VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
125
Qavrayışda biz keçmiş biliklərimizdən və təcrübəmizdən də istifadə
edirik. Keçmiş bilik və təcrübəmiz qavrayışın tam, dolğun, məzmunlu,
dəqiq olmasına təsir edir. Adətən, qavrayış zamanı bu və ya digər hiss üz‐
vünün üstünlüyündən asılı olaraq bizdə görmə, eşitmə və s. qavrayış növ‐
ləri özünü göstərə bilir. Bütün hallarda duyğulardan fərqli olaraq, cisim və
hadisələrin dərk olunması tam şəkildə baş verir.
Bunlarla yanaşı olaraq, qavrayış bizə cisimlərin məkan və zaman xüsu‐
siyyətlərini, onların böyüklüyünü, formasını, məsafəsini, fəzadakı vəziy‐
yətini, hadisələrin ardıcıllığını və müddətini və s. dərk etmək imkanı da
verir.
72
Tədqiqatlar göstərmişdir ki, cismin uşaqlar tərəfindən qavranılması,
birinci növbədə onun formasına əsaslanır. Forma uşağın qavrayışında əsas
rol oynayır. Tədqiqatçıların əksəriyyəti 5 aylıq uşaqların formanı qavraya
bildiklərini qeyd edirlər. Uşaqlar formanı ilk zamanlar əlləri ilə praktiki
yoxlamaqla ayırır, hətta onun bəzi mühüm fərqlərini də göstərirlər.
Uşaqlar üç yaşından əşyavi və həndəsi fiqurları fərqləndirə bilir, onları
tanıyırlar. 3‐4 yaşadək olan uşaqlar, əsasən müxtəlif fiqurları, formanı
(kvadratı, dairəni, üçbucağı və s.) praktiki yolla, 5 yaşdan isə gözün gör‐
məyi ilə ayırmağa müvəffəq olurlar. Tədqiqatlar göstərir ki, 3‐4 yaşlı uşaq‐
lar formanı əvvəllər lamisə, sonra isə görmə ilə daha yaxşı, 5‐6‐7 yaşlılar isə
əvvəl görmə, sonra lamisə ilə yoxladıqda yaxşı ayırır və qavrayırlar.
M. N. Volokitina qeyd edir ki, formanı qavramada 6‐7 yaşlı uşaqlara
toxunma – hərəkət aktı lazım deyil, onlar formanı gözlə analiz edirlər.
Qeyd etdiklərimizə əsasən demək olar ki, bağça yaşlı uşaqlara formanı qav‐
rayarkən əvvəllər toxunma – hərəkət, sonra isə görmə duyğularından isti‐
fadə etmək lazımdır. Ona görə də belə bir məsəl var: “Əl gözü öyrədir”. Bir
çox hallarda əl gözü öyrədir.
A. R. Luriya və V. P. Soxinanın tədqiqatları göstərir ki, müvafiq təlim
almadan 3‐7 yaşlı uşaqlar görmə vasitəsi ilə mürəkkəb formaları ayıra bil‐
mirlər. Daha doğrusu, mürəkkəb fiqurun hansı ünsürlərdən ibarət oldu‐
ğunu göstərməkdə çətinlik çəkirlər. Lakin uşaqlar müəyyən təlim aldıqdan
sonra sırf görmə vasitəsi ilə fiqurun təhlilini verə bilərlər. 3 və 4 yaşında
olan uşaqlar əvvəlcə fiqurun ümumi formasını, xüsusi təlimdən sonra isə
onun əsas, mühüm əlamətlərini ayıra bilirlər. Amma 5‐7 yaşlı uşaqlar for‐
manı cismin mühüm əlaməti kimi mücərrədləşdirirlər, başa düşür və ümu‐
miləşdirirlər.
72
Ə. Qədirov “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 5)
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
126
Psixoloji tədqiqatlar göstərmişdir ki, məktəbə daxil olmaqla uşaqlarda
qavrama sürəti tədricən dəyişməyə başlayır. Sinifdən‐sinfə keçdikdə bu sa‐
hədə yüksəliş aydın şəkildə nəzərə çarpır. Əgər 1‐ci sinif şagirdlərinin qav‐
rama sürəti saniyələrlə ölçülürsə, 4‐cü sinif şagirdlərinin qavrama sürəti
saniyənin onda bir, yüzdə bir hissələri ilə ölçülür. Qavrama sürətinin bu
cür inkişafında mütəşəkkil şəkildə təşkil edilmiş təlim fəaliyyətinin rolu
böyükdür.
Təlim prosesində şagirdlərin qavrayışının seçiciliyi inkişaf edir. Şagird
kənar şeylərdən uzaqlaşaraq, lazımi məsələlərə yönlənməyi öyrənir. Öz
diqqət və qavrayışını idarə edə bilir. Qavrayışın idarəediciliyini təmin et‐
mək, müşahidəçilik qabiliyyətini inkişaf etdirmək üçün müntəzəm təlim‐
tərbiyə işi aparılmalıdır. M. H. Skatkin təcrübə zamanı müəyyən etmişdir
ki, uşaqlar göstərilən dələ şəklinə sadəcə baxmaqla heç də onun bütün cə‐
hətlərini qavramırlar. Ona görə də təlimin ilk pillələrində şəkli göstərərkən,
uşağın qavrayışını təşkil etmək lazım gəlir. Bu zaman iş elə təşkil olunma‐
lıdır ki, şagirdlər şəklə sadəcə baxmayıb, həm də onun müxtəlif cəhətlərini
qavrasınlar. Bu proses düzgün təşkil edildikdə uşaqda qavrayışın seçiciliyi
də inkişaf edir. Lakin kiçik yaşlı məktəblilər çox vaxt şeylərin xarici cəhətini
sıra ilə qavrayırlar. Kiçik yaşlı məktəblilərdə qavrayışın seçiciliyinin aşağı
səviyyədə olması onlarda maraq və meyillərin davamsızlığı, digər tərəfdən
isə onları düzgün qavramaq üçün səmərəli yolları bilməmələri ilə izah
olunur.
73
Hafizə. Hafizə digər psixi proseslərimizin inkişafına imkan verir. Məhz
buna görə də İ. M. Seçenov hafizəni “psixi inkişafın guşə daşı” hesab edirdi.
Adətən duyğu, qavrayış və təsəvvürümüz əks etdirdikləri cisim və ha‐
disələrə oxşar olur, əyani surət xarakteri daşıyırlar. Bununla yanaşı olaraq,
duyğu, qavrayış və təsəvvürlərimiz əks etdirdiyimiz cisim və hadisələrin
hiss üzvlərinə təsiri ilə bağlı olur. Ona görə də bu cür inikas vasitəsiz inikas
və ya hissi idrak adlandırılır. Lakin insanın xarici aləmi əks etdirməsi hissi
idrakla məhdudlaşmır. Həyat insanların qarşısına elə vəzifələr qoyur ki,
onları dolayı yolla, cisim və hadisələrlə bağlı olan digər şeylər vasitəsi ilə,
əldə edilən biliyin köməyi ilə dərk və həll etmək mümkündür. Varlığın
insan beynində bu cür vasitəli və ümumiləşmiş inikası məntiqi idrak olub,
bizim təfəkkürümüzü təşkil edir.
74
Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilava‐
sitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Bu həmin dövrdə
73
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 33‐35)
74
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı” (səh. 6)
Dostları ilə paylaş: |