VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
119
– Hə də, saatdır.
– Ver mənə.
– Ana, o nədir?
– Şamdır.
– Şam?
– Bəli, şam!
– Şamdır, şam!
3 yaşda:
– Bu nədir?
– Alma.
– Kim alıb?
– Ata alıb.
– Ata hanı?
– Yatıb.
– Niyə?
– Yorulub.
– Niyə?
– İşdən gəlib.
– Ata, bu kitabdır?
– Bəli, kitabdır.
– Kitabdır?
– Əlbəttə, kitabdır.
– O da kitabdır?
– Kitabdır. O, böyük kitabdır.
– Kitab?
– Bəli, kitab.
Valideyn uşağa verdiyi hər bir izahda diqqətli olmalı, düzgün cavab
verməlidir. Çünki həmin sözlər sanki uşağın yaddaşına həkk olunur. Hətta
bir müddət keçdikdən sonra uşaq həmin izahatı bir qanun kimi valideynin
yadına salır.
Bəzən valideyn uşağın verdiyi sual qarşısında çaş‐baş qalır. Hətta ca‐
vab verməmişdən əvvəl bir qədər dərin fikirləşməli olur. Çox vaxt vali‐
deynlər bu suallardan yaxa qurtarmaq üçün ümumi cavab verirlər. Bəzi
valideynlər isə bu suallara məsuliyyətlə cavab verir, uşaqların dünyagörü‐
şünün zənginləşməsinə kömək edirlər. Belə valideynlər öz uşaqlarının
rəğbət və məhəbbətini qazanmış olurlar. Məsələn, 3 yaşlı Bayram iyul
ayında havanın temperaturu +37° olan gündə atasına yalvarır: “Ata, mən
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
120
qar istəyirəm. Allah babaya de, qar yağdırsın”. Belə vəziyyətdə valideyn
nə etməlidir? Uşağa hirslənmək olmaz, uşağın könlündən qar keçir. Vali‐
deyn ilin fəsilləri haqqında məlumat verir. Eyni zamanda, uşağın nə üçün
qar istəməsi ilə maraqlanır.
Hadisə.
Üç yaşlı Aysu gecə yatmır. Artıq gecə saat 11 tamamdır. Valideynlər isə səhər
tezdən işə getməlidirlər. Nəhayət, atası Aysudan soruşur: “Qızım, nədən na‐
rahatsan, ürəyin nə istəyir, nə verim yatasan? Uşaq sakitcə deyir: “İlik”. Ata
və ana pis vəziyyətdə qalırlar, evdə isə ət xörəyi bişirilməmişdir. Ata düzgün
yol seçir. Böyük təmkinlə uşağı həyətə çıxarır, ona başa salır ki, görürsən, hamı
yatıb. Ətsatan da mağazanı bağlayıb. Sən yat, sabah gedib ət alaram, anan da
sənin üçün bişirər, sən də istədiyin qədər yeyərsən. Uşaq atasının bu izahın‐
dan razı qalır.
Hadisə.
Körpə ikən anasını itirən Nailəni nənəsi və xalası böyüdür. Onlar uşaqdan
həqiqəti gizlədib deyirlər ki, anan Avstraliyaya işləməyə gedib. Uşaq daim
Avstraliya haqqında televiziya
15
verilişlərini izləyir, tez‐tez anası haqda sual‐
lar verir, onun üçün şeirlər öyrənir, şəkillər çəkir. Uşaq böyüyür, nənə və xala
çaşqınlıq içindədirlər: “Uşağa əsl həqiqəti necə bildirməli?” Onlar çox narahat
idilər ki, uşaq dərin psixoloji sarsıntı keçirə bilər.
Əlbəttə, həqiqəti uşağa birdən‐birə demək olmaz. Uşaq tədricən buna
hazırlanmalıdır. Məsələn, uşağa buna oxşar hadisələr danışılmalı, hətta bu
hadisəyə oxşar filmlər göstərildikdə, hadisə uşağa izah edilməlidir ki, onun
şüurunda belə hadisələrə münasibət formalaşsın. Uşaqlarda iradi keyfiy‐
yətlər sürətlə inkişaf etdiyi üçün hər hansı sarsıntını tez bərpa edirlər. Bu‐
nunla belə, hər bir hadisədə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Sərbəstlik – uşaq dünyasında müsbət və zəruri hesab olunan amillər‐
dən biridir. Sərbəstlik uşağın psixologiyasında istedadı və yaradıcılıq qabi‐
liyyətini üzə çıxaran, müsbət təsir qüvvəsinə malik olan faktordur. Ümu‐
miyyətlə, uşaqların ailədə birgə televizora baxması, otaqda tək olaraq top‐
top oynaması, gəlinciyinə layla çalması, həyətdə özü üçün o tərəf‐bu tərəfə
qaçaraq hərəkət etməsi hələ onların tam sərbəst olması deyil. Bir çox vali‐
deynlər sərbəstliyi məhz bu cür başa düşürlər. Bu yalnız sərbəstliyi yara‐
dan amillərdən biridir. Sərbəstliyin bir sıra növləri vardır: fiziki sərbəstlik,
fikir sərbəstliyi, danışıq sərbəstliyi. Fiziki sərbəstlik uşaqlarda hərəkilik qa‐
biliyyətinin, fikir sərbəstliyi intellektinin, danışıq sərbəstlyi isə nitqinin,
hərəkət və davranışının inkişafına, formalaşmasına təsir göstərir.
VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
121
Uşaqlarda sərbəstliyin inkişafı üçün onların oyunlara, musiqiyə, rəqsə,
şəkil çəkməyə olan həvəslərini öyrənib, onları həmin məşğuliyyətlərə cəlb
etmək lazımdır. Həmçinin aşağıdakı oyunları təklif edirik.
Uşaqlar “Top‐top” oyununu çox sevirlər. Bu oyun onların zövqünü
oxşayır, əhval‐ruhiyyəsini dəyişir, enerjilərini artırır. “Top‐top” oyununun
xüsusiyyəti ondan ibarətdir ki, uşağın bədən və əl əzələlərinin inkişafına
müsbət təsir göstərir. Psixoloji nöqteyi‐nəzərdən isə uşaqlarda oyuna qarşı
həvəs və marağın artmasına səbəb olur. Yaxşı olar ki, uşaq top‐top oyna‐
yarkən siz də ona qoşulasınız. Əvvəlcə hər ikiniz yerdə oturub topu bir‐
birinizə diyirlədin. Sonra oyunun ritmini intensivləşdirin. Bir qədər keç‐
dikdən sonra ayağa qalxıb topu ritmik şəkildə yerə vurmaqla saymağa
başlayın. Bu zaman uşaq topu sizdən almaq istəyəcək. Topu ona verib
oyunu davam etdirin. Əlbəttə, uşağın topla sizin kimi oynamasına fiziki
gücü çatmayacaq. Həmin an uşaq əyilərək topla oynayacaq və həm də
sizin kimi saymağa cəhd edəcək. Oyunun harmonik və rəngarəng olması
üçün şeir və mahnı oxuyaraq topla oynasanız və uşağı da oyuna iştirakçı
etsəniz, daha məqsədəuyğun olar.
Oynaq topum, oynaq topum, Atdım göyə, düşdün yerə,
Əlvan rəngli qıvraq topum. Döndün sağa, döndün sola.
Atdım, tutdum düşdün yerə, Uzaqlaşma məndən, topum,
Qaçdın getdin birdən‐birə. Getmə, dayan, səni tutum.
Dostları ilə paylaş: |