Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   38   39   40   41   42   43   44   45   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
113 
caqlara baxmışdır. Ancaq sadəcə, 35% baxdığını etiraf edib. Oğlan uşaqla‐
rına  nisbətən  qız  uşaqlarının  aldatma  qabiliyyəti  daha  çoxdur.  Onların  bu 
aldadıcı davranışlarını tutmaq oğlan uşaqlarına nisbətən, daha çətindir. Ən 
maraqlısı  isə  odur  ki,  yalan  söyləyən  uşaqların  siması  doğru  danışanların‐
kından daha günahsızdır. Cavab verməyən uşaqlarda qayğı hissi daha çoxdur.  

 
Uşaq  yalanları  böyüklərinkindən  fərqlənir.  Uşaq  yalanlarının  dərinliyi 
zəifdir. Uşaq bu davranışının nəticəsini təyin edə bilmir.  

 
Balaca uşaqların yalanları məsumdur, safdır. Söylədikləri yalana inanır‐
lar. Böyüdükcə, evdəki qadağalar artdıqca yalanlar çoxalır.  

 
Uşağın məktəbəqədərki yalanları üçün narahat olmağa dəyməz. Çünki 
o yaşa qədər uşaqların xəyal gücü çox çalışır. Uşaq xəyali dostlar və xəyali 
hadisələr yarada bilər.  

 
Məktəb  çağına  gəlmiş  uşaqlar  qarşısındakının  fikirlərindən  xəbərdar 
olduqları üçün onları istiqamətləndirməyə və daha yaxşı aldatma üsulların‐
dan istifadə etməyə başlayırlar.  

 
7 yaşlı uşaqlar yalan danışmaqla səhv hərəkəti ayıra bilirlər, amma bu 
iki davranışı yalan deyə qəbul edirlər. 8‐9 yaşında uşaqlar səhvi və yalanı 
ayrı‐ayrı  qiymətləndirirlər.  Amma  10  yaşında  uşaqlar  yalanın  bilərək  və 
planlaşdırılaraq işlənilən bir səhv olduğunu dərk edirlər.  

 
Uşaq məktəbə getməyə başlayanda ailənin həqiqətləri qəbul etmədiyini 
görür. O, evdəki öyrədilən tərbiyənin həyatda ziddiyyətlərini görəndə çaş‐
baş qalır. Bir tərəfdən də ailədəki hadisələri sirr olaraq tutmağı öyrənir.  

 
Yetkinlik çağının son illərində şəxsiyyət olmağa çalışan gənclər ana və 
atasından asılı olmayaraq qərar qəbul edərkən yalan söyləyirlər.  

 
Alimlərə  görə,  ağıldan  kəm  olan  uşaqlar  məntiqə  uyğun  olmayan  ya‐
lanlar,  normal  və  çox  ağıllı  olan  uşaqlar  isə  məntiqə  uyğun  yalanlar  söy‐
ləyirlər.  

 
Yalan söyləyən uşaqlar əksər halda problemli böyüyürlər. Ailəsində xoş‐
bəxt olan uşaqlar cəmiyyət tərəfindən qəbul olunmuş yalanlar danışırlar.  

 
Qızların yalanı oğlanlara nəzərən tərəfsiz olur.  

 
Tədqiqatlara görə, yaş artdıqca oğlan uşaqlarında oğurluq, dalaşmaq və 
yalan danışmaq kimi mənfi davranışlar artır. Xüsusilə, xroniki yalan danış‐
maq onların narkotik maddələrdən istifadə etməsinə gətirib çıxarır.  
Səbəblər: 

 
Tədqiqatlara görə, psixoloji cəhətdən insanlar arasındakı fərqliliklər hə‐
qiqətləri söyləmə səviyyəsinə təsir edir və yalan danışmaq vərdişi irsi yolla 
uşaqlara keçir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
114 

 
Yalan  danışmayan,  demək  olar  ki,  yoxdur.  Yalanı  uşağa  yaşadığı  cə‐
miyyət  öyrədir  və  inkişaf  etdirir.  Uşaq  təqlid  etməklə,  böyükləri  və  həm‐
yaşıdlarını müşahidə edərək yalan danışmağı öyrənir. Ana‐ata bir‐birlərinə 
və ya uşağa yalan danışırsa, yalanlar çoxalır.  

 
Çox  vaxt  cəmiyyət  ağıllı  yalançıları  dəstəkləyir,  amma  yalana  məruz 
qalmış insanları sadəlövh olmaqda günahlandırır.  

 
Uşaqlar  həsrətlə  baxdıqlarının  doğru  olmasını  istədiyi  şeylər  üçün  ya‐
lan  danışırlar.  Anasından  ayrı  yaşayan  uşağın  anasının  hər  gün  ona  “səni 
axtarıram”  deməsi,  atasız  böyüyən  bir  uşağın  atasıyla  bərabər  keçirdiyi 
vaxtlarından danışması və s.  

 
Yalan danışan uşaqlar xəyallarının gərçəkləşməsini arzulayır.  

 
Hərəkətlərinə qarışılan, davranışları müzakirə edilən uşaq səhv etmək‐
dən,  cəmiyyətdə  alçaldılmaqdan  qorxur.  Bu  vəziyyətdəki  uşaqlar  ailəsi 
tərəfindən danlanmaması üçün yalan danışırlar. Məsələn, çarpayını yığdın? 
“Bəli,  yığdım”,  –  deyə  cavab  verən  uşaq  valideyn  tərəfindən  cəzalandırıl‐
mamaq və məsuliyyətdən qaçmaq üçün yalan danışır.  

 
Uşaq ailədə kifayət qədər sevgi görməyəndə yalan danışmağa başlayır.  

 
Təriflənmək üçün də yalan danışılır. Gənclər özünə inamını inkişaf et‐
dirmək üçün başqa yollara baş vurur. Amma uşağın yolları azdır və bu və‐
ziyyətlərdə yalan danışmağa başlayır.  

 
Ana  və  atanın  gözlədiyi  müvəffəqiyyət  əldə  edilmədikdə,  uşaq  yalan 
danışır.  

 
Ailəsinə bağlı olan uşaqlar onları incitməmək, kədərləndirməmək üçün 
yalan danışır.  

 
Valideynlərin  səhv  davranışlarına  görə  uşaq  daxilinə  qapanır.  Ona 
görə də bəzən həqiqət deyil, yalan söylənilir.  

 
Yalan,  öz  ətrafında  səviyyəsini  itirmə  və  ya  səviyyə  qazanma  üçün 
söylənilə bilər.  

 
Tədqiqatlar  göstərir  ki,  sosial  və  iqtisadi  vəziyyətdən  asılı  olmayaraq, 
yalan söyləmək mümkündür.  

 
Mənlik hörmətini qorumaq üçün yalan söylənilir. Bu vəziyyət o insan 
üçün bir növ qoruma mexanizmi olsa da, əslində, insanın özünü aldatma‐
sıdır.  

 
Başqalarına  görə,  özünü  güclü  və  üstün  hiss  etmək  üçün  yalan  söy‐
lənilir.  
 
Professor Dok. Üstün Dökmenə görə isə, yalan danışmağın əsas səbəb‐
ləri böyüklərdir: 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
115 

 
Əgər uşağımız yalan danışırsa, bu o deməkdir ki, yalan deməyəcək qə‐
dər  güclü  bünövrəsi  olan  uşaq  yetişdirməmişik.  Yalandan  istifadə  etmə‐
yəcək  qədər  güclü  bünövrəsi  yoxdursa,  bu  bir  az  onun,  bir  az  da  bizim 
günahımızdır. 

 
Uşaqlarımız  bəzi  səhvlərini  yalan  demədən  açıq  bir  şəkildə  ifadə  et‐
dikdə  bunu  təmkinlə  qarşılayırıqmı?  Çox  vaxt  yox.  Ən  azından,  bəzilə‐
rimiz bu səmimi etiraflar qarşısında ya qışqırırıq, ya da ürəyimiz gedir. Bu 
davranışlarımızla uşaqlarımızı istəmədən yalan danışmağa sövq edirik.  

 
Biz böyüklər öz haqlı səbəblərimizə əsaslanaraq – bəzən uşaqlarımızın 
önündə başqalarına yalan deyirik. Bəzən də “onlara kiçik müqəddəs yalan 
danışmaq olar”, – deyə uşaqlarımıza yalan deyirik. Elə gün gəlir ki, bizim 
xüsusi  hallarda  yalan  dediyimizi  başa  düşürlər.  Onlar  da  bəzi  vəziyyət‐
lərdə – öz haqlı səbəblərinə görə – yalan danışmağa başlayırlar (“uşaqlara 
kiçik müqəddəs yalan danışmaq olar” fikri çox səhv fikirdir).  
Təkliflər:  
Valideynlər çox vaxt uşaqlarına qar‐
şı  müəyyən  qadağalar  qoyurlar  ki,  bu 
da uşaqların ətrafına olan maraq tələba‐
tının  ödənilməməsinə  səbəb  olur.  Ona 
görə  də  çalışmaq  lazımdır  ki,  uşaqların 
həyatına  qoyulan  məhdudlaşdırmalar 
azaldılsın. 
Bəzən  isə,  uşağın  hansısa  hərəkətini 
“polis”  kimi  sorğulayan  valideynlər, 
“doğru söyləsən, cəza verməyəcəm” de‐
yir,  lakin  uşaq  doğrunu  söylədikdən 
sonra  sərt  reaksiya  ilə  qarşılanır.  Doğru 
sözün  qarşılığında  incidilir  və  beləliklə, 
uşaqlarda doğru danışmağa qarşı mənfi 
münasibət yaranır, yalanı isə doğrudan üstün tuturlar. 
Uşaqlar nəzarət edərkən də onların yalan danışmasının qarşısını almaq 
olar. Məsələn, uşağa “ev tapşırığını bitirdinmi?” – deyə soruşmaq əvəzinə 
“tapşırığını  görmək  istəyirəm”  –  deyin.  Belə  nəzarət  forması  uşağın  həm 
ev tapşırığını düzgün yerinə yetirməsini təmin edər, həm də nəticəsindən 
çəkindiyi üçün yalan danışmaz. 
Bundan  başqa,  uşaqlara  tək  valideyn  yox,  həm  də  onlara  dost  olmağı 
bacarmaq  lazımdır.  Uşaqlarla  elə  münasibət  qurmaq  lazımdır  ki,  onlar 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə