Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
104
kimi görülən insana, ya da sevgisinə ehtiyac duyulan insana qarşı da yö‐
nəldilə bilər. Bu davranışların arxasında gizlənən məqsəd sevginin itiril‐
məsinə səbəb olan insandan bunları geri almaq və ya diqqət çəkməyə çalış‐
maqdır. Uşaq əvvəl reaksiyalarını birbaşa göstərsə də, anasından gələn
reaksiyalardan sonra hədəfinə çata bilməyəcəyini zənn edərək bilvasitə
başqa yollara əl ata bilər. Həsəd zamanı baş vurduğu yollar isə bir az fərq‐
lidir. Əvvəl gördüyü və daha yaxşı olduğuna inandığı əşya və ya imkan‐
lara sahib olmağı tələb edər. İstəyi həyata keçmədiyi zaman isə köçürmək,
oğurlamaq kimi yollara baş vurar. Ancaq ictimai olaraq bunların yaxşı
qarşılanmadığını görəcək və müəyyən müddətdən sonra reaksiyalarını də‐
yişərək əslində istifadə etdiyi bu üsulların çox da yaxşı olmadığını düşü‐
nüb özünü sakitləşdirməyə çalışacaq.
Qısqanclığı tam olaraq ortadan qaldırmaq mümkün deyil. Ancaq şid‐
dətini azaltmaq və ailə içində buna şərait yaradan mənfi halları ortadan
qaldırmaq üçün valideynlər bəzi yollara baş vura bilərlər. Ailədə baş verən
dəyişikliklər xüsusilə uşaqlara təsir edir. Yeni gələn uşağın səbəb olacağı
dəyişikliklər uşağa çox az bir şəkildə təsir etməlidir. Bunun üçün istifadə
ediləcək çıxış yollarından biri uşağı bu hala əvvəlcədən hazırlamaqdır.
Ancaq uşağın gözündə çox xoşbəxt bir ailə mənzərəsi yaratmaqdansa, ona
anlaya biləcəyi bir şəkildə düzünü başa salmaq lazımdır. Doğulacaq olan
uşağın sadəcə bir oyun yoldaşı olacağını başa salmaqdansa, həm mənfi,
həm də müsbət cəhətləri başa salınmalıdır. Doğuşdan sonra isə, uşağa
mühafizəkar və yerində davranmaq, düşüncəli olmaq, yeni uşağın gəlməsi
ilə ona qarşı olan sevgisinin heç də azalmadığını hiss etdirmək lazımdır.
63
Tövsiyələr
1.
Əvvəlcə yeni bir uşaq dünyaya gəlməzdən əvvəl, uşaq qardaşı və ya
bacısının olacağına psixoloji olaraq hazırlanmalıdır.
2.
Son ana qədər gözləmədən ona, ailəyə yeni bir üzvün qatılacağı izah
edilməli, evdə buna görə bəzi dəyişikliklərin ola biləcəyi deyilməlidir.
3.
Ata və ana uşağa körpənin doğulmasıyla ona qarşı sevginin dəyişmə‐
yəcəyini bildirən sözlərlə birlikdə, bunu davranışlarında da göstərmə‐
lidir. Onunla edilən əvvəlki fəaliyyətlər yenə də təkrar olunmalıdır.
4.
Yeni doğulan körpəyə istər ailə üzvlərindən, istərsə də qonaqlardan
kimsə həddindən artıq sevgi və maraq nümayiş etdirməsin.
5.
Körpəyə zərər verməsinə icazə verilməyəcəyi qəti bir şəkildə izah
edilməlidir.
63
Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 103‐104)
VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
105
6.
Hər iki uşağa fərdi vaxt ayrılmalıdır.
7.
Uşaqlardan biri göz bəbəyi olaraq seçilməməlidir. Valideynlər bunu
hiss etdirməməyə çalışsalar da, digər uşaq vəziyyəti başa düşəcək.
8.
Doğulacaq körpəyə edilən hazırlıqlara onu da dəvət etməli, körpənin
əşyalarını birlikdə hazırlamalı və körpəyə əşyalar alarkən ona da hə‐
diyyələr alınmalıdır.
9.
Əgər körpəyə onun geyimləri veriləcəksə, bu ona deyilməlidir.
6.3. BarmaqŠmmŠ
Barmaqəmmə körpəlikdən 3‐4 yaşlarına qədər sağlam uşaqlara xas
olan bir adətdir. Körpələrin çoxu baş barmaq, yaxud da digər barmaqlarını
əmirlər. Ziyansız bir davranış olan barmaqəmmənin körpələrdə rast
gəlinməsinin başlıca səbəbi, onların bunu ana bətnində ikən öyrənmələri
və do‐ğuşdan sahib olduqları ən güclü vərdişlərdən və reflekslər‐dən biri
olmasıdır. Belə ki, təzə doğulan bəzi körpələrin bar‐maq, ya da
biləklərində rast gəlinən qabarcıqlar bunun nə‐ticəsidir.
Anaların çoxu barmaqəmmənin aclıqdan qaynaqlan‐
dığını düşünürlər. Halbuki, elmi araşdırmaların 50‐87%‐i
barmaqəmməni bununla əlaqələndirmir. 1 yaşlı uşaqların
yarısı barmaqlarını əmirlər. 9 aydan etibarən yuxu ilə
barmaqəmmə arasında yaxın bir əlaqənin olduğu, yuxu‐
su gələn bir körpənin barmağını ağzına apardığı nəzərə
çarpır. Uşağı barmaqəmmədən çəkindirmək məqsədilə
edilən səylər, 3 yaşına qədər uşaqlar tərəfindən müqavi‐
mətlə qarşılanır. Bəzi körpələr yeni dişlərinin çıxması
ərəfəsində, bəziləri də çətinliklə qarşılaşdıqlarında utan‐
ma və sıxılma əlaməti olaraq barmaqlarını əmirlər. Ümu‐
miyyətlə, barmaqəmmə adətinin 4 yaşına çatana qədər it‐
məsi gözlənilir. Araşdırmalar göstərir ki, bəzi uşaqlarda bu adət 5‐6 yaş‐
larına qədər davam edə bilər, lakin sübut olunmuşdur ki, bu, belə olan hal‐
larda dişlərin deformasiyaya uğramasına səbəb ola bilər. Davamlı barmaq‐
əmmə vərdişi də psixoloji problemin və gərginliklərin bir nəticəsi olaraq
inkişaf edə bilər.
6.3.1. BarmaqŠmmŠ vŠrdişi qarşısında ana-atanın edŠcŠyi Šn
sağlam yanaşma nŠdir?
Hadisəni təlaşa düşmədən, səbirlə qarşılamaq, uşağa bu vərdişin kör‐
pəlikdən qalma bir davranış olduğunu, bunun başqaları tərəfindən xoş
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
106
qarşılanmayacağını sadə bir şəkildə izah etmək lazımdır.
Ailə içində bu vərdişdən bəhs edərək ailə üzvlərinin diq‐
qətini uşaq üzərinə cəlb etmək, bu səbəblə təlaşa düşüb
gərginlik keçirmək və bu problemi həll etmək məqsədilə
uşağı tənqid etmək doğru deyil. Məktəb yaşında barma‐
ğını əmən uşaq müəllimin xəbərdarlığı, ana‐atasının tən‐
qidi, hətta yoldaşlarının lağlarına baxmayaraq, bu vərdi‐
şini davam etdirir. Bu vəziyyətdə uşağa edilən müsbət
tövsiyə və şərhlərlə onun psixoloji baxımdan uyğunlaş‐
masının təmin edilməsi, problemin ortadan qalxmasına
səbəb ola bilər. Burada əhəmiyyətli olan, bir geriləmə əlaməti sayılan bu
vərdişi meydana gətirən əlamətlərin ana və ata tərəfindən kəşf edilərək
ortadan qaldırılmasıdır. Məsələn, bir qardaşın doğumu, uşaqda bu cür bir
vərdişin başlamasına səbəb ola bilər. Səs‐küy salan, iməkləyən, barmaq
əmib dırnaq yeməyə başlayan uşaq ətrafdakıların heyrətinə səbəb olur.
Qardaşının dünyaya gəlməsindən əvvəl uşağın buna hazırlanması, həyata
gələcək körpənin onun köməyinə də ehtiyacı ola biləcəyi kimi mə‐sələlərin
uşağa başa salınması vacib məsələlərdəndir. Beləliklə, bu cür gərginlikdən
qaynaqlanan vərdişlər də zaman keçdikcə itir. Altislatma kimi, barmaqəm‐
mə də yaş artdıqca azalır. Xüsusilə, ilk uşaqlıq dövründə müalicədən qa‐
çılmalıdır. Məktəbəqədərki dövrdə barmaqəmmə, ya da altislatma halla‐
rında ekspertlər valideynlərə bəzi tərbiyəvi tədbirləri tətbiq etməyi məslə‐
hət görürlər.
6.3.2. BarmaqŠmmŠnin aradan qaldırılması üçün görülŠn tŠdbirlŠr
Ana və ataya barmaqəmmənin ilk dövrlərdə zərərsiz bir adət olduğu
izah edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, barmaqəmmə xarici defor‐
masiyalara səbəb olmayan bir vərdişdir. Əks halda, bəzən valideynlər
uzun müddət davam edə biləcək bu pis vərdişdən uşaqlarını uzaqlaşdır‐
maq üçün çox ciddi tədbirlərə əl atırlar. Hətta uşaqların barmaqlarına istiot
sürtən, cəza verən, əllərini və qollarını arxadan bağlayan, əlinə və barmaq‐
larına iynə batırıb onlara unuda bilməyəcəkləri əziyyət verərək cəzalar
tətbiq edənlər də var. Bütün bunlar uşaqda mənfi emosiyaların artmasına
səbəb ola və valideynləri daha çox narahat etmək üçün bir davranış obyek‐
tinə çevrilə bilər.
Yadda saxlamaq lazımdır ki, barmaqəmməyə başlayan və ya bunu
vərdiş halına gətirmiş uşaqlara bunu tərk etmələri üçün müxtəlif cəzaların
tətbiq olunması nəticə etibarilə bir çox problemlərin ortaya çıxmasına sə‐
bəb ola bilər. Kiçik yaşlarda uşaqlar onlara müvafiq şəkildə qidalandırıl‐
Dostları ilə paylaş: |