Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
84 
Hadisə:  6‐7 yaşında  olan Fuad  sirkdə əhliləşdirilmiş  ayıların çıxışına baxar‐
kən, ayının motosikletlə ona tərəf gəldiyini görüb qışqırır. 
Nəticə:   Fuad qorxudan 2 ay danışa bilmir, daha sonra isə kəkələməyə 
başlayır.  
Normal hal.   Eyni  hadisə.  Birinci  cərgədə  əyləşən  qız  uşağı  ayıya  tərəf  can 
atır, sevinir, əl çalır. Çünki evdə ona ayının “ağıllı” heyvan ol‐
ması, uşaqları sevməsi və s. təlqin olunub.  
Hadisə.  
6  yaşlı  Aydan  kəndə  nənəsigilə  qonaq  gedir.  Toyuqlara  dən  verir,  inəyə  ot 
gətirir.  Lakin  qəflətən  siçanı  görəndə  qışqırıb  köməyə  çağırır,  ağlayır.  Onun  uşaq 
psixikasına həkk olunub: “Siçandan qorxulu heyvan yoxdur!” 
Hadisə.  
Rəhimə  hər  axşam  öz  kölgəsini  divarda  görəndə  qorxub  ağlayırdı.  Anası  isə 
onun əlindən tutub divarda və yaxud yerdə ardınca gələnin nə olduğunu ona izah 
edərdi.  
–   Rəhimə, divara düşən sənin kölgəndir.  
–   Kölgədir? 
–   Bəli, kölgədir. Bax, ananın da kölgəsi var, divara bax. Kölgədən qorxma.  
Hər  axşam  ana  görəndə  ki,  uşaq  diqqətlə  divarda  kölgəsinə  baxır,  öz  əlinin, 
başının hərəkətləri ilə müxtəlif kölgələr yaradaraq deyir: “Bax, kölgədən qorxma, o 
bizim dostumuzdur”. 
Hadisə.  
Vüsalə yıxılan kimi anası hay‐küy salır, qaçıb onu qaldırır. Belə hallarda uşağa 
bu  cür  yanaşmaq  doğru  deyil.  Uşaq  yerə  yıxılarkən  anası  və  ya  ətrafındakılar: 
”Vüsalə bir az da böyüdü!”, yaxud da,
7
 ”ay, nə tapdın?” kimi ifadələr işlədib onun 
fikrini yayındırmaqla gülə‐gülə bu vəziyyətdən çıxarmalıdırlar.  
Bir  qrup  ailələrdə  gəlin‐qayınana  münasibətlərinin  kəskin  olması,  ərlə 
arvad arasında xasiyyətlərin uyğun gəlməməsi, sistematik qalmaqalın, hay‐
küyün, dava‐dalaşın olması böyüməkdə olan körpələrin şəxsiyyət kimi for‐
malaşmasına  mənfi  təsir  göstərir,  onlarda  müxtəlif  psixoloji  komplekslər 
yaradır,  uşağı  psixoloji  cəhətdən  zəiflədir.  Onun  özünü  qiymətləndirməsi 
aşağı səviyyədə olur. Ətrafındakı uşaqlarla ünsiyyət yarada bilmir. Yüksək 
tonda danışıq eşidən kimi daxili təlaş keçirir. Uşaqlar şənlənərkən o, sakitcə 
onları  müşahidə  edir.  Onda  özünəqapanma  halları  yaranır.  Özünəinam 
hissi zəifləyir. Uşaqlar ailədəki xoşagəlməz mühitə uyğunlaşır, nəticədə isə 


V Fəsil. Uşaq təlimi 
 
 
85 
yoldaşları  ilə  rəftarını  itirir,  xoşagəlməz  sözlər  danışır,  hərəkətlərində  aq‐
ressivlik  üzə  çıxır,  vurub‐sındırma  hallarına,  dağıdıcılığa  meyilləri  artır. 
Hər bir suala kobud cavab verirlər. Uşaqlarda olan emosionallıq amili get‐
dikcə əsəbə çevrilir. 
Bir qrup uşaq da var ki, onlar heç kimlə ünsiyyətdə olmaq istəmir. On‐
larda  özünüqiymətləndirmə  yüksək  olur.  Eləcə  də,  heç  kimin  onların  işlə‐
rinə  müdaxilə  etməsinə  imkan  vermir,  onlara  nəsə  başa  salmaq  istədikdə 
hay‐küy  salırlar.  Heç  kimi  özlərinə  yaxın  buraxmaq  istəmir,  öz  tərsliklə‐
rindən dönmür, necə düşünürlərsə, eləcə də hərəkət edirlər. Ümumiyyətlə, 
belə  uşaqların  etimadını  qazanıb,  onların  xoşladığı  mövzularda  söhbət 
edib, ”ürəyindəki” fikirləri öyrənmək lazımdır ki, öz istək və arzularını sizə 
aça  bilsin.  Həmçinin  uşağa  sərbəstlik  verilməlidir.  Ancaq  mümkün  olan 
sərbəstliyin  özü  də  nəzarət  altında  olmalıdır.  Uşaqda  özünəinam  hissini 
artırmaq lazımdır.  
5.4. Emosiyalar 
Emosiyalar insanların həyat fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. 
Onlar orqanizmin yaşaması üçün optimal şəraitin yaradılmasına və bütün 
tələbatın  ödənilməsinə  yönəldilmişdir.  Buna  nail  olduqda  orqanizmdə 
müsbət, əks halda isə mənfi emosiyalar yaranır.  
Tədqiqatlar  nəticəsində 
müəyyən edilmişdir ki, baş 
beynin limbik şöbəsi ilə be‐
yin  qabığı  arasında,  eləcə 
də  retikulyar  (retikulyar 
formasiya – baş beynin mər‐
kəzi  şöbələrinin  dərinliyin‐
də yerləşən torabənzər sinir 
strukturlarının  məcmusu. 
Müxtəlif  istiqamətlərə  ge‐
dən külli miqdarda sinir tel‐
ləri  ilə  xarakterizə  olunur. 
Əsas funksiyaları sinir siste‐
minin  ümumi  oyanıqlıq  və‐
ziyyətini  tənzim  etmək  və 
onurğa beyninin reflektor fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Ayıqlıq, 
təşviş və fəal diqqət vəziyyətləri ilə əlaqədardır.) formasiya və hipotalamus 
(hipotalamus  görmə  qabarlarının  aşağı  hissəsində  yerləşir.  Bu  sahə  orqa‐
nizmin  vegetativ  funksiyaları  ilə  sıx  əlaqədardır.  Hipotalamusun  zədələn‐


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
86 
məsi  və  yaxud  güclü  qıcıqlanması  zamanı,  orqanizmdə  bir  sıra  vegetativ 
pozğunluqlar baş verir: yağ, su, duz mübadiləsi pozulur, tər ifrazı meyda‐
na  gəlir,  damarlar  büzülür,  qan  təzyiqi  yüksəlir.  Qanda  adrenalin  və  ko‐
radrekalinin miqdarı artır. Mənfi emosiyalarda, ən çox da  vahimədə yara‐
nır)  arasında  mövcud  olan  qarşılıqlı  əlaqələr  bu  mexanizmlərin  yaranma‐
sında əsas yer tutur. Emosiyaların yaranması mexanizmlərinin öyrənilmə‐
sində  P.K.  Anoxinin,  K.V.  Sudakovun  və  baş‐qalarının  tədqiqatları  böyük 
rol oynamışdır.  
İnsanın  həyat  fəaliyyətində  emosiyaların  yaranması  mövcud  dinamik 
stereotiplərin  pozulması  və  yeni  stereotiplərin  əmələ  gəlməsi  nəticəsində 
qarşıya çıxan çətinliklərdən irəli gəlir.  
Emosiya  hər  hansı  bir  hissin  bilavasitə  keçirilməsinin  cərəyanıdır. 
Bəzən emosiyalar öz təsir qüvvəsinə görə fərqlənir. Belə emosiyalara stenik 
emosiyalar  deyilir.  Onlar  insanı  hərəkətə,  danışığa  təhrik  edir,  ona  qüvvə 
verir. Sevincindən insan “dağı‐dağ üstünə qoymağa” hazır olur.  
Stenik  emosiyalar  orqanizmin  tonusunun  və  qabiliyyətinin  fəallığını 
artırır. Başqa hallarda isə emosiyalar passivliyi və fəaliyyətsizliyi ilə səciy‐
yələnir,  insanı  zəiflədir.  Bəzən  qüvvətli  bir  hissi  keçirən  şəxs  öz  aləminə 
qapılır, cəmiyyətdən uzaqlaşır. Bunlar astenik emosiyalardır.  
İcra  olunan  hərəkətlərin  motivi  kimi  emosiyalar  bəzən  fəaliyyəti  təşkil 
edir,  bəzən  də  onu  pozur.  Emosional  zəiflik  halında  insan  fəaliyyəti  öz 
məqsədyönlülüyünü  itirir,  təfəkkür  və  fantaziya  zəruri  stimulundan  məh‐
rum olur. 
58
 
Lakin  valideynlər  qeyd  etdiyimiz  bu  aləmə  bilib‐bilmədən  müdaxilə 
etdikdə sonu heç də sevindirici olmayan hallar baş verir. Uşaq psixikasında 
olan hər hansı bir cüzi zədə gələcək nəsildə, ya da gələcəkdə qurulacaq ailə 
həyatında  öz  əksini  tapmış  olur.  Mənfi  emosiyalar  ardıcıllıqla  müəyyən 
vaxt ərzində təkrar olunursa, stres reaksiyaları yaranır.  
Stres. Çətin şəraitlərdə müxtəlif ekstremal təsirlərə cavab olaraq yaran‐
mış hər hansı bir fəaliyyətin gərgin psixoloji halı stress
 
adlanır. Stres fizio‐
loji  cəhətdən  orqanizmin  fəaliyyətinin  daxili  şəraitinin  sabitliyinin  pozul‐
masıdır.  
Stresin ilkin mexanizmlərini Kanada fizioloqu Hans Selye öyrənmişdir. 
O  müəyyən  etmişdir  ki,  orqanizmə  mənfi  qıcıq  təsir  etdikdə,  ürək  döyün‐
məsi,  adrenalinin  miqdarının  çoxalması  və  s.  bu  kimi  cavab  reaksiyaları 
müşahidə olunur. Bu reaksiyalar cəmini H. Selye stres adlandırmışdır. Stres
 
ingilis dilində “gərginlik” deməkdir. Beləliklə, stres sinir gərginliyidir.  
                                                 
58
  Ə. S.Bayramov, Ə.Ə. Əlizadə, M.Ə. Həmzəyev “Ümumi Psixologiya” (səh. 392) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə