Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə43/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
116 
özlərinin  istəklərini,  çətinliklərini,  narahatlıqlarını  valideynləri  ilə  bölüşə 
bilsinlər.Uşağı  dinləmək  və  həll  yollarını  özünün  tapmasına  yardımçı 
olmaq lazımdır. 

 
Ana  və  atanın  uşağın  yalan  danışdığını  bildiyi  halda  göstərdikləri 
reaksiyalar,  əl  atdıqları  vasitələr  bir  davranışı  yox  edə,  gücləndirə,  yaxud 
da  həyat  boyu  davam  etdirməsi  halına  gətirə  bilər.  Uşağın  xəyal  qurma‐
sının  qadağan  edilməsi  yalan  danışmağı  gücləndirə  bilər.  Balaca  körpələ‐
rin söylədiyi “söz” yalanla bağlı əxlaqi bir səhv kimi görünməməlidir.  

 
Uşağa hər vəziyyətdə qəbul olunacağını və hər zaman seviləcəyini hiss 
etdirmək lazımdır.  

 
Uşağın tərbiyəsində yalan söyləməsinə yol verilməməlidir.  

 
Uşaq  bacarmadığı  şeylərə  görə  günahlandırılmamalıdır.  Bəzən  uşağa 
öhdəsindən gələ bilməyəcəyi işlər tapşırıldıqda və bunun üçün təzyiq gös‐
tərildikdə  uşaq  yalan  danışmağa  başlayır.  Bunun  üçün  də  valideynlər 
uşaqlarını bacara biləcəyi şeylərdə məsuliyyətləndirməlidirlər.  

 
Uşaqlar qorxanda tez‐tez yalan danışır. Qorxuyla tərbiyə edilən uşaqla‐
rın  yalan  danışmaq  səviyyəsi  o  biri  uşaqlara  görə  daha  çoxdur.  Ona  görə 
də uşaq tərbiyəsində qorxuya yer verilməməlidir.  

 
Uşağı tərifləməkdə xəsis olmayın. Uşaq təriflənməsi üçün yalan danış‐
mağa başlayır.  

 
Uşağa davamlı səhv vərdişlərdən danışmaq əvəzinə, ondan gözlənilən 
vərdişlərdən danışaraq uşaq tərbiyəsində müsbət nəticə ala bilərik.  

 
Uşaq  həqiqəti  söyləməsi  üçün  cəsarətləndirilməlidir.  Dürüst  davran‐
dığı vaxt hədiyyə də vermək olar.   

 
Uşağın bəzi səhv hərəkətləri görməməzlikdən gəlinə bilər.  

 
Uşaq yalan danışan kimi cəzalandırılmamalıdır. Çünki cəzalanmaqdan 
qorxan uşaq yalan deyir.  

 
Yalan  danışan  uşağa  qarşı  əsəbi  şəkildə  və  sərt  davranılmamalıdır. 
Çünki bu yolla uşaqlar yenidən yalan danışmağa başlayır.  

 
Uşaqlar valideynə hörmətsizlik etmək üçün deyil, tez‐tez səhvləri üzlə‐
rinə vurulmasın deyə yalan danışırlar. 

 
Əgər uşaq yalan danışırsa, valideyn də doğru danışmış kimi davranır‐
sa,  onda  ata  və  ana  uşaqlarının  fikirlərini  bilmir.  Ona  görə  də  uşağınızın 
yalan danışdığını ona hiss etdirməlisiniz.  


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
117 
Uşaq  yalanla  qarşılaşdırılmalı,  amma  dediyi  yalanı  qəbul  etməsi  üçün 
təzyiq edilməməlidir. Valideyn yalanı xoş qarşılamaq və ya cəzalandırmaq 
əvəzinə uşağın doğrunu görməsinə çalışmalıdır.
68
  
6.6. ValideynlŠrŠ tŠrbiyŠ ilŠ bağlı tövsiyŠlŠrimiz 
Evdə bütün işləri görən qadının ən vacib problemlərindən biri anaların 
uşaqlarına  verdiyi  tərbiyə  qanunlarıdır.  Bunu  psixoloq  Ramazan  Boyacı 
belə təsnifləndirmişdir: 
1.   Uşaqların  dünyasına  girin,  onları  dinləyin,  hisslərini  öyrənməyə  çalı‐
şın.  Onların  zehni  qabiliyyətləri,  maraqları  və  ruh  dünyaları  yeniyet‐
mələrdən  fərqlidir.  Ona  görə  də  “bu  mövzuda  sən  nə  fikirləşirsən?” 
kimi suallar verib duyğularını öyrənməyə çalışın.  
2.   Mülayim xasiyyətli və qərarlı olun. Mülayim xasiyyətli olmağınız uşaq‐
ların  özlərini  daha  yaxşı  başa  düşməsinə,  sərhədlərini  bilməsinə  kö‐
mək edəcəkdir.  
3.   “Nə  üçün”  sualını  yox,  “nə”  və  “necə”  suallarını  soruşun.  “Bunu  nə 
üçün  elədin?  Niyə  əsəbisən?”  və  bu  kimi  suallar  uşaqları  qorxuda  və 
əsəbi  edə  bilər.  Onun  yerinə  “Nə  oldu?  Necə  oldu?”  kimi  sualları  so‐
raraq  onların  duyğularını  və  düşüncələrini  öyrənib  bu  problemlərin 
həlli yollarını taparaq fikir dünyasını inkişaf etdirməyə kömək edin.  
4.   Uşaqlarınıza  qulaq  asın.  Müdaxilə  etmədən  onların  nə  hiss  etdiklərini 
bilin, uşaqlarınıza bəzi hisslərə sahib olmağın normal olduğunu bildirin. 
Uşaqlarınızın sözlərinin arasında onların duyğularına da diqqət edin.  
5.   Ailə  olaraq  müəyyən  qanunlara  sahib  olun.  Bu  halda  uşaqlarınız  təəc‐
cüblənməyəcək,  hər  şeyi  normal  qarşılayacaq.  Müəyyən  zamanlarda 
müxtəlif  qanunlar  qəbul  edirsiniz,  əgər  məntiqə  uyğundursa,  uşaqla‐
rınıza deyin ki, onlar sizi qərarsız bilməsinlər. Məsələn, yarım saat əv‐
vəl “pəncərəni ört” dediniz, amma indi “aç” deyirsinizsə, bunun mən‐
tiqli səbəbini söyləyin.  
6.   Uşaqlarınızı  başqa  uşaqlarla  müqayisə  etməyin.  Hər  uşağın  ayrı  bir 
dünyası var. Fərqli bacarığı, fərqli ağlı və fərqli mənəvi dünyası vardır. 
Buna  görə  də  onları  başqalarıyla  müqayisə  etməyin.  Bu,  uşaqlara  pis 
təsir edir.  
7.   Problemli davranışların qaynağı bilinirsə, o problemi həll etmək daha 
asan  olur.  Səhv  həlli  yolları  o  problemi  daha  da  böyüdəcək  və  başqa 
problemlərin mənbəyi olacaq. 
                                                 
68
   Yaşar Kuzucu “Küçükler için Büyüklere” (səh 131‐136) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
118 
8.   Səhvlərini üzlərinə vurmaqdansa, onlara yaxın olun. 
9.   Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə göstərin və dilinizlə də söy‐
ləyin. 
10.  Evinizdəki problemlərin həllində uşaqlarınızı da dinləyin. 
11.  Uşaqlarınızın xüsusi olduğunu bildirin. 
12.  Lazım olanda “xeyr” deməyi də öyrənin.  
6.7.  Kiçik yaşlı uşaqlarda Štraf mühitlŠ tŠmasdan            
yaranan suallar 
İki‐üç yaş uşaqların ətraf mühitlə tanışlıq dövrüdür. Ona görə də uşaq‐
lar  bu  yaşda  çoxlu  şüurlu  və  şüursuz  suallar  verirlər.  Bu  suallar  uşağın 
təsəvvüründən və geniş fantaziyasından irəli gəlir. Ancaq siz heç də elə he‐
sab etməyin ki, uşaq sualı sizə boş yerə verir. Bu suallar uşaq şəxsiyyətinin 
formalaşması  və  idrak  prosesində  təfəkkürlə  təxəyyülün  normal  inkişafı 
ilə  əlaqələndirilir.  Təcrübələr  göstərir  ki,  əksər  valideynlər  uşağın  bir  çox 
suallarına laqeyd və soyuqqanlı yanaşır, onun suallarına əsəbi halda cavab 
verir,  onu  tezliklə  özlərindən  uzaqlaşdırmaq  istəyirlər.  Məsələn,  bir  gün 
uşaq anasını suallarla yorur, nadinclik etməyə başlayır. Ana dözümsüzlük 
göstərib uşağı bir otağa salır və qapını üzünə bağlayır. Ananın başı ev işlə‐
rinə  qarışır,  uşaq  ananın  yadından  çıxıb  qaranlıq  otaqda  bir  saat  qalmalı 
olur. Bu cür sarsıntını yaşayan uşaq qaranlıq otaqda yata bilmir, daim gər‐
ginlik vəziyyətində olur, hətta sonradan nitqində kəkələmə halları yaranır.  
Çox vaxt valideyn uşağının yorucu suallarına dözə bilməyib ona: “Əgər 
bir də mənə sual versən ki, “Bu niyə belədir?” dilini kəsəcəyəm!” – deyir.  
Uşaqlar  sual  verən  zaman  valideynin  mimikasına,  səsinin  tonuna 
xüsusi diqqət verirlər. Xüsusilə zehni və qavrama qabiliyyəti yaxşı inkişaf 
edən  uşaqlarda  bu  özünü  daha  qabarıq  şəkildə  göstərir.  Ona  görə  də  hər 
bir  valideyn  uşağın  bu  yaş  dövrünü  nəzərə  almalı,  onun  psixologiyasını 
öyrənməli və belə məsuluyyətli işdən boyun qaçırmamalıdır. Muşahidələ‐
rimiz  göstərir  ki,  bu  yaş  dövründə  uşaqlar  gün  ərzində  200‐ə  yaxın  sual 
verirlər.  2‐3  yaşlı  uşaqların  verdiyi  suallarda  təkrarçılıq  xarakteri  özünü 
göstərir, 3 yaşından sonra isə verilən suallar öyrənmə xarakteri daşıyır.  
Məsələn, 2‐3 yaşda: 
– O nədir? 
– Saat. 
– Hə? Saat? O saatdır? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə