Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
90 
Dırnaqyemə,  saçlaoynama,  buruneşmə  və  s.  kimi  insanın  əsəblərinə 
toxunan  vərdişlər  uşağın  daxili  narahatlıq  keçirdiyini,  əsəblərinin  gərgin 
olduğunu  göstərir.  Çox  zaman  valideynlər  uşaqlarının  dırnağını  yediyini, 
burnunu eşdiyini və ya paltarının qolunu çeynədiyini, dartdığını görəndə “ 
dırnağını yemə, əllərini pis günə qoyursan”, “ burnunu qurdalama, iyrənc 
işlər görmə, tez ol, get əllərini yu!” və ya “paltarın qolunu gör nə günə qoy‐
dun?”  deməklə  kifayətlənirlər.  Ata‐anaların  belə  hallarda  uşağı  danlamaq 
əvəzinə,  nə  səbəbdən  belə  etdiyini  öyrənmələri,  nəyə  görə  həyəcan  keçir‐
diyi ilə maraqlanmaları daha yaxşı olardı.  
Əgər  uşaqlarda  özünəqapanma,  qaradinməzlik  varsa,  ətrafdan  təcrid 
olmağa çalışırsa, bu, onların stres keçirdiyini göstərir.  
Hər bir insan həyatda müəyyən hallarda qorxur, o cümlədən də azyaşlı 
uşaqların bəzən qorxması normal hal sayılır. Ancaq uşaq, fərqli olaraq, da‐
ha çox qorxursa, bu, onun narahat olduğunu göstərir. Uşağın daxilində olan 
narahatlıq,  həyəcan,  stres  bəzən  özünü  normal  olmayan,  hədsiz  qorxu  ilə 
büruzə verir.  
O  cümlədən  həddindən  artıq  narahatlıq,  hər  şeyə  görə  həyəcanlanma, 
gündəlik həyatımızda baş verən hadisələrə sakit yanaşa bilməməsi uşağın 
depressiyada olmasını, əsəblərinin sakit olmamasını göstərir.  
Bəzən  uşaqların  təcavüzə  meyilli  olması,  ətrafdakılara,  o  cümlədən  də 
valideynlərinə qarşı əsəbi davranmaları, kəskin reaksiyalar verməsi, səbir‐
siz  hərəkətləri  ata‐analarını  hövsələdən  çıxarır.  Belə  hallarla  qarşılaşan 
valideynlər, çox zaman “bəsdir özünü dəliliyə qoydun”, “özünü ağıllı apar” 
deməklə,  uşağı  danlamaqla,  özlərinə  qarşı  etdiyi  hərəkətləri  hörmətsizlik 
hesab edib uşaqları cəzalandıraraq məsələni bitmiş hesab edirlər. Halbuki, 
belə  hallarda  uşaqların  bu  cür  davranışlarının  səbəbi  çox  zaman  keçirdiyi 
stresdir (ərköyün uşaqlar nəzərə alınmır). Məsələnin danlamaq və cəzalan‐
dırmaqdan daha yaxşı həll yolları var ki, bu da uşağı anlamağa çalışmaq və 
qayğı göstərməkdir.  
Uşaqlar hər zaman ana qucağına, valideyn qayğısına ehtiyac duyurlar. 
Ancaq həddindən artıq dərəcədə valideynə sığınma ehtiyacı varsa, bu, stres 
və depressiyadan qaynaqlanır.  
Uşağın  barmaqəmmək,  alt  islatmaq  kimi  körpə  yaşlarındakı  davranış‐
lara qayıtması, onun stresdə olduğunu göstərir.  
Stres və depressiyanın bir əlaməti də həddindən artıq dərəcədə sevdiyi, 
bağlandığı insanlardan ayrı qalmaq qorxusudur. Əgər uşaq  valideynlərin‐
dən  çox  qısa  müddətə  də  olsa,  ayrı  düşdükdə,  ata‐anası  harasa  gedəndə 
həmişə dalınca ağlayırsa, bu onun narahatlıq, əsəb gərginliyi keçirdiyindən 
xəbər verir. 


V Fəsil. Uşaq təlimi 
 
 
91 
Uşağın səbəbsiz, adi şeylərə görə tez‐tez ağlaması onun stres keçirməsi 
ilə əlaqədardır.  
Təbii ki, stres keçirən uşaqların hamısında eyni əlamətlərin və ya bütün 
əlamətlərin hamısının birdən olması vacib deyil. Stresin uşağa təsir etmə və 
uşağın  davranışlarında  özünü  büruzə  vermə  dərəcəsi  eyni  deyildir.  Bu, 
uşağın  yaşına,  inkişaf  dərəcəsinə,  yaşadığı  mühitə,  ailəsindəki  vəziyyətə, 
xasiyyətinə və streslə mübarizə etmə, vəziyyətdən çıxış yolu tapma qabiliy‐
yətinə görə dəyişir. 
Belə bir fikir ortaya çıxa bilər ki, daima valideynləri tərəfindən qorunan 
uşaq heç vaxt stres keçirə bilməz. Ancaq bu fikir bir o qədər də düz deyil. 
Çünki  bəzən  uşağını  həddindən  artıq  qoruyan  valideynlər  uşaqlarının 
stresə düşməsinə səbəb  olur  və yeni stres qaynaqları yaradırlar. Uşaqların 
həddindən  artıq  qorunması,  nəzarət  altında  saxlanılması  onların  sərbəstli‐
yini  azaltdığı  üçün,  stresə  salır  və  əsəb  gərginliyi  keçirməsinə  səbəb  olur. 
Bunun  qarşısını  almaq  üçün  realist  olun,  uşağınızın  hələ  balaca  olduğunu 
unutmayın, onun sərbəst olması, oyun oynaya bilməsi üçün şərait yaradın. 
Çox  valideynlər  uşağın  ağlının  heç  nə  kəsmədiyini  və  heç  bir  qərar  verə 
bilmə qabiliyyətinə malik olmadığını düşünür, daima ona nə etmək lazım 
olduğunu  göstərir,  hər  işdə  əmr  edən  tərəf  olurlar.  Valideynlərin  böyük 
əksəriyyətində  belə  bir  fikir  formalaşıb  ki,  “uşaq  özü  üçün  nəyin  yaxşı, 
nəyin  pis,  nəyin  xeyirli,  nəyin  isə  zərərli  olduğunu  seçmək  iqtidarında 
deyil,  buna  görə  də  hər  şeyi  uşaqların  yerinə  valideyn  seçməlidir,  hər 
halda, ata‐ana yaşca böyükdür, dünya görüb və buna görə də ən yaxşısını 
onlar bilir”, “indi istəməyə bilər, ancaq vaxt gələcək, mənə sağ ol deyəcək”. 
Belə  fikirlər  bir  o  qədər  də  doğru  deyil.  Çünki  hər  şeyi  uşağınızın  yax‐
şılığını düşünüb etsəniz, belə daimi əmrlər vermək və uşağı istəmədiyi bir 
işi  etməyə  məcbur  etmək  onun  gərginlik  yaşamasına  və  stresə  düşməsinə 
səbəb  ola  bilər.  Belə  hallarda  uşaqlar  bəzən  daima  əmrlər  yağdıran  ata‐
analarının onları sevmədiklərini belə düşünə bilirlər. Belə halların baş ver‐
məməsi  üçün  sadəcə  hər  hansı  bir  işi  görməsi  üçün  uşağınıza  əmr  etmək 
əvəzinə,  ona  bir  neçə  variant  təklif  edin  və  özünün  qərar  verə  bilməsinə 
şərait yaradın. Öz iradəsi ilə qərar verməsi valideynlərinin ona hörmət etdi‐
yini,  onu  sevdiyini  düşünməsinə,  özünü  sərbəst  hiss  etməsinə  səbəb  olur, 
ortada olan stresi aradan qaldırır.  
Valideynlərin qarşısında duran digər vəzifə də günümüzdə çox istifadə 
olunan televizoru seyr edərkən uşağınızda gərginlik yaradan proqramların 
izlənilməsinə  mane  olmaqdır.  Televizor  güclü  təsir  qabiliyyətinə  malikdir. 
O,  nəinki  azyaşlı  uşaqların,  hətta  yetkin,  müəyyən  formalaşmış  xarakterə 
sahib insanların psixologiyasına da mənfi təsir edir; televizor hər gördüyü 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə