Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   41   42   43   44   45   46   47   48   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
122 
 
 
Bu zaman uşaq da sizinlə oxumağa çalışacaq və onun yaradıcılıq qabi‐
liyyəti üzə çıxacaq. Bu, həm də onun fantaziyasını genişləndirir. Tədqiqat‐
lar zamanı məlum olmuşdur ki, musiqi tərbiyəsi uşağın fizioloji cəhətdən 
yetkin və sağlam böyüməsi üçün güclü bir vasitədir. Çalışmaq lazımdır ki, 
uşağın ətrafında tez‐tez musiqi fonu olsun.  
Digər oyunlar: 
1.
 
“Gizlənqaç” 
2.
 
“Həkim‐xəstə” 
3.
 
“Müəllim‐şagird”  (adətən  evdə  məktəbli  uşaq  olduqda  o,  kiçik  yaşlı 
bacı‐qardaşı ilə oynayır).  
Bu  oyunları  uşaqlar  özləri  tez‐tez  oynayırlar.  Yaxşı  olar  ki,  valideyn 
özü də hərdən uşaqlara qoşulub oyunu zənginləşdirsin.  
4.
 
2‐4 m uzunluqda ipi və yaxud kəndiri döşəməyə düz istiqamətdə uza‐
dıb,  onun  üstündən  əvvəlcə  gözüaçıq,  sonra  isə  gözü  yumulu  o  tərəf‐ 
bu tərəfə keçmək.
69
 
 
                                                 
69
   A. İbrahimov, H. Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 29‐35) 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
123 
6.8. Kiçik yaşlı uşaqlarda diqqŠt 
Diqqət.  Məktəbə  yeni  gələn  uşaq  bağça  dövründən  fərqli  olaraq  siste‐
matik  təlim  fəaliyyətinə  cəlb  olunur.  Bu  zaman  birinci  gündən  başlayaraq 
şagirddən  uzun  müddət  ayrı‐ayrı  cisim  və  hadisələrə  diqqət  yetirmək,  öz 
diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən baş‐
qa  bir  sahəyə  keçirmək  tələb  olunur.  Bu  keyfiyyətlər  olmadan  təlim  fəaliy‐
yətinin səmərəliliyindən də danışmaq olmaz. Məhz buna görə də bu cür tə‐
ləblər qarşısında qalmalı olur və nəticədə onun diqqəti tədricən inkişaf etmə‐
yə başlayır. Göstərilən bu zəruri keyfiyyətlər uşaqlarda birdən‐birə yaranmır. 
Bu proses təlim‐tərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.  
Məktəb  prosesində  uşaqlarda  əsas  etibarilə  ixtiyari  diqqət  inkişaf  edir. 
İxtiyari diqqət inkişaf etdikcə, diqqətin həcmi genişlənir. Diqqətin həcminin 
genişlənməsi  isə  şagirdin  təlim  fəaliyyətində  müvəffəqiyyət  qazanmasına 
müsbət təsir göstərir.  
Uşaqda diqqətin həcmi yaş artdıqca genişlənir. Belə ki, birinci sinif şa‐
girdi  əlifbanı  oxuyarkən,  əvvəlcə  ayrı‐ayrı  hecaları  qavrayır.  Bu  zaman 
onun diqqəti zəif olur. Lakin oxumağı öyrəndikdə sözləri birdən qavrayır, 
onun sürətli kitaboxuma qiraəti genişlənir. Bu, uşağın diqqət inkişafını nü‐
mayiş etdirir. Məktəblilərdə diqqətin mərkəzləşməsi və davamlılığı getdik‐
cə təkmilləşir. Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər 
yaşlı  uşaqlara  nisbətən  yüksək  olsa  da,  yuxarı  siniflərdə  oxuyan  uşaqlara 
nisbətən azdır. 7‐11 yaşlı uşaqlar, xüsusilə 1‐2‐ci sinif şagirdləri öz diqqət‐
lərini  eyni  obyekt  üzərində  ixtiyarı  olaraq  10‐15  dəqiqədən  artıq  saxlaya 
bilmirlər.  Bu  vaxt  keçdikdən  sonra  onların  diqqətləri  asanlıqla  başqa  ob‐
yektə yönələ bilir.  
Kiçik  məktəb  yaşlı  uşaqlarda  qeyri‐ixtiyari  diqqət  ixtiyari  diqqətə  nis‐
bətən  üstünlük  təşkil  edir.  Qeyri‐ixtiyari  diqqətin  davamlılığı  ixtiyari 
diqqətə nisbətən yüksək olur.  
Məlum olduğu kimi, qeyri‐ixtiyari diqqət ən çox uşağın marağı ilə əla‐
qədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə 
olan  marağı  genişlənir  və  inkişaf  edir.  Lakin  ilk  dövrlər  hələ  azyaşlı  mək‐
təblilərdə  maraq  mərkəzləşməmiş  olur.  İlk  dövrlər  uşağı  təlim  prosesində 
qazanacağı  bilikdən  çox,  onun  üçün  yeni  olan  məşğələlər  cəlb  edir.  Ona 
görə də uşağın diqqəti ilk dövrlər qeyri‐ixtiyari şəkildə həmin sahələrə yö‐
nəlir. Get‐gedə uşağın diqqəti bir sahəyə doğru  davamlı, başqa sahəyə isə 
davamsız  olur.  Bir  sahə  qeyri‐ixtiyari  olaraq  uşağın  diqqətini  özünə  cəlb 
edir, başqa sahə isə cəlb etmir.
70
 
                                                 
70
   Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 45) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
124 
Diqqət  öz‐özlüyündə  müstəqil  proses  olmasa  da,  hər  bir  idrak  pro‐
sesinin mütəşəkkil surətdə cərəyan etməsi üçün ən zəruri amildir. Təsadüfi 
deyildir  ki,  K.  D.  Uşinski  xarici  aləmdən  insanın  şüuruna  daxil  olan  nə 
varsa, onların hamısının diqqətin qapısından keçdiyini qeyd edir.  
Diqqət mövcud anda subyektin fəaliyyətinin hər hansı bir ideal və real 
obyekt,  hadisə,  predmet  üzərində  cəmləşməsidir.  Diqqət  psixi  proseslərin 
(görmə, qavrayış, hafizə, təfəkkür, təxəyyül) cərəyanetmə dinamikasını xa‐
rakterizə  edir.  Uşaq  şəxsiyyətində  qeyri‐ixtiyari  və  ixtiyari  diqqət  funksi‐
yası fəaliyyət göstərir. Kiçik yaş dövrlərində uşaq şəxsiyyətində qeyri‐ixti‐
yari  diqqət  üstünlük  təşkil  edir.  Hər  bir  yeni,  parlaq,  qeyri‐adi  görünən 
əşya uşaqların diqqətini özünə cəlb edir. Cəlbedicilik onların əyani, obrazlı 
təfəkkür xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Əli evdə maşınla oynayar‐
kən,  atası  yaxınlaşıb  təzəcə  aldığı  topu  ona  göstərir.  Əli  topu  görcək  əlin‐
dəki maşını atıb topla oynamağa başlayır.  
Təlim  fəaliyyəti  prosesində  uşaqlar  mühüm  fəaliyyəti  qeyri‐mühüm 
fəaliyyətdən fərqləndirməyə başlamasalar da, əsasən, özlərini maraqlandı‐
ran, ruhlarına, zövqlərinə, tələbatlarına uyğun məsələlərə daha tez və daha 
çox diqqət yetirirlər.  
Yuxarıda qeyd edilənlərlə yanaşı, uşaq şəxsiyyətində uşaqların gələcək 
təlim  fəaliyyəti  dövrünədək  onlarda  ixtiyari  diqqətin  tərbiyə  edilməsinə 
cəhd  göstərilməlidir.  Bunun  üçün  uşaqlara  məqsədəuyğun  işləmə  bacarı‐
ğını  aşılamaq  lazımdır.  Tədqiqatlardan  məlum  olmuşdur  ki,  uşaqlara  nə 
qədər  çox  maraqlı  oyunlar,  eləcə  də  müxtəlif  fiqurlarla  olan  qurmalar  öy‐
rədilərsə,  bu,  onlarda  beynin  diqqət  mərkəzində  olan  retikulyar  formasi‐
yanın  normal  tənzimlənməsinə  müsbət  təsir  göstərəcəkdir.  Yəni  diqqətin 
xassələrindən  olan  keçiriciliyin,  davamlılığın,  paylanmanın,  həcmin,  yay‐
ğınlığın  inkişafına  səbəb  olacaqdır.  Odur  ki,  yönəlişliyin  və  mərkəzləşmə‐
nin xarakterindən asılı olaraq, diqqətin qeyri‐ixtiyari (niyyətsiz) və ixtiyari 
(niyyətli)  növləri  ayırd  edilir.  Məsələn,  valideyn  uşağına  deyir:  “Ülvi,  gəl, 
birlikdə bu fiqurlardan ev quraq. Bunun üçün əvvəlcə fiqurları bir yerə yığ‐
maq,  sonra  isə  onları  bir‐bir  rənglərinə  uyğun  qurmaq  lazımdır.  Bax  belə, 
gördün? İndi isə özün yığmağa başla”. 
71
 
6.9. Kiçik mŠktŠb yaşlı uşaqlarda idrak proseslŠri 
Qavrayış: Qavrayış mürəkkəb idrak prosesi olub bizə xarici aləm haq‐
qında tam və geniş məlumat verir.  
                                                 
71
   A. İbrahimov, H. Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 32‐33) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə