Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
145 
Zəka 
–   Zəkaları  normal,  ya  da  normadan  artıq  olmasına  baxmayaraq,  ümumi 
dərs göstəriciləri aşağı olur. Çünki diqqət dağınıqlığı və çox hərəkətlilik 
uşağın dərs öyrənməsində çətinlik yaradır; 
–   Diqqətləri çox qısa olur, fikirləri tez dağılır. Ümumiyyətlə, başladıqları 
işi başa vurmağa çətinlik çəkirlər; 
–   Özlərinə  verilən  bir  tapşırığı  istədikləri  kimi  yerinə  yetirə  və  ya  bitirə 
bilmirlər.  Bu  çətinlik  başqa  səbəblərlə  deyil,  sadəcə  diqqətsizliklə  bağ‐
lıdır; 
–   Diqqətlərini lazım olan yerə yönəltmirlər; 
–   Zehin tələb edən işlərdən qaçırlar. İsrar edilərsə, daha böyük problem‐
lər çıxara bilərlər; 
–   Gündəlik işlərində unutqandırlar. İstirahət saatlarını, əşyalarını, müəlli‐
mənin valideynlərə göndərdiyi mesajları yaddan çıxarırlar; 
–   İşlərini plansız, qaydasız və qarışıq bir şəkildə edirlər; 
–   Düşüncələri inkişaf etməyib. Davranışlarının sonunu dəyərləndirmirlər.  
Fiziki 
–   Sümük inkişafı geri qala bilər; 
–   Orta qulaq iltihabı, üst tənəffüs yolu infeksiyası ola bilər; 
–   Sidik qaçırma ola bilər; 
–   Allergiyalar ola bilər; 
–   Mühərrik koordinasiyası zəif ola bilər; 
–   Yuxu müddətləri qısalar.  
Qız uşaqlarında hiperaktivlik 
Hiperaktivlik  özünü  qız  və  oğlan 
uşaqlarında fərqli şəkildə büruzə verir. 
 
Hiperaktivliyin  pozulması  cinsiyyətə 
görə fərqli əlamətlərə sahibdir.  
Xüsusilə  qız  uşaqlarında  hiperaktivlik 
problemi  olmadan  belə  diqqətsizlik,  fikir 
dağınıqlığı ola bilər. Çünki çox vaxt bu ha‐
disələr  qapalı,  qaradinməz  qız  uşağında 
gizli  qalır.  Uşaq  diqqətlərini  toplamaqda 
çətinlik  çəkir  və  bu  xüsusiyyətin  hiss  olunması  müəyyən  zaman  alır.  Be‐
ləliklə də, çox qısa müddətdə diqqəti toplamağı, danışılan hər şeyə diqqətlə 
qulaq asmağı tələb edən məktəb mühiti onların qarşısına problemlər çıxarır. 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
146 
Qız uşağında hiperaktivliyin əlamətləri bunlardır: 
Qız uşaqlarında fikir dağınıqlığı (diqqət çatışmazlığı) və hiperaktivliyin 
əsas  əlaməti,  başqa  uşaqlardan  gözlənilməyən  işlərin  onlar  tərəfindən  baş 
verməsidir.  Məsələn,  hündür  bir  divardan  tullana  bilirlər.  Hərəkətləri 
qeyri‐iradidir, həddindən artıq fəal olurlar. Təhlükəli oyunlara maraq gös‐
tərirlər. Qız uşaqlarının oynadıqları əsas oyunların əvəzinə futbol, oğru‐po‐
lis,  atışma  kimi  oyunlar  oynayırlar.  Digər  qız  uşaqları  ilə  əlaqədə,  müna‐
sibətlərdə  ciddi  problemləri  vardır.  Həmyaşıdları  ilə  əlaqədə  kəskin  reak‐
siyalar verir, gözlənilməz hərəkətlər edirlər. Amma bu xasiyyətdə olan qız 
uşaqlarında cinsi mənsubiyyət ilə bağlı heç bir problem yoxdur. Hətta çox 
incə,  nəzakətli,  xanım  kimi  də  ola  bilirlər.  Bu  tip  problemi  olan  uşaqlar 
oyun  oynadıqda  isə,  hər  zaman  aparıcı  olmaq  istədiklərinə  görə  problem‐
lərlə qarşılaşırlar. Bu qız uşaqları yetkinlik dövrlərində də çox hünərli olur‐
lar.  Bu  da  yetkinlik  dövründə  riskli  hərəkətlər  etmələri  ehtimalını  artırır. 
Küçə oyunlarına çox həvəsli, əsasən oğlanlarla dostluq etmək, evə gec gəl‐
mək kimi xüsusiyyətlərə və “heç kim mənə heç nə edə bilməz” kimi düşün‐
cəyə sahib olurlar.  
7.2.4. DiqqŠt çatışmazlığının müsbŠt vŠ mŠnfi cŠhŠtlŠri 
Uşaq hər iki imtahana eyni şəkildə hazırlaşdığı halda birindən 5, digə‐
rindən  3  qiymət  alır.  Burada,  elə  bil,  uşağın  beyni  ikinci  imtahanda  tətilə 
çıxmış  kimidir.  Həm  ailə  üzvləri,  həm  də  məktəbdəki  müəllimlər  uşağın 
əldə  etdiyi  bu  nəticələr  qarşısında  heyrət  edirlər.  Kompyuter  oyunlarına 
böyük  həvəs  göstərir  və  diqqətlərini  bir  nöqtədən  digərinə  keçirməkdə 
çətinlik çəkirlər. Onlar məktəbdə dərsi dinləməkdə eyni həvəsi göstərə bil‐
mirlər. Bəzi uşaqlarsa dərs prosesində qanunları pozmadan yerlərində otu‐
rur, xəyallara dalır və səssiz olurlar. Ailələr uşaqlarının tənhalıqlarından və 
səssizliklərindən narahat olurlar. Xüsusilə, qızlar bu uşaq tiplərinə aid olub, 
tənbəl, depressiv və xəyalpərəst olurlar.  
Çox zaman diqqət çatışmazlığı olan uşaqlar ətraflarında baş verən pro‐
seslərdən  xəbərdar  deyillər.  Bu  uşaqlar  çox  vaxt  səssiz  olur,  özlərini  idarə 
edə bilmir və kənar şəxslərin köməyinə ehtiyacları olur. 
 


VII Fəsil. Uşaq və yeniyetmələrdə davranış pozuntuları 
 
 
147 
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar 
1.
 
Uşaq və yeniyetmələrdə ən çox rast gəlinən psixoloji davranış 
pozuntuları hansılardır? 
2.
 
Şagirdləri xətalara doğru aparan başlıca səbəblər? 
3.
 
Şagirdlərinizin xəta etmələrinin qarşısını almaq üçün hansı tədbirlər 
həyata keçirərdiniz? 
4.
 
Hansı sosial qorxu növləri ilə tanışsınız? Sosial qorxunun qarşısını 
sizcə, necə almaq olar? 
5.
 
Diqqət çatışmazlığı dedikdə nə başa düşürsünüz və əlamətlərinə    
nələri nümunə olaraq göstərə bilərsiniz? 
 
 
édŠbiyyat 
1.
 
http://okulfobisi.net/ 
2.
 
http://www.kendinigelistir.com/ 
3.
 
http://www.cpinarcengiztopel.com 
4.
 
http://saglik.milliyet.com.tr 
5.
 
http://www.donusumkonagi.net/problem.asp?i=hiper_Aktivite 
6.
 
http://www.donusumkonagi.net/problem.asp?i=dikkat_eksikligi 
7.
 
http://www.mcaturk.com/Dikkat_Eksikligiiperaktivite_9_kategori.html 
8.
 
İhsan Kurt, “”, Asil nəş. Ankara – 2008 
9.
 
S. Seyidov, M. Həmzəyəv, “Psixologiya”, Nurlan nəş. Bakı‐2007 
10.
 
M.Ə. Həmzəyev, “Yaş və Pedaqoji Psixologiyasının Əsasları”, Bakı‐2000 
11.
 
Editor: Birol Vural, “Nitelikli Sınıf ve Stressiz Eğitim Ortamı”, Hayat nəş. 
İstanbul – 2004 
12.
 
S. Xəlilov, “Təhsil, Təlim, Tərbiyə”, Azərbaycan Universiteti nəş.         
Bakı – 2005 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə