Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
142
7.2. DiqqŠt çatışmazlığı vŠ hiperaktivlik
Diqqət çatışmazlığı və hiperaktiv pozulma insanda yaş və inkişafına
uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət
problemlərini özündə göstərən psixoloji gərginlikdir. Belə bir psixoloji gər‐
ginliyə uşaq və yeniyetmələrdə də rast gəlmək olur. Göründüyü kimi, bu
problem ailədə və məktəbdə daha tez özünü büruzə verir. Gəlin, bu prob‐
lemin psixoloji xüsusiyyətləri ilə yaxından tanış olaq.
Müasir dövrdə diqqət çatışmazlığı nəinki uşaqlıq dövründə, həmçinin
insanın sonrakı yaş dövrlərində də müşahidə olunur. Buna müxtəlif cəmiy‐
yətlərdə, insanların aktiv iş fəaliyyətində, insanların bir‐birilə münasibətlə‐
rində rast gəlirik ki, bu məsələyə diqqət verilməsi və bu narahatlığın ara‐
dan qaldırılması vacibdir. Diqqət çatışmazlığını müəyyənləşdirib onun vax‐
tında qarşısını almaq üçün səy göstərilmədikdə bu, həmin insanların qarşı‐
sına təhsil və iş prosesində uyğun problemlərin çıxmasına səbəb ola bilər.
85
7.2.1. XüsusiyyŠtlŠri
DÇHP‐in (diqqət çatışmazlığı və hiperaktiv pozulma) əsas xüsusiyyəti,
sabit və davamlı diqqətsizliyin olması və daimi hərəkətlilikdir. Yeriməyə
təzə başlayan bir və ya ikiyaşlı uşağın çox hərəkətdə olması uşağın inki‐
şafında gözlənilən haldır. Amma on bir yaşında uşağın sinifdə 10‐15 dəqiqə
belə otura bilməməsi onun inkişafında gözlənilməz haldır. Lakin ayrı‐ayrı
hallarda bu kimi hərəkətlər edən uşağa bu problem aid edilə bilməz. Aid
olma mərhələsində deyilənlər daha çox və ya müxtəlif halda ola bilər,
sadəcə, unutqan və ya dostlarına qarşı dürüst olmaq bu çatışmazlığa uyğun
sayıla bilməz.
Problemi daha dərindən araşdırarkən onun nə qədər böyük problem
olduğunu görmüş oluruq. DÇHP problemi üçün uşağın inkişaf müddəti,
tibbi vəziyyəti, DÇHP‐in ailədəki vəziyyəti, elmi məlumatı haqqında, sosial‐
iqtisadi və psixoloji xüsusiyyətlər, uşağın və valideynlərin birlikdə nəzarət
etməsi, test və müayinələrin edilməsi ən başlıca məsələlərdir.
Problemin çox hissəsinin eyni xüsusiyyətlərə malik olmasına baxmaya‐
raq, uşaq və yeniyetmələr üçün müalicə müddəti fərqli ola bilir. Uşaq və
yeniyetmələrdə müşahidə olunan DÇHP hallarının aşağıdakı şəkildə gös‐
tərmək olar.
86
85
http://www.donusumkonagi.net/problem.asp?i=hiper_Aktivite və
http://www.donusumkonagi.net/problem.asp?i=dikkat_eksikligi
86
http://www.mcaturk.com/Dikkat_Eksikligiiperaktivite_9_kategori.html
VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları
143
– Çox danışan və səs‐küylü olurlar.
– Ailə içində bu problemin olması normal əhaliyə görə daha çoxdur.
– Ana‐atalarında spirtli içkilərə hərislik, xüsusilə də psixi və depressiv
hallar daha çox müşahidə olunur.
– Boyu və çəkisi yaşına görə az olur.
– Dözümlü olurlar.
– Xırdaçı və həssas olurlar.
– Xətləri pis olur. Sinifdəqalma ehtimalı normal uşaqlardan daha çox olur.
– Mərkəzi sinir sistemi daha az inkişaf edib.
– Fərdi olaraq istifadə olunan İQ testlərində zehni inkişaf olduğundan
daha az görünür. Bunun da əsas səbəblərindən biri zehni tənbəllikdir.
– Daha çox oğlan uşaqlarında bu xüsusiyyətlərə rast gəlinir.
Uşaqlıq vaxtlarında dəcəl olanların hamısına rəftar və davranışların‐
dakı psixoloji xüsusiyyətlərə görə hiperaktiv adı verib onlara problem kimi
yanaşmaq düzgün deyildir.
Bu şəxslərdə, ən azı, yeddi xüsusiyyət özünü göstərməlidir.
– Ev tapşırıqlarında, digər fəaliyyətlərdə elementar səhvlər edir və üzə‐
rinə götürdüyü vəzifələrdə, yaxud da müxtəlif fəaliyyətlərdə diqqətli
olmur və lazım olan şeyləri itirir (məsələn, oyuncaqlar, məktəb, ev tap‐
şırıqları, qələmlər, kitablar və yaxud başqa dərs ləvazimatları);
– Birbaşa özü ilə danışıldığı zaman qulaq asmır kimi görünür.
– Təlimatları izləməyə hövsələsi çatmır.
– Üzərinə götürdüyü iş və məsuliyyətləri yerinə yetirməkdə çətinlik çəkir.
– Uzun sürən zehni fəaliyyət tələb edən işlərdən imtina edir, bunları xoş‐
lamır, yaxud belə işlərdə iştirak etməkdə həvəssiz olur.
– Diqqəti dağınıq olur.
– Gündəlik fəaliyyətlərində çox zaman yaddaşı zəif olur.
7.2.2. Yaranma sŠbŠblŠri
DÇHP irsi və fizioloji bir məfhumdur. Valideynlərin davranışı uşağın
DÇHP davranışlarına, nəzarət bacarıqlarına təsir edə bilir. Bəzi araşdır‐
malar göstərir ki, hamilə vaxtı ananın yaşadığı psixoloji gərginlik, həyəcan,
sıxıntılar, ailə içində sistematik qalmaqal və yaxud da ananın spirtli içkilər
və narkotik maddələrdən istifadə etməsi dünyaya gələcək uşaqda DÇHP‐
yə yol aça bilər.
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
144
DÇHP‐li uşaqların bir‐birindən heç bir fərqi yoxdur. Hər bir uşaq diq‐
qətini bir yerə cəlb etməkdə və yerində oturmaqda çətinlik çəkir. Odur ki,
bu problem 3‐7 yaş arasında başlayıbsa və onların yaşıdlarına nisbətən əla‐
mətləri artıq və şiddətli olursa, bir çox vəziyyətdə eyni əlamətlər, davra‐
nışlar uşağın fizioloji və sosial həyatında vacib problemlərə yol açır. Lakin
bunu bütün uşaqlara şamil etmək olmaz.
Əsasən ailədə və məktəbdə DÇHP‐li uşaqlar hərəkətlərində bir çox
problemlər yaratdıqları zaman özlərini təqsirli bilmək yerinə, sadəcə üzr
istəyib bəhanələr gətirməyi xoşlayırlar. Müalicənin psixi‐sosial tərəfi bu cür
problemlərin qarşısını almaqla yanaşı, onların buraxdıqları kobud səhvlə‐
rin vərdişə çevrilməsinin qarşısını almaq üçündür.
87
7.2.3. DÇHP-li uşaqlarda davranış xüsusiyyŠtlŠri
– Həddindən artıq hərəkətlidirlər;
– Sinifdə bir yerdə oturmur, tez‐tez yerlərini dəyişməyi xoşlayırlar, əl və
ayaqlarını davamlı oynadırlar;
– Özbaşına qərar verməkdə çətinlik çəkirlər. Durmadan danışır, qışqırır,
başqalarını bir işi gördükdə saxlayırlar;
– Nizamsız olduqları üçün əşyalarını, kitablarını, qələmlərini və oyuncaq‐
larını tez‐tez itirirlər;
– Tapşırıqların və fəaliyyətlərin təşkil edilməsində sıxıldıqları zaman
çətinlik çəkirlər, dəftərlərinin başı‐sonu müəyyən deyil, çantalarını ni‐
zamlı bir şəkildə hazırlamazlar. Məktəbə aparılması lazım olan əşya‐
ların çoxu çantasında yoxdur, ya da lazımsızlar vardır;
– İstəklərini təxirə sala bilmirlər;
– Soruşulan suallara, tamamlanmadan əvvəl cavab verməyə meyillidirlər;
– Yalan danışa və oğurluq edə bilərlər.
Sosial
– Dost tapmaqda və oyun oynamaqda çətinlik çəkirlər;
– Sinif içində, ailə və məktəbdəki qayda‐qanunlara tabe olmaqda çətinlik
çəkirlər;
– Diqqətləri başqa bir yerdə olur, fikirlərini bir yerə cəmləyə bilmirlər;
– Başqalarına qarşı bir qədər kobud, hörmətsiz və diqqətsizdirlər.
87
86‐cı dipnota bax
Dostları ilə paylaş: |