Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə48/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
129 
fəkkürün inkişafı isə konkretləşmə, nəzəri bilikləri praktikaya tətbiq etmək‐
lə əlaqədar gedir.  
Aparılan tədqiqatlar göstərir ki, bu uşaqlar cisim və hadisələrdəki oxşar 
cəhətlərə  nisbətən  fərqli  cəhətləri  daha  yaxşı  müqayisə  edir  və  asan  dərk 
edirlər. 4‐cü sinif şagirdləri arasında aparılan bir təcrübə göstərir ki, uşaqlar 
atla öküzü öyrənərkən 7 fərqli cəhəti göstərdikləri halda, yalnız oxşar olan 
2 cəhəti ayıra bilmişlər.  
N.  Kazımovun  tədqiqatı  sübut  etmişdir  ki,  “müqayisə  prosesində  ox‐
şarlığın  və  ya  fərqin  seçilməsinin  üstünlük  təşkil  etməsi  müqayisə  olunan 
obyektlər arasındakı oxşarlığın dərəcəsindən asılıdır. Müqayisə olunan ob‐
yektlər  bir‐birinə  az  oxşadıqda  fərqin  seçilməsi,  bir‐birindən  az  fərqlən‐
dikdə isə oxşarlığın seçilməsi üstünlük təşkil edir”. 
77
 
Nitq.  Nitq  insan  həyatında  mühüm  rol  oynayıb,  insanı  başqa  canlılar‐
dan fərqləndirir və həyatı, elmi dərk etməyə imkan verib, mübarizə və in‐
kişaf mərhələsi olmuşdur.  
Təbiət qüvvələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün kol‐
lektiv  mübarizə  lazımdır.  Bunu  dərk  edən  ibtidai  insanlar  birgə  fəaliyyəti 
mümkün etmək üçün qarşılıqlı tələbata ehtiyac hiss etmişlər. Bu tələbat isə 
nitqin, danışığın meydana gəlməsi ilə təmin oluna bilmişdir. Beləliklə, nitq 
insanların  uzun  əmək  fəaliyyəti  prosesində  təşəkkül  edib,  hazırkı  inkişaf 
səviyyəsinə  gəlib  çatmışdır.  Nitq  bizi  əhatə  edən  cisim  və  hadisələr  haq‐
qında  məlumat  verməklə  bərabər,  eyni  zamanda,  fəaliyyətə  də  təhrik  edə 
bilir. Bunlar nitqin əsas vəzifələri hesab olunur.
78
  
Kiçikyaşlı  məktəblilərin  şifahi  və  yazılı  nitqi  vəhdət  şəklində  inkişaf 
edir.  Yazılı  nitqə  yiyələnmə  prosesində  uşaqlarda  həm  oxu,  həm  də  yazı 
vərdişləri  inkişaf  edir.  Yazılı  nitqə  yiyələnməkdə  qrammatik  və  orfoqrafik 
qaydaların  mənimsənilməsi  mühüm  rol  oynayır.  Şagirdlər  yazılı  nitqə 
birdən‐birə yiyələnmirlər. Onlarda yazılı nitqin inkişafı oxu prosesinə yiyə‐
lənməkdən başlayır.  
Aparılmış  psixoloji  tədqiqatlar  şagirdlərin  oxu  vərdişlərinə  yiyələnmə‐
lərinin üç mərhələsini göstərmişdir.  
Birinci mərhələ analitik mərhələdir. Bu mərhələdə şagird hərflərlə, onlar‐
dan yaranan hecalarla, hecalardan isə sözlərin əmələ gəlməsi ilə tanış olur. 
Bu  mərhələdə  hərflərdən  hecalar,  hecalardan  sözlər  düzəltmək  prosesi 
nisbətən ləng gedir.  
                                                 
77
   Ə.Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 67‐69) 
78
   Ə. Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh.7) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
130 
İkinci mərhələ sintetik mərhələdir. Bu mərhələdə şagird sözlərin ünsürlə‐
rini çətinlik çəkmədən və nisbətən tez sintez edir. Ancaq bu mərhələdə də 
bir sıra çətinliklər özünü göstərir. Belə ki, bu zaman uşaqlar sözlərin tərkib 
hissələrini müəyyənləşdirmədən oxumağa tələsirlər. Ona görə də çox vaxt, 
xüsusilə oxşar sözlərin oxunuşunu qarışdırırlar.  
Üçüncü mərhələ analitik‐sintetik mərhələdir. Burada şagird sözün ünsür‐
lərini  sürətlə  müəyyənləşdirməyə  və  birləşdirməyə  əsaslanaraq  oxumağa 
başlayır. Bu mərhələ sürətli qiraət mərhələsi hesab edilir. Bundan sonra şa‐
girdlər tədricən ifadəli oxu  vərdişlərinə yiyələnməyə başlayırlar.  Şagirdlər 
oxu vərdişlərinə yiyələnməklə yanaşı, yazı vərdişlərinə də yiyələnirlər. Bu 
zaman birinci növbədə qrafik vərdişlər formalaşır.  
Yazı  vərdişlərinin  təşəkkülü  üç  mərhələdən  keçir.  Birinci  mərhələ  ele‐
mentar  mərhələ  adlanır.  Bu  mərhələdə  şagirdin  diqqəti  hərfin  ayrı‐ayrı  ün‐
sürlərinin  yazılışına,  yazı  zamanı  düzgün  oturmağa,  əlin  hərəkətinə,  qə‐
ləmdən və dəftərdən düzgün istifadəyə doğru yönəlmiş olur.  
Ikinci, hərfi mərhələdir. Bu mərhələdə hərfin tam və düzgün yazılmasına 
və yazı texnikasına yiyələnməyə diqqət yetirilir.  
Üçüncü mərhələdə əlaqəli yazı vərdişi təşəkkül tapır. Hərflər sözlər için‐
də əlaqəli, sətir üzərində bir böyüklükdə yazılır. Aparılan tədqiqatlar göstə‐
rir  ki,  hərfləri  əlaqəli  yazdıqda,  yazı  vərdişi  ayrı‐ayrı  yazmağa  nisbətən 
sürətlə əmələ gəlir. Rabitəsiz hərflər yazmağın ilk baxışdan yazı vərdişinin 
yaranmasında  daha  yaxşı  nəticə  verdiyi  müşahidə  olunur.  Rabitəli  yazıda 
isə yazı vərdişləri ilk baxışda gec əmələ gəlir. Yazı qeyri‐dəqiq, səliqəsiz və 
pis  görünür.  Ancaq  ikinci  sinifdən  başlayaraq  yazı  mənzərəsi  dəyişir.  Şa‐
girdlərin  xətti  çox  dəqiq  və  qəşəng  çıxır,  hətta  3‐4  ‐cü  sinif  şagirdlərinin 
xəttinə  oxşayır.  Hərfləri  ayrı  yazdıqda  şagirdlərin  xətti  müəyyən  müd‐
dətdən sonra, yəni 4 və 5‐ci siniflərdə dəqiq və qəşəng olur. Adətən, uşaq‐
lar sözlərin düzgün yazılışına yiyələnməmişdən əvvəl danışıq vərdişlərinə 
yiyələnirlər.  Çox  vaxt  onlar  tələffüz  etdikləri  kimi  yazmağa  meyil  göstə‐
rirlər. Ona görə də yazıda səhvlər özünü göstərir. 
79
 
                                                 
79
   Ə.Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 88‐89) 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
131 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Uşaqlar nə üçün hirslənir? 
2.
 
Qısqanclıq uşaqlarda hansı psixoloji təsirlər oyadır? 
3.
 
Barmaqəmmə vərdişi qarşısında ana‐atanın edəcəyi ən sağlam 
yanaşma nədir? 
4.
 
Barmaqəmmənin aradan qaldırılması üçün hansı tədbirlər 
görülməlidir? 
5.
 
Uşaqlar nə üçün yalan danışırlar?  
6.
 
Neçə cür yalan var? 
7.
 
Siz uşaqlıqda yalan danışmısınız? 
8.
 
Yalanın növləri haqqında daha nələri bilirsiniz? 
9.
 
Kitabdakılarla sizin bildikləriniz arasında nə kimi fərqliliklər var? 
 
 
édŠbiyyat 
1.
 
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003 
2.
 
Yaşar Kuzucu “Küçükler için Büyüklere”, Nobel nəş. Ankara – 2008 
3.
 
http://www.hekimim.com/merak_ettikleriniz/parmak_tirnak/parmak_
emme.htm 
4.
 
A.İbrahimov, H.Xəlilov, “Sağlam övlad, düzgün tərbiyə,  təmiz nitq”, 
Misri, Bakı – 2004 
5.
 
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. – 1969 
6.
 
K. Koffka, “Zihni inkişafın esasları”, tərcümə edən: Suat Tavlan, 
Hüsnütabiat nəş. İstanbul – 1959 
7.
 
Editor: İrvin D. Yalom, Hans Steiner “Məktəbəqədər Uşaqların 
Terapisi”, Prestij nəş. – 2007 
8.
 
Jean Piaget, “Child’s Conception of the World”, London – 1929 
9.
 
“Yansıtma” jurnalı, №3‐4, 2005 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə