Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə50/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   46   47   48   49   50   51   52   53   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
136 
açıb,  sonrakı  dövrlərdə  sosial  qorxuya  gətirib  çıxara  bilir.  Bəzən  gənclər 
sosial  həyatda  öz  inkişafı  üçün  müsbət  addımlar  atmaq  fikrinə  düşdükdə 
ana  və  ata  tərəfindən  fikir  və  hərəkət  sərbəstliyinin  verilməməsi  onlara 
işində maneçilik yaradır və bu qorxu hissini artırır.  
Bəzi araşdırmalara görə, sosial qorxusu olan insanlar ailələrini daha az 
ittiham edən, ailə şərəfinin yüksək dərəcədə qoruyucusu rolunu oynayırlar.  
7.1.2. Uşağınız mŠktŠbŠ getmŠkdŠn qorxurmu? 
Uşaq üçün qorxu hissi tanımadığı bir şəxsə qarşı göstərilən reaksiyadır. 
Normal  inkişaf  dövründə  uşaqda  qorxu  hisslərinin  mövcud  olması  təbii 
prosesdir.  Bu,  müdafiə  olunma  mexanizmlərinin  inkişafı  baxımından  da 
lazımlıdır. 
Təbii olaraq uşağın necə bir qorxu yaşadığını, onun dərəcəsini və səbəb‐
lərini  yaxşı  analiz  etmək  və  ailəni  düzgün  istiqamətləndirmək  mühüm 
məsələdir. 
Körpəlik  dövrlərində  ani  səs  və  yaxud  tanımadığı  şəxslərdən  qorxan 
körpə,  sonrakı  dövrlərdə  ilk  dəfə  qarşılaşdığı  adam  və  vəziyyətlərə  qarşı 
qorxu  reaksiyasını  göstərə  bilər.  Uşaq  müxtəlif  qorxular,  yəni  həkim,  sto‐
matoloq,  heyvan,  zərər  görmə,  məktəb,  ata‐anaya  və  özünə  bir  şey  olacaq 
kimi qorxuları yaşaya bilər. 
Qorxular,  hətta,  fobiyə  çevrilə  bilər.  Fobi  qorxu  hissinin  adamın  gün‐
dəlik  həyatına  mənfi  istiqamətdə  təsir  edən,  qeyri‐idarə  vəziyyətini  almış 
haldır. Uşaqlarda da ən çox müşahidə olunan ictimai həyat, məktəb , qaran‐
lıq, təbii fəlakətlər, heyvan, qapalı yerdə qalma (lift və s.) və tək qalma fobi 
növləridir.  
Məktəblərin açılış ərəfəsində uşaqları birinci sinfə qədəm qoyan hər bir 
valideyn, sanki ilk sinfindəki həyəcanı yenidən yaşayır.  
Rahat  ev  şəraitinə  alışmış  hər  uşağın  nizam‐intizamla  əhatə  olunmuş 
məktəb həyatına başlaması müvəqqəti və psixoloji çətinliklər yarada bilər. 
Yeni dostların əhatəsində olmaq və müxtəlif paltarlar, rəngarəng qələmlər 
və  dəftərlər,  habelə  fərqli  oyunlar  uşaqlar  üçün  yeni  bir  dünyaya  açılmış 
pəncərə deməkdir.  
7.1.3. ValideynlŠr bu vŠziyyŠtŠ uşaqlardan ŠvvŠl hazır olmalıdır 
Çünki  uşaqların  bu  dövrdə  qarşılaşdıqları  problemlərin  əvvəlcədən 
müəyyənləşdirilməsi və onların həlli yollarının tapılması vacibdir.  


VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
137 
7.1.4. MŠktŠb qorxusu nŠdir? 
Məktəb  qorxusu,  məktəbə  yeni  gedən  uşa‐
ğın  məktəbə  getməməkdə  inad  etməsi,  dostla‐
rını qəbul etməməsi, ağlaması və s. kimi davra‐
nışları nümayiş etdirməsidir.  
Bu qorxu hissi oğlan və qızlarda eyni dərə‐
cədədir  və  bu,  uşaqların  təhsil  alacağı  mühitə 
öyrəşməsini  əngəlləyir.  Uşaqlara  görə  qorxu, 
şəraitə  uyğunlaşmağın,  narahatlıq  doğuran  və‐
ziyyətlərin öhdəsindən gəlməyin bir yoludur. Bu 
qorxuya tez müdaxilə edildikdə, o unudulur.  
 Ümumiyyətlə,  yeni  bir  vəziyyətlə  qarşılaş‐
dığımız  zaman  problemlərin  olması  normaldır. 
Bu  vaxtlarda  uşaqları  məktəbə  yola  salmaq 
çətindir,  ona  görə  ki,  uşaq  ilk  dəfə  anasından 
ayrı  qalacaq.  Normal  inkişaf  prosesində  bu  və‐
ziyyətlərin  yaşanması  təbiidir.  Bu  problemlərin 
yaranmasına uşağın ana ilə olan münasibəti də 
səbəb  ola  bilər;  ananın  uşağın  şəxsiyyətinin 
formalaşmasına imkan verməməsi, bir növ, ana‐
nın  da  uşağa  bağlı  olması,  evdə  təzyiqli  və  narahat  şəraitin  mövcudluğu, 
yeni  bir  uşağın  dünyaya  gəlməsi  və  uşağın  bu  prosesi  hələ  dərk  edə 
bilməməsi,  ata  və  ananın  narahat  insanlar  olması,  ailə  üzvlərindən  birinin 
itirilməsi  və  ya  xəstələnməsi  kimi  faktlar  buna  təsir  edə  bilər.  Uşağın 
məktəbə başlamazdan əvvəlki dostluq təcrübəsinin keyfiyyəti, duyğularını 
və  düşüncələrini  çatdırmaqda  rahat  olması  bu  dövrdəki  problemlərin 
öhdəsindən gəlməyə kömək edir. 
Başqaları ilə münasibət  qura bilməyən, ailəsinə  bağlı, dostları ilə oyun 
oynamaqdan  qaçan,  anası  ilə  normal  münasibəti  olmayan  uşaqların  mək‐
təbə başlarkən problem yaşaması gözlənilə bilən bir şeydir. Belə uşaqlarda 
enerji  itirilməsi,  məhdudlaşma,  baş  və  qarın  ağrılarından  şikayətlənmə  də 
qarşıya çıxan əsas problemlərdəndir.  
Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona məktəblə bağlı 
real  məlumatlar  verilməli,  məktəb  dövründən  əvvəl  ana  öz  uşağını  yeni 
dostluqlar  qurmağa  yönləndirməlidir.  Bundan  əlavə,  ailənin  digər  üzvləri 
də məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa bilər.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
138 
Hər valideyn uşağın özünün geyinməsinə, yeyib‐içməsinə şərait yarat‐
malı  və  hər  yaş  dövründə  onları  dinləməli,  problemlərinin  ola  biləcəyini 
unutmamalıdır.
80
 
Uşaqlarda məktəb qorxusu 2 cür olur: 
1. Akut (irəliləmiş, şiddətli) 
Akut (irəliləmiş, şiddətli) məktəb qorxusu olan uşaqlar evdə qaldıqları 
müddətdə  xoşbəxtdirlər.  Yoldaş  əlaqələrində  və  ictimai  fəaliyyətlərdə  tez 
təsirə  düşürlər.  Hətta,  bu  uşaqlar  evdə  qaldıqları  müddət  içində  ev  tapşı‐
rıqlarını yerinə yetirirlər.  
2. Xroniki 
Xroniki məktəb qorxusu isə zamanla meydana gəlir. Bu qorxunun mey‐
dana gəlməsində gəncin uşaqlıq illərindəki problemlərinin rolu böyükdür. 
Xroniki məktəb qorxusu, akut məktəb qorxusunun tam tərsinə bir sıra uy‐
ğunlaşma  çətinliklərini  ehtiva  edir.  Xroniki  məktəb  qorxusu  olan  uşaqlar 
yalnız  məktəbdən  deyil,  eyni  zamanda,  əvvəllər  zövq  aldıqları  fəaliyyət‐
lərdən  də  uzaqlaşmağa  başlayırlar.  Bu  uşaqlar  nə  dərsə  hazırlaşır,  nə  də 
müəyyən bir maraq sahəsində fəaliyyət göstərirlər.  
Məktəb qorxusunun ilkin əlamətləri aşağıdakılardır: 
 
Baş ağrısı 
 
Qarın ağrısı, bulantı‐qusma hissi 
 
İştahasızlıq, kefsizlik 
 
Yuxu nizamında pozuqluq 
 
Məktəb məsuliyyətlərinin yerinə yetirilməsində axsamalar 
 
Ortada bir səbəb yoxkən gözyaşlarına boğulmaq 
 
Küsəyən və əsəbi olmaq.
81
 
7.1.5. MŠktŠb qorxusuna tutulan uşaqlar üçün valideynlŠr nŠ 
etmŠlidir? 
Valideyn, ilk növbədə uşağın niyə məktəbə getmək istəməməsi ilə bağlı 
narahatlıqlarına  qulaq  asmalı,  bununla  bağlı  duyğu  və  düşüncələrini  de‐
məsinə  şərait  yaratmalıdır.  Unudulmamalıdır  ki,  bu  problem  məktəb  və 
müəllimin  ucbatından  da  ola  bilər.  Buna  görə  də  ailə  və  məktəb  daima 
ortaq olmalı və uşağın məktəbə getməməsinə imkan verilməməlidir.  
                                                 
80
   http://okulfobisi.net/ 
81
   http://www.kendinigelistir.com/ 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə