Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
139 
Hər  ata‐ana  uşağın  narahatlığını  başa  düşdüyünü  və  bunun  zamanla 
keçəcəyini vurğulamalıdır. Bundan əlavə, ailəyə bağlılığın azaldılması, tək 
oynaya biləcəyi oyunların dəstəklənməsi lazımdır.  
Valideynlər  məktəb  üçün  bazarlığı  uşaqlarla  birgə  etməli,  bu  dövrdə 
qarşıya çıxa biləcək problemləri əvvəlcədən öyrənməlidirlər.  
7.1.5.1. MŠktŠb qorxusuna tutulan uşaqlar üçün ailŠlŠr nŠ etmŠlidir? 
1.   Uşağın  qorxusu  barədə  danışaraq, 
səbəbini aydınlaşdırmağa çalışmalıdırlar.  
2.   Məktəbə  getmədiyi  üçün  ona  hədə‐
qorxu  gəlməməli  və  onu  qorxutmama‐
lıdırlar.  
3.   Müəlliminə uşağın vəziyyətini danış‐
malı və lazım gələrsə, müəllimlə birlikdə 
uşaqla bağlı bir işi təşkil etməlidirlər.  
4.   Uşağın  məktəbdən  uzaq  qalmaması‐
na diqqət yetirməlidirlər.
82 
7.1.5.2. ValideynlŠrin uşaqla birlikdŠ dŠrsŠ girmŠyi doğru bir davranışdırmı? 
Məktəbdə,  xüsusilə  sinifdə  mühitin 
təşkil edicisi, idarəçisi müəllimdir. Müəl‐
limin  mövqeyi,  qərarı  əhəmiyyətli  yer 
tutur.  Xüsusilə  məktəbin  ilk  günlərində 
israrla  anasından  ayrılmaq  istəməyən  və 
sinif  mühitinə  qarşı  reaksiyalı  olan  uşa‐
ğın yanında, sinif içində söhbət oluna bi‐
lər. Ancaq bu, vəziyyətin davamlı olması 
deyil.  Bu  davranış  bir  neçə  günü  keçmə‐
məlidir.
 
7.1.6. MüŠllim nŠ etmŠlidir? 
Müəllim uşaqlara qarşı həssas olmalı və verilən 
tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaqlar‐
da məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt 
davranılmamalı,  problemlərinin  nə  olduğu  dinlə‐
nilməli və hər zaman onların yanında olduğu hissi 
                                                 
82
   http://www.okulfobisi.net/ 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
140 
aşılanmalıdır. Müəllim uşağa dərsə gəlməyin vacib olduğunu və ona dəyər 
verdiyini başa salmalıdır.  
Qorxu hissi bağça uşaqlarında 3‐5 yaşlar arası və ibtidai sinfə gedərkən 
müşahidə olunur. Sözügedən problem 12‐14 yaş arasında da müşahidə olu‐
na bilər.
 83 
7.1.7. Bağçada ilk gün stresindŠn necŠ yaxa qurtarmaq olar? 
Bağçaya  ilk  dəfə  gedən  uşaqlarda  zaman  və  məkan  məfhumları  tam 
formalaşmadığı üçün problemlər yaranır.  

 Evimiz buradan nə qədər uzaqdır? 

 Anam məni gəlib aparacaqmı? 

 Buradakı uşaqları tanımıram.  

 Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi? 

 Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.  
Uşaq  bu  sualların  cavablarını  yaşayaraq  öyrənəcəyi  üçün  narahatlığı 
yüksək  olur.  İlk  gün  ana  məktəbdə  1‐2  saat  qalıb  onu  müəllimlə  tanış  et‐
məli, nə etməli olduğunu başa salmalıdır. Bir neçə gün uşağın görə biləcəyi 
yerdə oturmaq da faydalı ola bilər.  
7.1.8. Adaptasiya prosesi 
Əgər uşaq 15‐25 gün ərzində məktəbə alışmasa, məktəbdən çıxarılması 
məsləhətdir. Çünki buna hələ hazır deyil. Lakin əvvəl bağçaya gedən uşaq‐
larda  məktəb  qorxusu  olmur,  olsa  da  tez  unudulur.  Çünki  o  buna  bənzər 
mühitlə tanışdır.  
Uşağa  laqeyd  yanaşmaq  və  ya  bunun  tam  əksini  etmək  onda  hissi  və 
şəxsi  inkişafı  ləngitdiyi  kimi,  həm  də  öyrənmə  və  adaptasiya  problemləri 
də yaradır. 
7.1.9. Tapşırığı hŠlletmŠ mŠsuliyyŠtinin yaradılması 
Hər bir valideyn uşağının tapşırığı ilə maraqlanmalı, yaranan problem‐
ləri birlikdə həll etməlidir. Bu, uşaqların xoşuna gələcək.  
Əgər  anlamadıqları  yerlər  varsa,  çəkinmədən  kömək  istəyə  biləcəkləri 
deyilməli, onlara bələdçilik edilməlidir. Tapşırıqlarını etmək üçün uşaq çox 
məcbur olunmamalıdır. Uşaq məktəbdən gəldikdən sonra ilk iki saat içində 
ev tapşırıqlarını yerinə yetirməlidir. 
                                                 
83
   http://www.cpinarcengiztopel.com 


VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
141 
7.1.10. Uşaqlarını mŠktŠbŠ hazırlamaq üçün ailŠlŠr nŠ edŠ bilŠr? 
 
Uşaqları diqqətlə izləmək və onları tanımağa, anlamağa çalışmaq lazım‐
dır. Bu haqda müxtəlif  qaynaqlardan məlumat  alına bilər (müəllimlər‐
dən, mütəxəssislərdən və s. ).  
 
İlk  vaxtlardan  başlayaraq  hər  axşam  kitab  oxumaq,  sadəcə  oxumağa 
olan marağını yox, dil inkişafını da artırır.  
 
Öz işini özü görmə bacarığı aşılanmalıdır (özü geyinməsi, yeməsi kimi).  
 
Valideynlər  məktəbi  seçir,  lakin  uşağın  da  gedəcəyi  məktəb  və  alacağı 
təhsil ilə bağlı fikirləri öyrənilməlidir.  
 
Məktəb  üçün  bazarlıq  edilib,  otağı  onu  oxumağa  sövq  edəcək  şəkildə 
döşəməli,  baş  verəcək  yenilik  həyəcanı  ilə  birlikdə  məsuliyyətləri  də 
paylaşılmalıdır.  
 
Bilik  sadəcə  məktəbdə  qazanılmır.  Bəzən  uşaqlarınıza  onların  bilik  sə‐
viyyələrini ölçmək üçün suallar verin və onları da sual verməyə təşviq 
edin.  
 
Başladığı işi bitirmə, istəklərini təxirə salma, oyunların qanunlarına uy‐
ma bacarıqları aşılanmalıdır.  
7.1.11. İbtidai mŠktŠbŠ başlamağın Šsasları nŠlŠrdir? 
 
Məktəbə  başlamazdan  əvvəl  təhsil  alan  uşaqların  bacarıqlarını  inkişaf 
etdirməyə daha meyilli olduqları görünür.  
 
Masa arxasında oturmaq, deyilənləri dinləmək və onları düzgün olaraq 
həyata keçirmək, başladığı işi bitirmək də çox vaxt bacarıqlardır.  
 
Qayçıdan istifadənin, hərfləri yazmağın və s. öhdəsindən asanlıqla gələ 
bilirlər.  
 
Duyğu  və  düşüncələrini  ifadə  etməyə  meyillidirlər  və  suallara  cavab 
verə bilirlər.  
 
Saymağı bacarır və toplama‐çıxmanın əsasını qoyurlar.  
 
Rəngləri və əsas məfhumları bilirlər.  
 
Günlük hadisələri zamana görə doğru ifadə edə bilirlər.  
 
Məsuliyyətli və etdiklərinin nəticələrindən xəbərdardırlar.  
 
Həmyaşıdları  ilə  problemlərini  özləri  həll  edə  bilərlər.  Duyğularını  da 
idarə etməyi bacarırlar.  
 
Qrup  oyunlarına  qatılmağa,  oyuna  qəbul  edilməyə,  qanun  və  haqlara 
hörmətlə yanaşmağa istəklidirlər.
84
 
                                                 
84
   http://saglik.milliyet.com.tr 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə