını yaşa‐
mağa imkan verin. Stresli bir anında uşağın oyun oynaması və ya şəkil çək‐
məsinə şərait yaradın. Unutmayın ki, hər uşaq həyat bağçamızda açılmış ən 
gözəl gül, Allahın bizlərə verdiyi ən böyük hədiyyədir. 
60
 
                                                 
60
  29 Dekabr 2008  http://www.mcaturk.com/COCUKLAR‐DA‐STRESE‐GIRER_1691.html 


V Fəsil. Uşaq təlimi 
 
 
93 
5.5. AilŠdaxili davranışlar 
5.5.1. İfrat dŠrŠcŠdŠ qoruyucu vŠ müdaxilŠ edŠn ata-ana davranışları 
Belə  bir  davranışı  mənimsəyən  ana‐
atalar, adətən uşaqları üçün xəyali bir dün‐
ya quraraq, onu dünyadakı bütün zərər və 
pisliklərdən  qorumağa  çalışırlar.  Demok‐
ratik  davranışın  əksinə  olaraq,  onlar  uşaq‐
larına  hər  zaman  səlahiyyət  vermirlər, 
çünki  uşaqları  bacarmaz,  səhv  edər,  bila‐
vasitə zərər görər deyə fikirləşirlər. Uşağın 
edə  biləcəyi  bir  çox  şey  böyüklər  tərəfin‐
dən  edilir.  Uşaqlarının  yaxşı  qidalanması 
üçün  əl  ilə  bəsləməkdən  başlayaraq  (özba‐
şına  qidalana  biləcək  yaşda  olmalarına 
baxmayaraq),  çatdıra  bilmir,  ya  da  yorul‐
masın  deyə,  ev  tapşırığını  etməyə,  hətta 
ailə  qurmuş  övladının  ailə  həyatını  idarə 
etməyə  qədər  münasib  olmayan  müdaxilə‐
lər  belə  edirlər.  Və  çox  zaman  bu  uşaqlar 
valideyn tərəfindən dəstək olmazsa, bir çox 
işləri edə bilmirlər.  
Əksər  hallarda  bu  cür  ana‐ataların  uşaqları  qorxaq,  utanan,  özlərinə 
güvənməyən,  daim  bir  başqasının  dəstəyini  axtaran  və  müəyyən  bacarıq‐
lar  baxımından  həmyaşıdlarından  daha  az  inkişaf  etmiş  uşaqlardır.  Bu  da 
uşağın, xüsusilə sosial münasibətlərdə passiv olmasına səbəb olur. Ev xari‐
cindəki dünya onlar üçün həqiqətən adaptasiyası çətin və hətta təhlükələrlə 
doludur. Xüsusilə də özlərini müdafiə edə‐
cək yetkinlərin olmadığı həmyaşıd qrupları 
içində,  oyun  mühitində  belə  özlərini  hiss 
etdirə  bilməz,  digər  uşaqlar  tərəfindən  təc‐
rid  olunar  və  ələ  salına,  hətta  müqavimətə 
belə məruz qala bilərlər.  
Həddindən  çox  mühafizəçi  ana‐atalar 
uşaqlarını,  adətən  özlərinin  bir  davamı  ki‐
mi  görürlər  və  çox  zaman  da  onlarla  hissi 
çatışmazlıqlarını  təmin  etmək  istəyirlər; 
uşağın  ana‐ataya  olan  asılılığını  bir  vəzifə 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
94 
olaraq  mənimsəmiş  olurlar.  Cinslər  arasında  fərq  göstərirlər,  xüsusən  qız 
uşaqlarının  müstəqil  bir  fərd  olması  təhlükəli  olduğu  üçün  qız  üzərində 
daha çox nəzarət etmək istəyirlər.  
Bu cür tərbiyə üsullarının əsasında yatan səbəblər uşağın ölən bir kör‐
pənin  ardından  doğulması;  təhlükəli  bir  xəstəliyə  tutulması;  ər‐arvad  ara‐
sındakı  konfliktlər;  ana‐atanın  öz  uşaqlıq  çağlarında  kifayət  qədər  sevgi 
mühitində böyüməmiş olması ola bilər.  
5.5.2. İfrat dŠrŠcŠdŠ avtoritet vŠ müdaxilŠçi ana-ata davranışları 
Bu davranışı mənimsəyən ana‐atalar demokratik davranışın tam əksinə 
olaraq övladlarının özlərindən fərqli bir fərd olduğu düşüncəsinə sahib de‐
yillər.  Bu  davranışın  əsas  xüsusiyyəti  uşağa  qarşı  edilən  təsirdir.  Ana‐ata 
uşaqlarına  qəti  olaraq  hakim  olduqlarına  inanırlar.  Heç  bir  aydınlıq  gətir‐
mədən qoyulan qayda və qanunlar vardır. Uşaqlar ana‐atanın qoyduğu bu 
qayda‐qanunlara qeyd‐şərtsiz əməl və itaət etməlidir. Burada davamlı qiy‐
mətləndirmə, nəzarət etmə və istiqamət verməyə cəhd vardır. Elə edilməz... 
belə  edirlər...  necə  oturursan...  kimi.  İstənilməyən  davranışlar  cəzalandırı‐
lır.  Bu  cəza  çox  zaman  sözlə  tənqiddən,  təhqirdən  alçaldılmağa,  hətta  dö‐
yülməyə qədər gedib çıxa bilər. Münasibətin birtərəfli olması və müdaxiləçi 
davranış  ana‐ata‐uşaq  əlaqəsində  sevgi  və  nəvazişə  bağlı  olan  əlaqəni  ən‐
gəlləyə bilir. Münasi‐bətlərdə daha çox qorxu və hirs duyğuları hakimdir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə