Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
98 
istəyi  mütləq  yerinə  yetirilən  və  idarə  edilməyən,  istiqamətləndirilməyən 
uşaq  artıq  ana‐atanın  nailiyyət  istəkləri  ilə  qarşı‐qarşıyadır  və  ondan,  istə‐
məsə  də,  bəzi  vəzifələrə  əməl  etməsi  istənilməkdədir.  Ana‐ata  uşağın  bu 
istəklərə əməl etmədiyi hallarda çox zaman onu “biz sənin üçün hər möv‐
zuda fədakarlıq etdik, səndən sadəcə məktəbdə nailiyyət əldə etməni istə‐
yirik” şəklində günahlandırır. Amma bu vəziyyət uşağa köməkçi olmaqdan 
çox, ona maneçilik edir. Çünki uşaq nailiyyət əldə etməsi üçün lazımi səbi‐
rə,  daxili  istiqamətlənməyə  və  intizama  sahib  deyildir.  Elə  bu  nöqtədə  də 
ana‐ata‐uşaq münasibətlərində qarşıdurmalar artmağa başlayır.  
 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Uşaq tərbiyəsində hansı təlim nümunələri var? 
2.
 
Uşağı tanımadan onu tərbiyə etmək olarmı: “hə”, yoxsa “yox”? 
Fikrinizi əsaslandırın. 
3.
 
Uşağın inkişafında psixoloji xüsusiyyətlərin nə kimi rolu var? 
4.
 
Neçə cür ailəiçi davranışlar var? 
5.
 
Sizin ailəniz ailəiçi davranışlardan hansını əks etdirir? 
 
édŠbiyyat 
1.
 
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. ‐ 1969 
2.
 
Muhammed Bozdağ “Sevgi Zekası” YAKAMOZ yayıncılık, 1. BASKI, 
İSTANBUL, 2007 
3.
 
A.İbrahimov, H.Xəlilov, “Sağlam Övlad, Düzgün Tərbiyə ,Təmiz Nitq”, 
Misri, Bakı ‐ 2004 
4.
 
Adem Güneş “Çocuk Terbiyesinde Doğru Bilinen Yanlışlar”, Nesil nəş. 
İstanbul ‐  2008 
5.
 
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003 
6.
 
http://www.mcaturk.com/COCUKLAR‐DA‐STRESE‐GIRER_1691.html 
7.
 
Prof.Dr. İsmet Barutçugil, “Eğiticinin Eğitimi”, Kariyer nəş. İstanbul‐2002 
8.
 
Ə.Ə. Əlizadə, A.N. Abbasov, “Ailə”, Maarif nəş. Bakı – 1989 
9.
 
Ə.S. Bayramov, Ə.Ə Əlizadə, “Sosial Psixologiya”, Qapp‐Poliqraf nəş. 
Bakı – 2003 
10.
 
Ə.S.  Bayramov,  Ə.Ə.  Əlizadə,  M.Ə.  Həmzəyev  “Ümumi  Psixologiya”, 
Maarif nəş. – 1982 


 
99 
 
 
 
VI FéSİL    Uşaqlıq dövrü davranış 
problemlŠri  
 
 
6.1. Hirs 
Həyatın erkən yaşlarında yaşanan hisslərdən biri də hirsdir. Hansı sə‐
bəblərdən  ortaya  çıxdığı  əvvəlcədən  bilinmir.  Bunun  səbəbi  fərdi  fərq‐
liliklər  olduğu  qədər,  uşaqların  qarşılaşdığı  fərqli  hadisələr  də  ola  bilər. 
Ona  görə  də  uşağın  o  andakı  mövqeyi  valideyn  tərəfindən  müəyyənləş‐
dirilməyə  bilər.  Ancaq  qarşımıza  çıxan  hirsli  halların  ortaq  nöqtələri  bizi 
hirsin yaranma səbəbləri barədə xəbərdar edə bilər. Uşaq və yeniyetmələ‐
rin  hirslə  bağlı  psixoloji‐emosional  vəziyyətlərini  nəzərə  alıb,  psixoloqlar 
onu bir neçə mərhələyə bölüblər. 
Birinci  əlamət  uşaqlarda  yaranan  qorxu‐
dur.  İkinci  əlamət  isə  hirsin  yaratdığı  fizioloji 
dəyişikliklərdir:  ürək  döyüntülərinin  və  tə‐
nəffüs sisteminin pozulması, əllərin tərləməsi, 
qan dövranının sürətlənməsi baş verir. Bunlar 
xaricdən  görünmür,  sadəcə  fərdin  özü  hiss 
edir.  Hər  iki  əsas  bütün  insanlarda  eynidir. 
Üçüncü  əlamət  hirs  reaksiyalarıdır  ki,  eyni 
uşaqlarda fərqli zamanlarda və fərqli hallarda 
baş  verə  bilər.  Hirsin  son  əsası  hirsi  meydana 
gətirən  hadisədir.  Hər  uşaq  üçün  fərqli  olan 
bu  əsas,  eyni  uşaq  üçün  içində  olduğu  hal  ilə 
bağlı  fərqlilik  göstərə  bilər.  Hirsə  səbəb  olan 
ən əhəmiyyətli təsir, istənilən hədəfə çatmağın 
qarşısının alınmasıdır. Uşaqların istədiyi oyun‐
caqla oynamasına icazə verilməməsi, anasının 
yanından  uzaqlaşması kimi  bir  çox  səbəb  hirs 
yarada bilər.  
Yaranan  vəziyyətin  hirsə  səbəb  olub‐olmamasını  müəyyənləşdirən  di‐
gər bir əlamət isə yaşdır. Yaşa bağlı olaraq, uşaq öz dünyasında yeni bir şe‐
yi  kəşf  edərkən,  valideynin  onu  qorumaq  məqsədi  ilə  etdiyi  müdaxilə 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
100 
uşaqda  əngəllənmə  hissi  yaradır  və  nəticədə  uğursuzluq  baş  verdikdə 
uşaq əsəbiləşir. Yaş artdıqca hirsin ortaya çıxma tezliyi də azalır.  
Hirsin  göstəricisi  olan  ümumi  ünsürlər  var.  Bunlardan  biri  valideyn‐
lərin uşaq yetişdirmə stimullarıdır. Valideynlərin uşaqlarına verdikləri cə‐
zalar uşaqlardakı hirs və hirsin şiddətini və ya aqressivliyin dərəcəsini də‐
yişdirir. Uşaq işlədiyi günahın arxasınca verilən cəzanın səbəbini anlama‐
lıdır. Əks təqdirdə, haqsızlığa məruz qaldığını zənn edərək hirsin şiddətini 
daha  da  artıracaq  və  kənara  da  əks  etdirəcək.  Belə  hal  da  ruh  düşkünlü‐
yünə səbəb olacaq. Cəzanın haqsız olduğunu düşünən uşaq hirsini ya cəza 
verənin  üstünə,  gücü  çatmadığı  halda  isə  özündən  zəif  insanların  və  ya 
əşyaların üstünə tökəcək. Ayrıca, valideynlərin verdikləri cəzalar uşaqların 
reaksiyalarını  və  şiddətlərini  müəyyənləşdirir.  Uşağın  istəyinə  qarşı  veri‐
lən cəzanın şiddəti cəzanın tipindən daha əhəmiyyətlidir. Qüvvətli bir is‐
tək  qarşısında  yüngül  cəzaya  məruz  qalan  uşaq  oxşar  hallarda  da  cəzaya 
baxmayaraq, eyni halı təkrarlayır. Çünki alacağı cəza istəyinin qarşısını ala 
bilməz. Amma qarşılaşacağı cəzanın şiddəti istəyinin şiddəti ilə eyni olar‐
sa,  bu  hal  təkrarlanmaz.  Valideynlərin  stimullarının  hirsin  ortaya  çıxma‐
sına və şiddətinin dərəcəsinə təsirli olan digər hal isə model seçməkdə qar‐
şımıza çıxır. Uşaqlar ilk olaraq hərəkətlərinə istiqamət vermək üçün model 
olaraq  valideynlərini  seçirlər  və  onları  təqlid  edirlər.  Valideynlərin  hirsli 
vaxtlarında etdikləri hərəkətlər uşaqları üçün bir model təşkil edəcək. Be‐
ləliklə, valideynlər istəmədən də uşaqlarına təcavüzkarlığı öyrədə bilərlər. 
Valideynlər verdikləri cəzada çox sərt hərəkət etdikdə və ya ortadakı halı 
qaldırmaq üçün sərt reaksiyalar verdikdə uşaqdakı təcavüzkarlığın şiddəti 
daha da artar. Bunun üçün də uşaqlara qayğı ilə yanaşmalıyıq.  
Hirs  fərqli  şəkillərdə  ortaya  çıxsa  da,  uşaqlarda  ümumi  görülən  reak‐
siya şəkilləri var. Körpələr hirs reaksiyalarını ibtidai fiziki hərəkətlərlə gös‐
tərir. Dörd yaşından əvvəl hirs məqsədə yönəlmiş olmaqdan daha çox, bir 
“partlama”  xarakterlidir.  Dörd  yaşından  sonra  isə  qazanılan  təcrübələrə 
dayanaraq  hirs  saylarında  azalma  görünür.  Uşaq  göstərdiyi  reaksiyanın 
kənardakılar tərəfindən təsdiqlənmədiyini gördüyü zaman hirsini nəzarət 
altına  alır  və  küsmə,  sifət  göstərmə,  mızıldanma  kimi  reaksiyalar  göstər‐
məyə  başlayır  və  hirsləndiyi  zaman  əşya  ilə  hadisədən  intiqam  almağa 
çalışır. Bunlara dil də əlavə edilir. Dilin inkişafı ilə uşaq, hirsini bildirmək 
üçün  dilini  də  istifadə  etməyə  çalışır.  Məktəb  yaşına  çatan  uşaqlarda  dil 
daha təsirli bir ifadə şəklidir. Əvvəlcə istifadə etdiyi fiziki təcavüzlərin çox 
reaksiyaya  səbəb  olduğunu  və  təsdiqlənmədiyini  görən  uşaq  söyüş  söy‐
mək,  ya  da  lağ  eləmək  kimi  sözlü  təsirlərdən  istifadə  etməyi  seçə  bilir. 
Uşağı  çox  qəzəbləndirdikdə  hirsini  daha  kiçik  uşaqlardan,  heyvanlardan 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə