Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
107 
malıdır. Bütün yaşlarda uşaqlar anadan sevgi və şəfqət görməlidirlər. Mə‐
dəni  insanların  itləri  bəsləyərkən  etdiyi  səmimiliyi  əksər  analar  doğma 
balalarından  əsirgəyirlər.  Əgər  uşaq  gəzməyə  başladıqdan  və  ya  1  yaşın‐
dan sonra da barmağını əmirsə, bu, uşağın çox yorğun, narahat olduğunun 
əlamətidir. Barmaqəmmənin əsl səbəbləri ortadan qalxmadıqca, uşaq bar‐
maqəmməyə  davam  edəcəkdir.  Uşaq  özünə  uyğun  istirahət  etmək,  geniş 
və  müxtəlif  fəaliyyət  imkanları,  oyun  mühitlərində  məşğul  olmaq  üçün 
şərait ilə təmin edilməlidir.  
Ana və atanın uyğun olmayan davranışları islah olunmalı, uşaqlar bu 
vərdişdən ötrü qorxudulmamalıdır.  
Mükafat vədi uşağın bu adəti tərketmə arzusunu hərəkətə gətirə bilər. 
Uşaq  barmağını  ağzına  apardığı  zaman  xəbərdarlıq  edərək  zərərsiz  acı 
maye sürtülməsi və gecələri, hətta, lazım gələrsə, əllərinə əlcək geyindiril‐
məsi də bu vərdişin sona çatdırılması üçün yaxşı bir xatırladıcı rolunu oy‐
naya bilər.  
Uşaq  4‐5  yaşlarına  çatdıqda  barmağını  əmməyə  davam  edirsə,  özünə 
xatırlatmaq faydalı ola bilər. Uşağa bunun kiçikyaşlı uşaqlara xas bir dav‐
ranış,  başqalarının  xoş  qarşılamayacağı  bir  hal  olduğu  onun  anlaya  bilə‐
cəyi  bir  dillə  izah  edilməlidir.  Uşaqlar  bu  yaşlarda,  ümumiyyətlə,  böyük 
insan kimi olmağa, valideynləri təqlid etməyə, çox zaman onlar kimi dav‐
ranmağa çalışırlar. Valideynlər uşağın vəziyyətini çox yaxşı qiymətləndir‐
məlidir. Özlərinin  barmaq əmmədiklərini, bu  vəziyyətin yaxşı olmadığını 
söyləmələri çox vaxt təsirli ola bilər. Uşağın erkən süddən kəsilməsi onun 
etibarsız, pessimist, gec süddən kəsilməsi isə etibarlı, optimist bir şəxsiyyət 
kimi formalaşmasında mühüm rol oynayır.
64
 
6.4. DırnaqyemŠ 
Dırnaqyemə  xoşagəlməz  bir  vərdişdir.  Ümumiyyətlə,  uşaqlarda  3‐4 
yaşlarında  müşahidə  olunur,  amma  15‐ci  ayında  da  özünü  göstərə  bilər. 
Bəzi uşaqlarda bu vərdiş uşaqlıq və yeniyetmə vaxtlarına kimi davam edə 
bilər. Dır‐nağın diş ilə qoparılması, bəzən qoparılmış parçaların udulması, 
dırnağın  kənarındakı  ətin  qoparılması  və  yeyilməsi  kimi  müxtəlif  növləri 
var.  Bu  uşaqlar  ya  qapalı,  ya  həyəcanlı,  ya  da  tez  hirslənən  olurlar.  Dır‐
naqyemə ümumiyyətlə, uşaqlarda görünən bir davranışdır. Araşdırmalar 6 
yaş  ətrafı  uşaqların  təxminən  25%‐inin  dırnaq  yediyini  ortaya  qoyur.  Bu 
                                                 
64
   Gül Şendil, Özgün Kızıldağ “Çocuk Ergen Anne ve Baba” (səh. 157‐158) və 
http://www.hekimim.com/merak_ettikleriniz/parmak_tirnak/parmak_emme.htm 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
108 
davranış pozuqluğu uşağa həm fiziki, həm də ictimai mənada 
mənfi təsir göstərir. 
Dırnaqyemə vərdişinin səbəbilə əlaqədar iki təməl şərh var.  
İlk  olaraq,  bu  davranışı  qayğıyla  əlaqələndirirlər  (Hadley, 
1984).  Sinir‐ləri  gərilmiş  bir  uşağın  bunu  çölə  dırnaq  yeyərək 
əks etdirdiyi söylənilir.  
 İkincisi,  ʺekoloji  təzyiqʺ  hipotezi  (Schendler,  1984).  Bu  hi‐
potez  isə  mühərrik  hərəkətləri  məhdudlaşdırılmış  uşaqların 
dırnaq yeməyə daha meylli olduqlarını müdafiə edir.  
Dırnaqyemənin səbəbləri: 
Bu hal ana və atanın uşaqları ilə kifayət qədər münasibətdə olmaması 
və  uşağa  qayğı  və  sevgi  göstərməmələri  ilə  bağlıdır.  Bunlardan  aşağıda‐
kıları göstərə bilərik: 

 
Çox danlanılan və üzərində çox təzyiq olan uşaqlarda; 

 
Yeni doğulmuş qardaşı (bacı) qısqanma və yaxud yaxın birisini itirmə 
kimi stresli hallar; 

 
Ailə içində kiminsə dırnaq yeməsi; 

 
İnamsızlığını, gərginliyini və hirsini sakitləşdirmək üçün; 

 
Dərs  oxumağı  sevmədiyi  halda,  buna  məcbur  edilmək  və  cəmiyyət 
içində  danışmaqdan  qorxmaq  kimi  sıxıntı  verən  davranışlar  da  dırnaq 
yemək kimi vərdişlərə səbəb olur. 
Dırnaq  yemək  vərdişini  doğuran  səbəblərdən  biri  də  ailədə  baş  verən 
problemlər, qorxu və stresdir. 
Ata‐anasına acığı tutan, məktəbdə sinif yoldaşları ilə problemləri olan, 
sevdiyi  bir  şeyi  itirən,  ailəsindən,  yaxud  müəllimindən  qorxan  uşaqlarda 
dırnaq yemək vərdişi daha çox özünü göstərir. 
Təkliflər 

 
Uşaqların  ana  və  atası  ilə  rahat  şəkildə  düşüncələrini,  hisslərini  bölüş‐
mələri də dırnaq yemək vərdişini azalda bilər.  

 
Ailə içində uşaqlarla daha mülayim davranılması; 

 
Evdəki  rahatsızlığı  aradan  qaldırıb  sakit,  rahat  bir  şərait  qurulmalıdır 
ki, uşaqlarda inam hissi yaransın.  

 
Ailə üzvləri uşaqların dırnaq yeməsini daima üzə vurmamalıdır, çünki 
bu vərdiş daha da arta bilər.  

 
3‐4 yaşına qədər bu vərdiş ana və ata tərəfindən heç bir reaksiya veril‐
mədiyi üçün yaranır.  


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
109 

 
Başqaları bu vərdişin zərərini uşağa uyğun bir dillə başa salmalıdır.  

 
Uşağın  dırnaq  yeməsini  barmaqlarına  istiot  sürtmək,  əllərinə  əlcək  ge‐
yindirmək kimi hərəkətlərlə tərk etdirə bilməzsiniz. Çünki bu hallarda 
uşaqlar dırnaq yeməsini daha da artırırlar. 

 
Dırnaq yemək vərdişi də barmaq sormaq alışqanlığı kimi, yaş artdıqca 
unudulur və bu, valideynləri çox narahat etməməlidir. Ailədə narahat‐
çılığın, uşaqlar üzərində qorxunun, həyəcanın artması bu adətin uzan‐
masına səbəb olur. 
Valideynin öhdəsinə düşən vəzifələr 
Vərdişi tərsinə çevirmək; 
Bu vərdişin tərk olunması üçün uşaq 6‐7 yaşında olmalıdır. Uşağın bu 
vərdişi tərk etmək istəməsi çox vacibdir. 
Aşağıda uşağın narahatlığına səbəb olan amilləri nəzərə almaq 
Uşaqlarınızla  bərabər  bu  vərdişə  gətirib  çıxaran  səbəbləri  öyrənin. 
Hansı vəziyyətlər onun üçün problem yaradır? 
Bu vərdişin nə vaxt və hansı vəziyyətdə ortaya çıxdığını öyrənin.  
Alternativ yol 
Ata‐analar  bu  xoşagəlməz  davranışın  altında  yatan  psixoloji  səbəbləri 
öyrənib,  lazımi  tədbirlər  görmək  üçün  psixoloqlara  müraciət  etməlidirlər. 
Həmçinin,  ata‐analar  ailədə  elə  şərait  yaratmalıdırlar  ki,  uşaqda  xoşagəl‐
məz vərdişlər yaranmasın. Çünki valideynlər arasında vəziyyətin daha da 
gərginləşməsi uşağı psixoloji baxımdan daha ağır vəziyyətə sala bilər. 
Uşaqlarınızla  razılaşın.  Əgər  uşaqlarınız  bu  vərdişi  bir  daha  təkrarla‐
yarsa,  siz  də  onunla  bərabər  edin.  Bu  elə  bir  şey  olmalıdır  ki,  başqalarına 
qəribə gəlməməli, uşaqlara xələl gətirməməlidir.  
Qarşısının alınması 
Yuxarıdakı metodu öyrəndikdən sonra bu vərdişin yaranmasının qar‐
şısını alın.  
Əlaqəli davranış 
Uşaqlarınızın  dırnaq  yeməzdən  əvvəl  hansı  hərəkəti  etdiyini  öyrənin. 
Məsələn,  uşaq  dırnağını  yeməzdən  əvvəl  ayaqlarını  hərəkət  etdirirsə,  bu, 
əlaqəli davranışdır.  
Rahatlaşdırıcı Məşqlər 
Bir  çox  rahatlaşdırıcı  davranışlar  vardır.  Psixoloqlardan  məsləhət  ala 
bilərsiniz.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə